Məhkəmə qərarları › İş №2(3-8)-943/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-943/2026

14.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-943/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (mülkiyyətin müdafiəsi-evdən çıxarılma, vurulmuş ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : Işin halları:

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla və texniki pasportla Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vəliyev küçəsi *** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0273 ha torpaq sahəsi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1625032064 qeydiyyat nömrəsi ilə ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Iş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh ərizəsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanması qərara alınmışdır.

3. Iş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (sonradan tələbin dəqiqləşdirilməsi) iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən hesablanmaqla qətnamə icra olunanadək hər ay üçün 360 manat olmaqla hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Yevlax şəhərində yaşamış və işləmişdir. Ancaq sonradan Yevlax şəhərində yerləşən evini sataraq Bakı şəhərində və ya Abşeron rayonunda ev almaq qərarına gəlmişdir. Buna görə də, onunla “xxxx” ASC arasında ## #### 2025-ci il tarixli, AN-№******* nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0273 hektar torpaq sahəsini və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kvadrat metr, yaşayış sahəsi 44,1 kvadrat metr olan fərdi yaşayış evini almışdır. Buna görə də daşınmaz əmlakın reyestr nömrəsi 308013114035-10301, qeydiyyat nömrəsi 1625032064, qeydiyyat tarixi ## ###### 2025-ci il tarixli çıxarış tərtib edilmişdir. ## ###### 2025-ci il tarixdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmasına baxmayaraq, o ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evə köçə bilməmişdir. Belə ki, cavabdeh Cavabdeh mülkiyyətində olan evi zəbt etməklə oradan çıxmır. O və ailə üzvləri ilə məcbur olaraq Bakı şəhəri, Nizami rayonu, Bəhrus Nuriyev küçəsi bina 06, mənzil 10-da hər ay 360 (üç yüz altmış) manat kirayə haqqı ödəməklə kirayədə yaşayırlar. Hesab edir ki, cavabdeh Cavabdeh bu hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmaqla ona ziyan dəyir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

6. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddianı qəbul etmir. O, həyat yoldaşı ilə birlikdə almaq üçün ev axtarmağa başlamışdır. Bu zaman ev alqı-satqısı ilə məşğul olan (makler) Teymurov Teymur və Tağıyeva Gülnar adlı şəxslər satışda həyət evi olduğunu onlara bildiriblər. Həmin şəxslər onları satılan evin sahibi X4 adlı şəxslə görüşdürmüşlər. Mətləb evinin bütün sənədlərinin düzgün olduğunu, lakin evi pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Onlar həmin evi 40000 manata razılaşmışlar. Aralarındakı razılaşmaya əsasən 20000 manat pulu ilkin olaraq ödəməli, qalan 20000 manatı isə ayda 500 manat olmaqla ödəməyə razılaşmışlar. Pul tam ödənilib qurtarandan sonra ev onun adına sənədləşməli idi. O, bütün bu proseslərin notarial qaydada aparılmasını təklif etmiş, lakin Mətləb onun dedikləri ilə razı olmamış, notariusda əlavə xərclərinin çıxacağını, buna görə də əlavə pul xərcləməyə ehtiyac olmadığını, öz aralarında razılaşıb sənədləşdirməyi və pul ödənilib qurtarandan sonra notariusa gedib bir başa evi onun adına keçirəcəklərini bildirmişdir. Onlar Mətləbə 20000 manat pulu vermişlər. Pulun verilməsinə dair hal şahidlərinin iştirakı ilə ## ###### 2023-cü il tarixli AKTda imzalamışlar. Həmçinin pulun Mətləbə verilməsini, AKT yazılmasını və ümumiyyətlə bu işlə bağlı edilən bütün hərəkətlərin video çəkilişi aparılmışdır. Yəni bütün bu hərəkətlər lentə alınmış və həmin görüntünün disk daşıyıcıları hal-hazırda ondadır, həmin aktı və bu işlə bağlı bütün hərəkətlərin video çəkilişini özündə əks etdirən disk hal-hazırda Abşeron rayon Polis Idarəsinin Istintaq Şöbəsində araşdırılan cinayət işinin materiallarının içindədir. O, hər ay danışdıqları kimi 500 manat pulu müəyyən olunmuş vaxtda Mətləbin ona verdiyi karta yükləmiş və qəbzi isə özündə saxlamışdır. Ailə üzvləri ilə birlikdə aldığı evdə köçüb yaşamağa başlamışlar. 2024-cü ilin fevral ayında ona məlum olmuşdur ki, Mətləb adlı şəxs həmin evi ona satmamışdan altı ay əvvəl “xxxx”-ya girov qoyaraq, 50000 manat pul götürüb xərcləmiş və biraz ödəniş etdikdən sonra ödənişi dayandırmışdır. Hal-hazırda da ödəniş etmir. Bunu ona aldığı evə gələn bank işçiləri demişlər. Hal-hazırda Mətləb bankın pulunu ödəmir ki, ev girovluqdan çıxsın. Artıq ona məlum oldu ki, Mətləb ona olan etibarından suiistifadə edərək banka girov qoyub pul götürdüyü evi yenidən ona satmış və bu barədə ona heç nə deməmişdir. Mətləb onun savadsızlığından və ona olan inamından istifadə edərək bu hərəkətləri etmişdir. Hal-hazırda onun ümumilikdə 25000 manat pul ödədiyi və 10000 manatdan da artıq təmiri üçün pul xərclədiyi həmin ev bankda girovdadır. Bank işçiləri ona xəbərdarlıq edirlər ki, əgər Mətləb banka pul ödəməsə, bank evi onun əlindən alacaqdır. Mətləb isə heç nəyə məhəl qoymur. Nəticədə o, ##.##.2024-cü il tarixdə DIN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq onu Abşeron RPI-nin Qobu PB-nə dəvət etmişlər. ##.##.2024-cü il tarixli, HK-*/*** saylı müraciət əsasında orada ilkin araşdırma aparıldıqdan sonra toplanmış material araşdırmanın davam etdirilməsi üçün Abşeron RPI-nin Istintaq Şöbəsinə göndərilmişdir və işin araşdırılması şöbənin müstəntiqi, R X2 adlı müstəntiqə həvalə edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, müstəntiq Vüsal onun şikayəti ilə maraqlanmamış və araşdırma aparmamışdır. Onun müraciəti əsasında məlum olmuşdur ki, müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Onun şikayəti əsasında qərar Abşeron rayon Prokurorluğu tərəfindən ləğv edilmiş və iş yenidən araşdırma aparılması üçün Abşeron RPI-nin IŞ-nə göndərilmişdir. Işin yenidən araşdırılması Abşeron RPI-nin IŞ-nin müstəntiqi, R X8 həvalə edilmişdir. R Elçin Süleymanov da heç bir əsaslı araşdırma aparmadan iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərar qəbul etmişdir. Onun bu qərarı da iş üzrə qəbul edilmiş əvvəlki qərar kimi tam əsassız və qanunsuz olduğu üçün yuxarı instansiya tərəfindən ləğv edilmişdir. Sonuncu dəfə araşdırma Rövşən adlı müstəntiqə həvalə edilmişdir. Abşeron RPI-nin IŞ-də CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinən X4 barəsində "Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" qərar qəbul etmişdir. Hal-hazırda ********* nömrəli cinayət işi Abşeron RPI-nin IŞ-nin müstəntiqi Rövşən Cavadov adlı polis əməkdaşının icraatındadır və iş üzrə onun tərəfindən araşdırma aparılır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli evin girov qoyulduğu bankın əməkdaşları bir neçə dəfə evi boşaltmağı barədə ona xəbərdarlıq da etmişlər. Hətta onlar Icra şöbəsinin əməkdaşları ilə iki dəfə onun yaşadığı evə gəlