Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-320/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Talıbov İlqar Hüseyn oğluna qarşı yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair ilk, Talıbov İlqar Hüseyn oğlunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (mənzildən çıxarılma, tikintiyə çəkilmiş xərcin geri tələb olunması, vicdanlı, vicdansız sahib, qərarın eyni vaxtda icra olunması – sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nağıyev İqbal Adil oğlunun, Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Talıbov İlqar Hüseyn oğlunun vəkilləri Həsənov İlyas Hüsən oğlunun və vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Talıbov İlqar Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, Seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 86,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində hündür mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 93 kv.m sahədən ibarət mənzilin təmirinə sərf olunan vəsaitin qiymətləndirməsinin ümumi hesabatının ##.##.2025-ci il vəziyyətinə uyğun olaraq ümumi məbləğ 32480 manat məbləğində müəyyən olunmuşdur.
3. Ekspertiza tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul Talıbov İlqar Hüseyn oğlu tərəfindən tam şəkildə ödənilmişdir.
4. “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri hazırkı bazar qiyməti ilə 28017,22 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul Talıbov İlqar Hüseyn oğlu tərəfindən tam şəkildə ödənilmişdir.
5. “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən mənzilin 1 aylıq kirayə qiyməti 460 manat təşkil edir.
6. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X4 “Kapital Bank” vasitəsi ilə hüquqi yardımın göstərilməsi üçün Abşeron Rayon Vəkil Bürosuna 2000 manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri:
7. X28 ifadəsində bildirmişdir ki, o, İddiaçı 2015-2016-cı ildən tanıyır. Belə ki, İddiaçı özü Belarusiyada yaşayır. Ramil ona Bakıda olan evini 65000 manata satmaq istədiyini bildirmişdir. Onun həmçinin Talıbov İlqarın qardaşı oğlu ilə yaxşı münasibəti olmuşdur. Həmin zaman Talıbov İlqarın da ev almaq istədiyini bilmişdir. Daha sonra o, İlqara evə baxmasını bildirmişdir. Ramilin evi Mehdiabad qəsəbəsi, ünvan 8 ünvanındadır, 6 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Belə ki, sözügedən evə suvaq, yəni suvaq əvəzi Ağdağ vurulmuş, natamam elektrik işi görülmüş və natamam alçıpan vurulmuşdur. Qeyd etdiyi bu işlər Ramil tərəfindən görülmüşdür. İlqar evə baxmış, bəyənmiş və Ramil ilə videogörüntülü əlaqə yaradılmışdır. Belə ki, Ramil ilə İlqar aralarında 65000 manata razılığa gəlmişlər. Lakin Ramil ölkəyə gələcəyini və bu zaman alqı-satqı ediləcəyini bildirmişdir.İlqar isə öz evini satdığını, buna görə də qısa müddətdə Ramildən alacağı evi təmir etdirərək köçmək istədiyini demişdir. Bu söhbətlər 2024-cü ilin yanvar ayında olmuşdur. Bundan 15 gün keçdikdən sonra Ramillə yenidən əlaqə saxlanılmış və o, şəxsiyyət vəsiqəsinin suya düşdüyünü və yenisi düzəltdikdən sonra ölkəyə gələcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının 7-8-i tarixlərində Səfirlikdə sənəd düzəldəcəyini bildirmişdir. Bu zaman İlqar Ramil gələnə kimi gözləyə bilməyəcəyini, ona kimi evi təmir edəcəyini, Ramil gəldikdə isə alqı-satqı edəcəklərini bildirmişdir. Ramilin İlqara 20000 manat ilkin məbləğ verməsini, daha sonra təmir etməsini, İlqar isə 40000 manat verəcəyini demişdir. Lakin o, sənədsiz, sübutsuz bu pulu almaq istəməmişdir. Nəhayət, Ramil həm qapıbir qonşusu, həm bacanağı olan Şamxalla məsləhətləşəcəyini bildirmişdir. Ramil ona açarları təmir etməsi üçün Şamxala verməsini bildirmişdir. İlqar isə təmirə başlamış, bütün təmir müddətini videogörüntü aparmaqla qeydə almışdır. Təmir ümumi 1 ay yarım çəkmişdir. Bir müddət sonra Ramil təmiri dayandırmalarını bildirmiş, lakin artıq təmir bitmişdir. Bundan sonra Ramil ölkəyə gəlmiş və uzun danışıqlar getmiş, Ramil evi 75000 manata satacağını bildirmişdir. Sonradan Ramil ölkədən getmiş və yenidən qayıtdıqda 80000 manata satdığını, daha sonra isə ümumiyyətlə evi satmadığını və təmir üçün çəkilən xərci İlqara qaytaracağını demişdir. Tərəflər arasında narazılıq yaranmışdır. Daha sonra İlqar evə qiymətlləndirici şirkət gətirmişdir. Sonradan Ramil təmirə çəkilən xərcə görə İlqara 11000 manat pul verə biləcəyini, qalanını isə aybaay verə biləcəyini demişdir. Bundan əlavə bildirir ki, evə görə İlqar 500 manat beh vermişdir. Hazırda 500 manat beh ondadır. Həmçinin bildirir ki, Ramilin bacanağı Şamxal ona bildirmişdir ki, evin təmiri üçün Ramil İlqara razılıq vermişdir. Lakin Ramil sonradan təmirə icazə vermədiyini bildirmişdir. Həmin ilin mart ayından sonra evlərin qiyməti surətlə qalxmışdır və hazırda isə o evin təmirli vəziyyətdə qiyməti 110000 manata yaxındır. Ramil Şamxala etibarnamə vermiş, lakin sonradan ləğv etdirmişdir.
8. X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır. Ramil sözügedən evi qeyri-yaşayış üçün deyil, yaşayış məqsədilə götürmüşdür. Ramil evdə yüngül təmir işləri aparmışdır. Ramil o məqsədlə o evi almışdır ki, o və bacısı, yəni 2 bacı olaraq yaxın yaşasınlar. Lakin bacısı xərçəng xəstəsi idi və sonradan dünyasını dəyişmişdir. Bacısı rəhmətə getdikdən sonra o, həmin mənzildə qalmaq istəməmişdir. Ona görə bu evi satmaq fikrinə düşmüşlər. Lakin sonradan satmaqdan imtina etmişlər. Belə ki, həmin vaxt İlqar evi təmir etdirmişdir. Lakin əmlak alqı-satqısı ilə məşğul olan Səxrat adlı şəxs Şamxala bildirmişdir ki, İlqar adlı şəxs evə baxmaq üçün gəlib və açarları versin. Bundan sonra Şamxal açarları Səxrata vermişdir. 2024-cü ilin mart ayında o, sözügedən evdə təmir getdiyini bilmiş və Ramilin evi satmadığı halda evdə təmirin getdiyinə təəccüblənmişdir. İlqar isə həmin evdən 2 ildir ki, çıxmır. Ev Ramil tərəfindən elektrik işləri görülmüş və suvaq vurulmuşdur, oboy və bəzi kosmetik işlər qalmışdır. Odur ki, Ramilin təmir işləri getdiyindən nəinki razılığı, hətta xəbəri olmamışdır. Xəbər tutduqdan sonra Ramil evdə təmirin dayandırılmasını bildirmişdir. Evə görə beh alınmamışdır.
9. Məmmədova Gülçöhrə İlyas qızı ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısının kürəkənidir və münasibətləri yaxşı olmuşdur. Belə ki, bacısının həyat yoldaşının yas mərasiminə gedəndə bacısının qızı ona Abşeron Rayonu Mehdiabad qəsəbəsi, Binəqədi, Gənclər şəhərciyindən ev aldığını demiş və o da təbrik etmişdir. O, evin qapısını görmüş, lakin qapı bağlı olmuşdur. Bundan sonra onun mənzil barədə heç bir məlumatı olmamıışdır.
10. Əsgərova Zöhrə İlyas qızı ifadəsində bildirmişdir ki, İddiaçı onun kürəkənidir. O, yas mərasimində olanda eşitmişdir ki, qızının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi gənclər şəhərciyindən ev almışdır. Lakin qızı ilə danışan zaman ona evi təmir etdirmədiklərini, yəni çox yüngül təmir etdiklərini bildirmişdir. Qızı xərçəng xəstəliyindən dünyasını dəyişmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Talıbov İlqar Hüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Talıbov İlqar Hüseyn oğlunun qanunsuz olaraq yaşadığı ünvan 6 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması; - yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 2024-cü ilin yanvar ayından başlamaqla mənzilin ona təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İlk iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2017ci il tarixli, Seriya RX, ******* saylı çixarişa əsasən ünvan 6 ünvanında yerləşən 86,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı Rusiya Federasiyasında yaşadığı üçün həmin mənzili almaqda məqsədi kirayə verib, gəlir əldə etmək olmuşdur və maddi vəziyyəti ilə bağlı sonradan həmin mənzili satmaq qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında İddiaçı qohumu vasitəsilə mənzilin açarlarını mənzil alqı-satqısı ilə məşğul olan əmlakçıya vermişdir, həmin vaxt İddiaçı Rusiya Federasiyasında idi. Əmlakçı İddiaçı mobil telefon nömrəsinə zəng edərək, İlqar adlı şəxsin mənzili almaq üçün evə baxmaq istədiyini bildirmiş, İddiaçı isə heç bir etirazının olmadığını, mənzili ona göstərməsini xahiş etmişdir. İlqar adlı şəxs mənzilə baxdıqdan sonra evi bəyəndiyini və almaq istədiyini, lakin nağd pulu olmadığından nisyə alqı-satqı etmək istədiyini telefon vasitəsilə İddiaçı zəng edərək bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. İlqar ilə İddiaçı arasında mənzilin alqı-satqısı ilə bağlı razılıq olmadığından, əmlakçıya yenidən mənzilin satışının təşkil edilməsini tapşırdı. Bir neçə ay keçdikdən sonra qohumları İddiaçı zəng vuraraq, mənzildə kənar şəxslərin yaşadığını bildirmişdir. Bundan xəbər tutduqdan sonra İddiaçı Azərbaycan Respublikasına gəlmişdir. Talıbov İlqar Hüseyn oğlunun qanunsuz olaraq, İddiaçı öz mənzilinə daxil olduğunu və ailə üzvləri ilə birlikdə orada yaşadığını öyrənmişdir. İddiaçı, İlqar Talıbovla görüşüb, mənzili dərhal boşaldaraq, təhvil verilməsini tələb etmişdir. İlqar isə başqa yaşayış yeri olmadığını bildirərək, mənzili boşaltmaqdan imtina etmişdir. Dəfələrlə İlqarla görüşülüb, telefonla əlaqə saxlanılsa da, bugünə kimi İlqar Talıbov mənzildən çıxarıla bilməmişdir. İlqar Talıbov 2024-cü ilin yanvar ayından İddiaçı ölkə hüdudlarından kənarda olmağından istifadə edərək, qanunsuz olaraq mənzilə daxil olmuşdur və bugünə kimi həmin mənzildə yaşayır. Mənzil faktiki olaraq İlqar Talıbovun istifadəsindədir. Hal-hazırda eyni vəziyyətdə olan mənzilin həmin ərazi üzrə aylıq kirayə haqqı 500 manat təşkil edir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri ilə zərər vurmasına görə İddiaçı, 2024-cü ilin yanvar ayından başlayaraq mənzilin İddiaçı sahiblik və istifadəsinə təhvil verənədək hər ay üçün 500 manat pul ödəmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bu səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onu da bildirmək istəyir ki, İlqar Talıbovun sözügedən yaşayış sahəsini boşaltmaması nəticəsində İddiaçı mülkiyyət hüququ kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. İddiaçı həmin sahədən təyinatına uyğun istifadə edə bilmir, bu isə İddiaçı mənafeyinə ciddi ziyan vurur. İlqar Talıbovun günahı səbəbi ilə mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən, ilk iddia ərizəsi təmin edilməlidir.
13. Talıbov İlqar Hüseyn oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmirə çəkmiş xərcə görə 32480 manat pulun; - mütəxəssisə ödənilmiş 1000 manat pulun, vəkilə ödənilmiş 2000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 198 manat pulun, ümumilikdə 35678 manat pulun tutularaq Talıbov İlqar Hüseyn oğluna ödənilməsi; - ilk iddianın “cavabdeh Talıbov İlqar Hüseyn oğlundan 2024-cü ilin yanvar ayından başlamaqla, mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulun İddiaçı ödənilməsinin cavabdehin üzərinə qoyulması” hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ilk iddia tələbi qanunsuzdur. İlk iddiaçının vurduğu ziyana görə X3 mənzilin təmirinə çəkilmiş xərcə görə 32480 manat pulun, hüquqlarının müdafiə olunması ilə bağlı vəkilə ödənilmiş 2000 manat pulun, mütəxəssisə ödənilmiş 1000 manat pulun və ödənilmiş 198 manat dövlət rüsumunun, ümumilikdə 35677 manat məbləğində pulun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, ilk öncə onu bildirmək istəyir ki, Talıbov İlqar Hüseyn oğlu 2024-cü ildə yanvar ayında Abşeron rayonunda mənzil almaq qərarına gəlmiş və bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan X28 müraciət edib. Sonuncu Talıbov İlqar Hüseyn oğlundan hansı həcmdə, hansı qiymətə mənzil istəməyi ilə bağlı məlumatları yazıb götürüb və bu barədə Talıbov İlqar Hüseyn oğlua məlumat verəcəyini bildirib. Bir müddət sonra X24 İlqar Hüseyn oğluna müraciət edərək, Mehdiabad qəsəbəsində sözügedən mənzili tapdığını və ora baxmağını bildirdi. Tərəflər birlikdə həmin mənzilə baxış keçirmiş, baxış keçirilərkən Səxrat mənzil sahibinin hal-hazırda Azərbaycan Respublikasında olmadığını, mənzili 67000 manata satdığını, mənzil sahibinin yaxın günlərdə Azərbaycana gələcəyini bildirib. Talıbov İlqar Hüseyn oğlu mənzilə baxdıqdan sonra mənzili almaq qərarına gəlib və Səxrat mənzilə 65000 manat verə biləcəyini bildirib. Səxrat da mənzil sahibi ilə danışdıqdan sonra ona bildirib ki, mənzil sahibi 65000 manata mənzilin satılmasına razıdır. Bu zaman Səxrat Talıbov İlqar Hüseyn oğlundan beh istəyib. Talıbov İlqar Hüseyn oğlu bildirib ki, öz iştirakıyla ev sahibi ilə danışsınlar, razı olsa, Talıbov İlqar Hüseyn oğlu behi verəcəkdir. Tərəflər birlikdə Ramilə zəng etmişlər, Səxrat Ramilə bildirib ki, mənzili almaq istəyirlər, bu məqsədlə 500 manat beh vermək istəyirlər. Ramil Sərxata behi qəbul etməyi bildirdi. Bundan sonra Talıbov İlqar Hüseyn oğlu 500 manat behi Səxrata verib. Eyni zamanda Ramil bildirdi ki, 1 həftəyə və ya 10 günə Azərbaycana gələcək və gəldikdən sonra rəsmiləşdirmə işlərini aparacaqlar. Deyilən müddət başa çatdıqdan sonra Talıbov İlqar Hüseyn oğlu yenidən Səxrata zəng edib məsələnin nə yerdə olduğunu soruşub. Bu zaman Səxrat Talıbov İlqar Hüseyn oğluna bildirib ki, Ramilin işlərində yubanma olduğundan Azərbaycana gələ bilmir. Bu zaman Talıbov İlqar Hüseyn oğlu bildirib ki, əgər yubanacaqsa və ya bu iş alınmayacaqsa, Talıbov İlqar Hüseyn oğlunun pulunu qaytarsın, o da gedib, başqa yerdən özünə ev alsın. Səxrat Ramillə danışıb Talıbov İlqar Hüseyn oğluna bildirib ki, Ramil deyir ki, gecikir, Talıbov İlqar Hüseyn oğluna 20000 manat pul versin və evdə təmirə başlasın qalanını da gəldikdən sonra verər. Talıbov İlqar Hüseyn oğlu da bildirdi ki, 40000 manat verməyə hazırdır ki, lakin rəsmiləşmə notarial qaydada olsun. Tərəflər Talıbov İlqar Hüseyn oğlu ilə razılaşsalar da, pulun Talıbov İlqar Hüseyn oğlundan götürən olmadı. Daha sonra Səxrat Talıbov İlqar Hüseyn oğluna zəng edib bildirdi ki, Ramil deyir ki, açarı götürüb təmirə başlasın, gələndə pulu verər. Bundan sonra Talıbov İlqar Hüseyn oğlu Sərxatla Ramilin bacanağının yanına gedib, açarı ondan götürüb Talıbov İlqar Hüseyn oğluna verib və təmirə başlaya biləcəyini bildirdi. Təxminən 2024-cü ilin fevral ayının əvvəlindən başlayaraq evdə təmir işlərinə başladı və təmir təxminən aprel ayına kimi davam etdi. Təmir başa çatıb evə köçdüyü vaxt Səxrat Talıbov İlqar Hüseyn oğluna zəng edib bildirdi ki, Ramil zəng edib bildirib ki, təmiri dayandırın, artıq mənzillərin qiyməti qalxdığından 65000 manata razı deyil, daha baha satacaqdır. Təxminən aprel ayının sonlarında Ramil Azərbaycana gəldi və Talıbov İlqar Hüseyn oğlu onunla görüşdü. Ramil Talıbov İlqar Hüseyn oğluna bildirdi ki, Talıbov İlqar Hüseyn oğlu artıq evi 65000 manata deyil, 85000 manata satır. Talıbov İlqar Hüseyn oğlu buna etiraz etdi və bildirdi ki, əgər razılaşdıqları qiymətə mənzili Talıbov İlqar Hüseyn oğluna satmırsansa, onda təmirə çəkdiyi xərci ver, evdən çıxsın. Ramil əvvəl bununla razılaşsa da, sonradan təmirə çəkdiyi pulu verməkdən imtina etdi, Talıbov İlqar Hüseyn oğluna verəcək pulun olmadığını bildirdi və Rusiya Fedarasiyasına çıxıb getdi. Bundan sonra yenə aralarında telefon danışıqları oldu və mənzilin qiyməti ilə bağlı razılığa gəlsələr də, sonda yenə mənzili Talıbov İlqar Hüseyn oğlua satmaqdan imtina etdi və təmirə çəkəcəyi xərcləri verəcəyini bildirsə də, sonda yenə bundan imtina etdi. Dəfələrlə müraciət etməyinə baxmayaraq Ramil bugünə kimi nə Talıbov İlqar Hüseyn oğlula alqı-satqı müqaviləsi bağladı, nə də ki, mənzilə çəkdiyi xərci geri qaytardı və sonda məlum oldu ki, İddiaçı mənzildən çıxarılma ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, həmin mənzilin təmirinə görə Talıbov İlqar Hüseyn oğlu tərəfindən 32480 manat məbləğində pul vəsaiti xərclənmişdir ki, bütün bu qeyd olunanlar “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin edilməli, ilk iddia ərizəsi isə təmin edilməməlidir.
15. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, - Talıbov İlqar Hüseyn oğlunun ünvan 6 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılması, həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, - ##.##.2025-ci il tarixdən mənzildən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləğinin Talıbov İlqar Hüseyn oğlundan alınaraq İddiaçı ödənilməsi; - qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 (iyirmi səkkiz min on yeddi manat iyirmi iki qəpik) manat pulun; - mütəxəssisə ödənilmiş 700 (yeddi yüz) manat pulun, vəkilə ödənilmiş 1500 (min beş yüz) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 150 (yüz əlli) manat pulun İddiaçı alınaraq Talıbov İlqar Hüseyn oğluna ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçının mənzili cavabdehə satmaq fikri olsa da, sonradan fikrindən daşınmış və onlar arasında alqı-satqı ilə bağlı hər hansı rəsmi qaydada müqavilə bağlanmamış, sadəcə şifahi qaydada razılığa gəlmək istəmişlər. Hazırda isə iddiaçı mülkiyyətini qanunsuz sahiblikdən geri tələb etmişdir və etməyində haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edib ki, cavabdeh İlqar Talıbov evi təmir edərək bir müddət ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. Həmin müddət ərzində iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamaqla, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmış, ona görə də iddiaçının kirayə haqqını cavabdehdən tələb etməsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh onun haqqında məhkəmə mübahisəsi olduğunu bildiyi vaxtdan artıq həmin evdə iddiaçının hüquqlarının pozulduğunu bilmiş və ona görə də bunu bildiyi vaxtdan, iddiaçının məhkəmə müraciət etdiyi tarixdən, yəni ##.##.2025-ci il tarixdən hesablanaraq kirayə haqqının tutulması əsaslıdır. Ona görə də iddia tələbinin kirayə haqqının ödənilməsi hissəsi ##.##.2025-ci il tarixdən Talıbov İlqarın həmin evdən çıxarıldığı tarixədək aylıq 460 manatdan hesablanmalıdır. Müstəqil Ekspertiza Mərkəzinin rəyindən göründüyü kimi həmin ərazidə kirayə haqqı 460 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə ekspert rəyini, AR MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək əsaslı hesab edib. Bеləliklə, məhkəmə hesab edib ki, ilk iddiа ərizəsi qismən təmin edilməli, Talıbov İlqar Hüseyn oğlu ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmalı, həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli və ##.##.2025-ci il tarixdən mənzildən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləği Talıbov İlqar Hüseyn oğlundan alınaraq İddiaçı ödənilməlidir.
17. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edib ki, X15nun ifadəsindən və işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı Talıbov İlqara evi satmaq niyyəti olmuş və onun həmin evdə təmir aparmasına etiraz etməmişdir. Belə ki, İddiaçı bacanağı Şamxal tərəfindən mənzilin açarı Talıbov İlqara təhvil verilmiş və bundan sonra Talıbov İlqar evi təmir etməyə başlamışdır. Şübhəsiz ki, həmin açar İddiaçı icazəsi olmadan Talıbov İlqara verilə bilməz. Ona görə də məhkəmə hesab edib ki, İlqar Talıbovun mənzilin təmirinə dair çəkdiyi xərclər İddiaçı tutulmalı və Talıbov İlqara ödənilməlidir. Belə ki, iş ilə bağlı 2 ekspert rəyi vardır. Məhkəmə hesab edib ki, Müstəqil Ekspertiza Mərkəzinin rəyi daha əsaslı, ədalətlidir və hazırkı bazar qiymətinə uyğunluq təşkil edir. Həmçinin qeyd olunur ki, Talıbov İlqar mənzildə təmirə başlayarkən artıq qismən İddiaçı tərəfindən suvaq və elektrik işləri görülmüşdür. Ona görə də məhkəmə təmirə çəkilmiş xərclərin 28017,22 manat olmasını qanunauyğun hesab edib və qeyd edib ki, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 manat pul tutularaq Talıbov İlqar Hüseyn oğluna ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən göründüyü kimi X4 “Kapital Bank” vasitəsi ilə hüquqi yardımın göstərilməsi üçün Abşeron Rayon Vəkil Bürosuna 2000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edib ki, qarşılıqlı iddia qismən təmin edildiyindən, ödənilmiş 2000 manat məbləğinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 1500 manat hissəsi İddiaçı tutularaq Talıbov İlqar Hüseyn oğluna ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152, 157.2, 157.4, 1091, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən tərəflər ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
20. İlk iddiaçı İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissəsində əsassızdır. Məhkəmənin araşdırma zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuş hallarla, yekunda gəlmiş olduğu nəticə arasında açıq-aşkar uyğunsuzluq vardır. Belə ki, məhkəmə qəbul etmiş olduğu qətnamənin əsaslandırma hissəsində ilk idda tələbinin toplanmış sübutların və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq olunduğunu qəbul edir və qətnamədə bu halı qeyd edir. Qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlar məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən məhkəmə tərəfindən təsdiq olunması qətnamənin əsaslandırma hissəsində göstərilsə də, nəticə hissəsində qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi ilə məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mənzili cavabdehə satmaq fikri olsa da, sonradan fikrindən daşınmış və onlar arasında alqı-satqı ilə bağlı hər hansı rəsmi qaydada müqavilə bağlanmamış, sadəcə şifahi qaydada razılığa gəlmək istəmişlər. Hazırda isə iddiaçı mülkiyyətini qanunsuz sahiblikdən geri tələb etmişdir və etməyində haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh İlqar Talıbov evi təmir edərək bir müddət ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. Həmin müddət ərzində iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamaqla, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmış, ona görə də iddiaçının kirayə haqqını cavabdehdən tələb etməsi qismən əsaslıdır. Qeyd edir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçıdan Müstəqil Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymət əsasında 460 manatın tutularaq, ilkin iddia tələbi üzrə iddiaçıya ödənilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlsə də, həmin məbləğin tutulma tarixi hissəsində yanlışlığa yol vermişdir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı məhkəmə baxış iclasında həm işin halları ilə bağlı izahat verən zaman, həm də məhkəmənin özünün və iddiaçının nümayəndəsi və vəkilinin sualları ətrafında ifadə verən zaman ünvan 6 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə 2024-cü ilin aprel ayından yaşadığını və məhz həmin vaxtı İddiaçıla aralarında mübahisə olduğunu, İddiaçı ondan mənzili məhz həmin tarixdə tərk etməyi tələb etdiyini bildirmişdir. Həmçinin Talıbov İlqar Hüseyn oğlunun 2024-cü ilin aprel ayından öz ailəsi ilə birlikdə həmin mənzildə yaşaması və İddiaçı həmin vaxt və tarixdə onun mənzilə sahibliyinin qanunsuz olduğu üçün tərk edilməsini tələb etməsi qarşılıqlı iddia ərizəsinin məzmununda, İlqar Talıbovun vəkil və nümayəndəsi vəkil3 Həsən oğlunun məhkəməyə əlavə şahidin dəvət edilməsinə dair ##.##.2025-ci il tarixli vəsatətində, hər iki vəkil və nümayəndənin məhkəməyə verdikləri izahatlarında bir daha təsdiq olunsa da, məhkəmənin sahibliyin qanunsuz olması hissəsinin, yəni iddiaçının hüquqlarının pozulmasının bilməsinin idda ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hesablanması tamamilə əsasızdır. İlqar Talıbovun özü etiraf edir ki, İddiaçı hüququnu 2024-cü ilin aprel ayında pozub. Onun mənzilə qanunsuz sahibliyi mənzilə daxil olduğu tarixdən hesablanmalı, ən azından İlqar Talıbov və nümayəndələrinin qəbul etdiyi tarixdən 2024-cü ilin aprel ayından hesablanmalı idi. Bundan başqa məhkəmənin qarşılıqlı iddda tələbi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 2024-cü ilin yanvar ayı da daxil olmaqla ilk idda tələbi üzrə iddiaçı İddiaçı ölkə hüdudları kənarında olmuş və hazırda öz ailəsi ilə birlikdə Belarusiyada yaşayır. Hadisələrin baş verdiyi vaxtlarda onun ölkə hüdudlarından kənarda olması təsadüfi deyildir. Ev alqı-satqısı ilə məşğul olan və özünü makler kimi təqdim edən, məhkəmədə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən şahid qismində çağırılıb dindirilən şahid, X28 Ramilin ölkə hüdudlarından kənarda olması əvvəlcədən bəlli olduğundan öz şəxsi maraqları naminə İlqar Talıbovla qabaqcadan əlbir olub, Ramilin mənzilinə onun razılığı və iradə ifadəsi olmadan daxil olub, bilərəkdən və məqsədyönlü şəkildə təmir işləri etdirdikdən sonra aşağı qiymətə İlqar Talıbova alqı-satqı etmək niyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı maklerə inamının olmaması, onun ölkə hüdudlarından kənarda olmasından, mənzillərin real bazar qiymətindən məlumatsız olmasından istifadə edib, İlqar Talıbova satmağa niyyətinin olması özünün məhkəmədə şahid qismində verdiyi ifadəsi ilə tam sübuta yetirilmişdir. X15 Ramilin razılığı olmadan İlqar Talıbovdan mənzilin alqı-satqısına görə əvvəlcədən 500 manat beh aldığını, üzərindən 2 ildən artıq vaxt keçsə də, həmin 500 manat pulun onda olduğunu bildirmişdir. Bu hal onu təsdiq edir ki, İddiaçı mənzili satmaq niyyəti olmamışdır, belə olan halda, ən azından makler X28 olan behi qəbul edərdi. Səxrat Məmmədov məhkəmədə bir daha qeyd etmişdir ki, İddiaçı evində təmir işləri aparıldıqdan sonra ona zəng edərək məlumat vermiş və təmirin dayandırılmasını tələb etmişdir. O isə öz növbəsində İlqar Talıbova məlumat versə də, İlqar Talıbov təmiri dayandırmamışdır. Bundan başqa Səxrat Məmmədova iddiaçı tərəfindən onun adından hərəkət etmək üçün hər hansı bir səlahiyyət verilməmiş, etibarnamə təqdim edilməmişdir. İlqar Talıbovun iddia ərizəsində və izahatında göstərdiyi kimi ona bütün göstərişlərin, (mənzilin açarının Şamxaldan götürülməsi və təmirə başlaması) İddiaçı tərəfindən deyil, Səxrat tərəfindən verilməsi, Ramilin iradə ifadəsi kimi qəbul edilə bilməz. İlqar Talıbov əgər, həqiqətən də, kifayət qədər böyük bir məbləğdə vəsaiti evin təmirinə xərcləyirdisə, özünü belə görmədiyi, aralarında etibarlı münasibətlər olmadığı, yəni əvvəllər tanımadığı şəxsin evinə bu qədər vəsaitin qoyulması inandırıcı olmamaqla yanaşı, işin halları ilə də ziddiyət təşkil edir. İlqar Talıbov məhkəmədə evə daxil olması və təmir işlərinin aparmasını Ramilin deyil, Səxratın icazə verdiyini demişdir. Belə olan halda, o, İddiaçıla mobil telefon və ya video zəng vasitəsilə əlaqə saxlayıb, razılığının olub-olmamasını müəyyənləşdirməli olduğu halda bilərəkdən bunu etməmişdir. Bütün bunlar şahid Səxrat Məmmədov və İlqar Talıbovun niyyətini açıq-aşkar göstərən hallardır. Məhkəmə qarşılıqlı iddia tələbini təmin etmək üçün həmçinin şahid ifadələrini belə təhrif etmiş, şahidlərin məhkəmədəki ifadələrini qətnaməyə yerləşdirməmişdir. Belə ki, X12, Məmmədova Gülçöhrə İlyas qızı, Əsgərova Zöhrə İlyas qızı ilk ilddia tələbinin məzmununa və işin hallarına uyğun ifadə versələr də, məhkəmə bilərəkdən və məqsədyönlü şəkildə ifadələri olduğu kimi, işin mühüm məqamları ilə bağlı bildirdiklərini qətnamədə göstərməmişdir. Məhkəmə adları qeyd olunan şahidlərin ifadələrinə qətnamənin əsaslandırma hissəsində ilk iddia tələbi ilə bağlı deyil, qarşılıqlı iddia tələbi əsaslandırılan zaman qiymət verməli idi. Çünki həmin şəxslərin ifadələri qarşılıqlı iddia tələbinin rədd edilməsinə əsas verir. X19 İlyas qızı ifadəsində bildirmişdir ki, İddiaçı mənzilində təmir-tikinti işlərinin getməsini gördükdən sonra bu barədə yas mərasimində Əsgərova Zöhrə İlyas qızına məlumat vermişdir. X20ynanasıdır. Zöhrə isə bu barədə qızı Turanəyə məlumat verəndə, Turanə və Ramilin həmin vaxtı onlara məxsus mənzildə təmir quraşdırma işlərinin kənar şəxslər tərəfindən aparılmasından məlumatı olmuşdur. Bu faktı şahid X12 ifadəsi ilə təsdiq etmişdir. Nigar Məmmədova ifadəsində İlqar Talıbovun mənzilə qanunsuz daxil olmasından qabaq Ramil tərəfindən mənzildə təmir işlərinin görüldüyünü, əmlak alqı-satqısı ilə məşğul olan Səxrat adlı şəxs Şamxala evin açarlarını alan zaman, İlqar adlı şəxsin evə baxmaq üçün gəldiyini və evə baxmaq üçün açarları ondan aldığını, təmirlə və ya mənzilin satılması ilə bağlı Şamxala heç bir məlumat vermədiyini, həmin ərəfədə Şamxalın həyat yoldaşın dünyasını dəyişməsi iə bağlı başı qatışıq olduğundan sonradan evlə maraqlanmadığını və yoldaşı rəhmətə getdiyi üçün Ramillə üzbəüz yerləşən mənzilə bir daha gəlmədiyini, başqa yerdə yaşadığını demiş və Ramilin evi satmaq niyyətinin olmadığını, belə olsa, bu tapşırığı maklerə yox, əvvəlcədən etibarnamə verdiyi öz bacanağı Şamxala tapşırardı demişdir. Ramilin təmir işləri getdiyindən nəinki razılığı, hətta xəbəri olmamışdır. Xəbər tutduqdan sonra Ramil evdə təmirin dayandırılmasını bildirmişdir. Evə görə beh alınmamışdır. Digər tərəfdən Müstəqil Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri hazırkı bazar qiyməti ilə 28017,22 manat təşkil edir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı özü tərəfindən görülmüş işlərin dəyəri 8,039,45 manat təşkil edir. Məhkəmə hesab edirsə ki, həmin rəy və qarşılıqlı iddia əsaslıdır, onda ümumi çəkilən xərclərin 28017,22 manatın içərisində İddiaçı tərəfindən çəkilən xərclər 8,039,45 manat çıxılmaqla təmin edilməli idi. Bundan əlavə, məhkəmə 28017,22 manat məbləğində pulun İddiaçı tutulub, İlqar Talıbova ödənilməsi qənaətinə gəlməsi azmış kimi, mütəxəssisə ödənilmiş 700 (yeddi yüz) manat pulun, vəkilə ödənilmiş 1500 (min beş yüz) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 150 (yüz əlli) manat pul İddiaçı alınaraq Talıbov İlqar Hüseyn oğluna ödənilsi qənaətinə gəlməsi sadəcə gülüş doğurur. Belə ki, qətnamənin nəticə hisəsindən göründüyü kimi hər iki iddia qismən təmin edilmişdir və hər iki tərəf məhkəmədə vəkillə təmsil olunmuşdur. İlqar Talıbovun hüquqi yardım üçün bir deyil, iki vəkillə təmsil olunması isə heç bir zərurətdən irəli gəlməmişdir. Həmçinin İddiaçı məhkəmədə vəkillə təmsil olunması və bunun üçün xərclərin ödənilməsi işin görünən və mübahisəsiz halıdır, belə olan halda məhkəmə hər iki iddianı qismən təmin etdiyi, məhkəmə xərclərini mütənasib həll etməli olduğu halda, bu hissədə də İlqar Talıbovun maraqlarını qorumuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, ilk iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.
21. Qarşılıqlı iddiaçı İlqar Talıbovun apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş üzrə məhkəmə qətnaməsi ##.##.2025-ci il tarixdən mənzildən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləğinin Talıbov İlqar Hüseyn oğlundan alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməlidir. Hesab edir ki, bu ilk iddiaçıya fürsət verəcək ki, mənzilin təmirinə çəkdiyi xərci kirayə haqqı ilə əvəzləşdirsin. İlk iddiaçı bu zaman əsassız olaraq varlanacaq, o isə xeyli miqdarda mənzilə çəkdiyi xərcdən məhrum olacaq. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli qətnaməsi Talıbov İlqar Hüseyn oğlunun ünvan 6 ünvanda yerləşən sahəsindən ##.##.2025-ci il tarixdən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləği Talıbov İlqar Hüseyn oğlundan alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, Talıbov İlqar Hüseyn oğlu ünvan 6 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılması, həmin yaşayış sahəsinin boşaldılaraq X6 təhvil verilməsi və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 (iyirmi səkkiz min on yeddi manat iyirmi iki qəpik) manat pul, İddiaçı alınaraq Talıbov İlqar Hüseyn oğluna ödənilməsi hissəsinin eyni zamanda icra olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamənin aylıq kirayə haqqının ondan tutulması hissəsi tamamilə əsassızdır. Talıbov İlqar Hüseyn oğlu, İddiaçıla sözügedən mənzilin 65000 manata alqısatqısı ilə aralarında razılaşma olmuş, sonuncunun razılığı ilə mənzilin açarları Talıbov İlqar Hüseyn oğlua təqdim olunmuş, orada təmir işlərinin aparılmasından və Talıbov İlqar Hüseyn oğlunun həmin mənzilə köçməyindən Ramilin məlumatı olmuş, lakin Ramil Talıbov İlqar Hüseyn oğlu aldadaraq mənzili təmir etdirmişdir. Sonradan ilk iddiaçı aralarında olan razılaşmadan imtina etmiş mənzili razılığa gəlinmiş qiymətə satmaqdan imtina etmişdir. Öhdəliyin tələbləri ilk iddia üzrə iddiaçı tərəfindən pozulmuşdur. Hesab edir ki, ilk iddia üzrə cavabdehə qarşı bu oyunlar qəsdlə qurulmuş, öhdəliyin tələbləri ilk iddia üzrə iddiaçı tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi Talıbov İlqar Hüseyn oğlunun ünvan 3 ünvanda yerləşən sahəsindən ##.##.2025-ci il tarixdən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləği Talıbov İlqar Hüseyn oğlundan alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, Talıbov İlqar Hüseyn oğlu ünvan 6 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılması, həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 manat pulun İddiaçı alınaraq Talıbov İlqar Hüseyn oğluna ödənilməsi hissəsinin eyni zamanda icra olunması barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nağıyev İqbal Adil oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin sözügedən mənzilə sahibliyi qanunsuz olmuşdur. İddiaçının hər hansı razılığı olmadan, iradə ifadəsini əks etdirmədən, onun xaricdə yaşamasından istifadə edərək mənzili ucuz qiymətə almaq niyyəti ilə əlaqədar həmin mənzili təmir etdiriblər ki, mənzili ucuz qiymətə əldə etsin. Bundan başqa iş üzrə əldə edilmiş ekspert rəyinin sonuncu vərəqində yazılıb ki, “Talıbov İlqar Hüseyn oğlu mənzili təmir etməmişdən əvvəl İddiaçı tərəfindən bəzi təmir işlərinin həyata keçirildiyini bildirmişdir”. Həmin xərc təxminən 8000 manat müəyyən edilir. Lakin yekunda məhkəmə ümumi məbləği iddiaçıdan tutmuşdur. Belə ki, ümumi 28000 manat məbləğində puldan 8000 manat çıxılmaqla 20000 manat pul tutulmalı olduğu halda, iddiaçının çəkdiyi xərc də iddiaçıdan tutulmuşdur. Bundan başqa vəkilə çəkilmiş xərclər, dövlət rüsumunun ödənilməsi ilə bağlı xərclər və ekspertizanın keçirilməsi ilə bağlı xərclər hissəsində qətnamədəki mövqe yanlışdır. Çünki cavabdeh kimi iddiaçı da məhkəmədə vəkillə təmsil olunub və məhkəmə hər iki iddianı qismən təmin edib, belə olan halda isə tərəflərin çəkdiyi xərclər özlərinə aid edilməli idi. Digər tərəfdən iddiaçı İddiaçı cavabdehə 2024-cü ilin aprel ayında evdən çıxmasını bildirdiyi halda, məhkəmə kirayə haqqını iddia ərizəsinin verildiyi gündən hesablamışdır. Cavabdeh özü qeyd edir ki, iddiaçı ilə mənzilin dəyəri kimi ilkin olaraq 60000 manat məbləğə razılaşmışlar. Belə olan halda cavabdehin 28000 manat məbləğində evin təmirinə xərc çəkməsi fikri əsaslı və ağlabatan ola bilməz. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili İqbal Nağıyev sonda apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
24. Qarşılıqlı iddiaçı Talıbov İlqar Hüseyn oğlunun vəkili Həsənov İlyas Hüsən oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, qarşılıqlı iddiaçı hazırda mübahisəli mənzildə yaşamaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçı Rusiya vətəndaşıdır, belə olan halda, cavabdehə ödənilməli pul üzrə qətnamənin icrası çətinləşə bilər. Ona görə də hər iki tələb üzrə qətnamə eyni vaxtda icra edilməlidir. Qarşı tərəfin irəli sürdüyü arqumentlərin heç bir hüquqi əsası yoxdur. Qarşı tərəfin məqsədi prosesin uzadılması, qarşılıqlı iddia üzrə iddiaçıdan kirayə pulu tutulmasıdır. Ona görə də cavabdehin vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, ilk iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
25. Qarşılıqlı iddiaçı Talıbov İlqar Hüseyn oğlunun vəkili vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli mənzilin təmir-bərpa xərci kimi 32000 manata dair “xxxx” MMC tərəfindən verilən rəy tam ədalətlidir. İş üzrə tərəflər bir-birini heç vaxt tanımayıblar, münasibətləri olmayıb. Talıbov İlqarın həyət evi olub, o, həyət evini satıb bina evi almaq istəyib. Şahid kimi dindirilmiş X28 ilə Talıbov İlqarın münasibəti olub və ev axtardığını bildirib. Səxrat adlı şəxs də tanışı olduğunu, onun evini satdığını demişdi. Qarşı tərəf isə aldatmaqla evin ucuz qiymətə alınaraq ələ keçirildiyini bildirir. Halbuki tərəflər razılığa gəliblər, 500 manat beh alıb, Sərxat adlı şəxs də öz ifadəsində ona 500 manat beh verildiyini və iddiaçı ilə danışdığını bildirib. Bundan sonra açarı iddiaçının bacanağından götürüblər. İddiaçının bacanağı da həmin evlə qapıbir qonşudur. İddiaçının Rusiya Federasiyasında olduğunu, Azərbaycan Respublikasına gəldikdən sonra alqı-satqı edəcəklərini bildirmişdilər. Qarşı tərəf Azərbaycan Respublikasına gəlmiş, evi 70000 manata satdığını bildirib, İlqar Talıbov 70000 manatla razılaşır, sonra isə qarşı tərəf evi 80000 manata satdığını bildirmişdir. İlqar Talıbov həmin məbləğlə də razılaşır, amma sonradan iddiaçı evi ümumiyyətlə satmadığını bildirmişdir. İlqar Talıbov da iddiaçıya evi satmadığı halda çəkdiyi xərcləri ona qaytarmasını bildirmişdir. Qeyd olunanlara əsasən cavabdehin vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, ilk iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, ilk iddia üzrə iddiaçı İddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, qarşılıqlı iddia üzrə iddiaçı İlqar Talıbov isə qətnaməni ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ilk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddia üzrə “2024-cü ilin yanvar ayından başlamaqla mənzilin ona təhvil verildiyi günədək hər ay 460 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilməlidir.
31. Baxılan işdən göründüyü kimi iş üzrə ilk və qarşılıqlı iddialar mövcuddur və hər iki tərəf qətnamədən apellyasiya şikayəti verərək öz tələbinin təmin olunmasını xahiş edir.
32. Hər iki tərəfin apellyasiya şikayəti verdiyini nəzərə alan kollegiya, ilk olaraq ilk iddiaçının apellyasiya şikayətinin dəliləri üzrə araşdırma apamağı zəruri hesab edir.
33. Belə ki, araşdırılan işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəsi gedən ünvan 6 ünvanında yerləşən 86,7 kv.m. mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
34. Baxılan işin müəyyən edilən hallarına görə ilk iddiaçı İddiaçı bir müddət özünə məxsus olan mübahisələndirilən mənzili satmaq qərarına gələrək, mənzili satışa çıxarmışdır.
35. Cavabdeh İlqar Talıbov da sözügedən ərazidə mənzil almaq məqsədlə ev alqısatqısı ilə məşğul olan Səxrat Mustafayev adlı şəxsə müraciət etmiş, sonuncu da İlqarın necə mənzillə maraqlanması barədə (sahəsi, vəziyyəti, qiyməti və s.) məlumatları öyrəndikdən bir müddət sonra hazırkı mənzilin satışa çıxarıldığı barədə ona məlumat vermişdir. Cavabdeh mənzilə baxıb bəyəndikdən sonra vasitəçi (makler) S.Mustafayev iddiaçı ilə (mülkiyyətçi olan İddiaçıla) əlaqə saxlamış və sözügedən mənzilin alqı-satqısı ilə bağlı tərəflər arasında razılığa gəlinmişdir. Lakin İddiaçı müəyyən səbəblərdən ölkəyə gəlməsi mümkün olmadığından, tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi baş tutmamışdır. Bu zaman İlqar Talıbov öz evinin satılması səbəbindən İddiaçı gələnə kimi gözləyə bilməyəcəyini, razılıq olduğundan sonuncu gələnə kimi evi təmir edəcəyini, Ramil gəldikdə isə alqı-satqı edəcəklərini bildirmişdir. Ramilin İlqara 20000 manat ilkin məbləğ verməsini, daha sonra təmir etməsini, İlqar isə 40000 manat verəcəyini demişdir. Lakin iddiaçı qeyri-rəsmi pulu almaq istəməmişdir.
36. Bundan sonra iddiaçı İddiaçı mənzilin açarlarının qapıbir qonşusu olan bacanağı Şamxalda olduğunu və ondan götürərək təmirə başlaya biləcəklərini bildirmiş, cavabdeh də aralarında yaranmış razılığa və etimada əsaslanaraq mübahisələndirilən mənzili təmir etməyə başlamışdır. Həmin vaxt mənzildə bəzi təmir işləri iddiaçı tərəfindən aparılmış vəziyyətdə idi. Cavabdeh təmir işlərini yekunlaşdıran ərəfədə iddiaçı təmirin dayandırılmasını tələb etmişdir. İşin mübahisələndirilməyən digər halına görə cavabdeh təmirə başlayan vaxt iddiaçı tərəfindən mənzildə bəzi təmir işləri aparılmış vəziyyətdə idi.
37. Bundan sonra Ramil ölkəyə gəlmiş və tərəflər arasında uzun danışıqlar aparıldıqdan sonra Ramil mənzili 75000 manata satacağını bildirmişdir. Sonradan Ramil ölkədən getmiş və yenidən qayıtdıqda 80000 manata satdığını, daha sonra isə ümumiyyətlə evi satmadığını və təmir üçün çəkilən xərci İlqara qaytaracağını demişdir. Sonradan tərəflər arasında əvvəlki razılıq pozulmuş və yeni razılaşma əldə edilməmişdir.
38. Beləliklə, araşdırılan işin faktiki hallarından göründüyü kimi tərəflər əvvəlcədən bir-birini tanımamaqla məhz hazırkı mənzilin sövdələşməsi zamanı və ev alqı-satqısı ilə məşğul olan vasitəçinin (maklerin) vasitəsilə tanış olmuşlar. Müəyyən edilən hallardan biri də ondan ibarətdir ki, sözügedən mənzilin açarları vasitəçidə deyil, iddiaçının bacanağı Şamxal adlı şəxsdə olmuş və cavabdeh də açarları məhz iddiaçının göstərişi əsasında həmin şəxsdən götürərək mənzilə daxil olmuşdur.
39. Bundan əlavə iddiaçı tərəf özü də açarların Şamxaldan götürüldüyünü, Şamxalın onunla qapıbir qonşu olduğunu inkar etmir, lakin guya son zamanlar münasibətlərin pozulduğunu bildirir.
40. Kollegiya ilk iddiaçı tərəfin bu mülahizələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin şəxs açarların ondan götürüldüyünü və xeyli müddət qaytarılmadığını, eləcə də mənzilin təmirinin bir neçə ay çəkdiyini bildiyi halda buna etiraz etməməsi və ya iddiaçının da bundan tam məlumatsız olması, əlbəttə ki, kollegiya tərəfindən heç də inandırıcı görünmür. Əlavə olaraq, razılıq, sövdələşmə olmadığı halda cavabdehin bilə-bilə tanımadığı, münasibəti olmadığı və gələcəkdə mübahisə yarada biləcək mənzilə daxil olması, üstəlik də təmirə xeyli xərc qoyaraq orada yaşaması ağlabatan görünmür.
41. Qeyd olunanlar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlərin, o cümlədən də iddiaçının qohumu (baldızı) olan X12 ifadəsi ilə də təsdiq edilir.
42. Beləliklə, işin təsdiq olunan hallarından göründüyü kimi iddiaçı mübahisələndirilən mənzilin mülkiyyətçisi olmaqla, cavabdehin oradan çıxarılması və mənzilin təhvil verilməsi ilə bağlı iddianı qaldırmaq üçün subyektiv hüququn sahibidir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin cavabdehin mənzildən çıxarılması və təhvil verilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır.
43. İlk iddiaçının apellyasiya şikayətinin digər dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, apellyator dəyəri 65-70000 manat olan mənzilə 28000 manat civarında təmir işlərinin aparılmasını ağalabatan görünmədiyini, əvvəlki təmir işlərinin təxminən 8000 manat həddində olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə, kollegiya tərəfindən əlavə ekspertizanın keçirilməsi məsələsi müzakirə olunduqda, israrlı şəkildə ekspertizanın keçirilməsindən imtina etdiyini bildirmişdir. Ona görə də kollegiya apellyatorun bu dəlilini şəxsi mülahizə kimi qiymətləndirir.
44. Kollegiya bu qənaətə gələrkən həm də onu diqqətə çatdırır ki, mübahisəli mənzilin təmir-bərpa xərclərinə dair iş materiallarında iki qiymətləndirmə rəyi mövcuddur. Həmin rəylərdən biri “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyidir. Həmin rəylərdə mənzilin təmir-bərpa xərci müvafiq olaraq, 32480 manat və 28017,22 manat qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan rəyləri müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmə mübahisənin həllində “Müstəqil Ekspertiza Mərkəzi”nin rəyini istinad etməklə haqlı mövqedən çıxış etmişdir. Çünki həmin rəydə mənzilin təmir xərcləri sırasında görülən işlərə dair hesabat daha ağlabatan hesab edilir. Bununla belə, həmin rəyin sonunda mənzilin təmirinə dair çəkilmiş xərclərin bir hissəsinin (8.039.45 manat) ilk iddiaçı İddiaçı tərəfindən görülməsinə dair “qeyd” başlığı özlüyündə tam anlaşılan olmamaqla, məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən təkzib edilmişdir. Belə qeyri-müəyyən vəziyyətdə həmin məbləğin ümumi təmir xərcindən çıxılması isə mübahisənin ədalətli həllini şübhə altına ala bilər.
45. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “2024-cü ilin yanvar ayından başlamaqla mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 460 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə düzgün nəticəyə gəlməmiş, bu hissədə tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir. Eyni zamanda apellyasiya şikayətindən görünür ki, qarşılıqlı iddiaçı məhkəmənin hüquq normalarını düzgün tətbiq etmədiyini bildirir.
46. Belə ki, işin yuxarıda sadlanan hallarına əsasən qarşılıqlı iddiada yer alan maddi tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsi nəzərdən keçirilə bilər.
47. Apellyasiya instansiyası məhkəməsi iddiaya Mülki Məcəllənin 157.5-ci maddəsini tətbiq edərək iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni aşağıda qeyd edilən şəkildə əsaslandırır.
48. İstinad olunan maddələrə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
49. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
50. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
51. Kollegiya qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır, ona görə ki araşdırılan işin hallarına görə mübahisələndirilən mənzil mülkiyyət hüququ verən sənəd əsasında ilk iddiaçının adına olsa da, cavabdeh məhz aralarındakı sövdələşmə və razılaşmaya əsasən mənzilə daxil olmuş və vicdanlı sahib kimi özününkü hesab edərək uzun müddət təmir işləri apararaq mənzildən təyinatı üzrə istifadə etmişdir.
52. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin mənzil sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə, hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməklə mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
53. Qeyd edilir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da vicdanlı sahib kimi davranmışdır. Kollegiyanın qənaətinə görə belə olan halda cavabdehin həmin mənzildən istifadəsi qanunsuz sayıla bilməz.
54. Bu hallar ona dəlalət edir ki, iddiaçı qeyd etdiyi dövrlər ərzində özünün mülkiyyət hüququna əsaslanaraq, bütövlükdə qanunsuz sahiblik dövrü üçün Mülki Məcəllənin 157.5 və 1092-ci maddələrində göstərilən tələbləri irəli sürə bilməz. Çünki qanunvericilikdə həmin tələblərin həcmi qanunsuz vicdanlı sahiblə, qanunsuz vicdansız sahibə münasibətdə fərqli müəyyən edilmişdir.
55. Əgər şəxs əşya üzərindəki hakimiyyətinin qanunsuz olduğunu bilmirsə və bilməli deyilsə, o, vicdanlı sahib hesab edilir. Bununla belə, şəxs əşyaya sahibliyinin qanunsuz olduğunu bildiyi, yaxud bilməli olduğu və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan vicdansız sahib sayılır (Mülki Məcəllə, maddə 157.5, birinci cümlə; maddə 166.2, ikinci cümlə).
56. Qanunsuz vicdanlı sahib yalnız faktiki hakimiyyəti altında olan əşyanı geri qaytarmağa borcludur. İddia tələbi irəli sürüldüyü məqamda sahibliyində olduğu sübuta yetirilən və əsassız varlanma təşkil edən bəhərlər istisna olmaqla, o, digər gəlirlərin, əldən çıxmış faydanın və ya başqa zərərin əvəzini ödəməyə borclu deyil. Bu qayda Mülki Məcəllənin 157.5-ci maddəsinin sonuncu cümləsində belə ifadə edilmişdir: “Vicdanlı sahib sə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir”.
57. Qanunsuz vicdansız sahib isə əşyanı geri qaytarmaqla yanaşı, əmlakın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmalı və ya əvəzini ödəməli, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəməlidir. Bu qaydalar da Mülki Məcəllənin 157.5-ci maddəsinin digər cümlələrində açıqca ifadə olunmuşdur.
58. Qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. Hazırkı halda iddiaçı öz iddia tələbinin bu hissəsi əsaslı şübhələrdən kənar mötəbər dəlillərlə sübut edə bilməmişdir. Daha konkret ifadə edilsə, iddiaçının iki hissədən ibarət olan tələbi bir-birindən doğan tələbdir.
60. Yuxarıda istinad olunan halları ümumiləşdirərək kollegiya bir daha qeyd edir ki, ilk iddia tələbi mübahisələndirilən illərdə 2024-cü ilin yanvar ayından başlamaqla cavabdeh tərəfindən istifadə nəticəsində əldən çıxmış fayda hissəsi- cavabdehin bu cür istifadəsinin qanunsuz-vicdansız sahibliklə həyata keçirilmədiyindən təmin edilə bilməz.
61. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “2024-cü ilin yanvar ayından başlamaqla mənzilin ona təhvil verildiyi günədək hər ay 460 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia bu hissədə təmin edilməməlidir.
62. Kollegiya sonda onu da vurğulayır ki, iş üzrə bir neçə qarşılıqlı hüquqi öhdəlik icra edilməli olduğundan bu hissədə icra üsulu qaydasına da münasibət bildirilməlidir. Belə ki, həm ilk, həm də qarşılqılı iddialar qismən təmin edildiyindən və gələcəkdə icra mərhələsində borclu adlandırılacaq hər iki tərəfdən paralel və birlikdə yerinə yetirilməsi nəzərdə tutulan öhdəliklər olduğundan, tələblər də eyni vaxtda icra olunmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İlk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilk iddianın “2024-cü ilin yanvar ayından başlamaqla mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 460 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilmiş” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia bu hissədə təmin edilməsin. Qətnamə, Talıbov İlqar Hüseyn oğlunun mübahisəli mənzildən çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi ilə İddiaçı tərəfindən pulun cavabdehə ödənilməsi hissələrində eyni vaxtda icra edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.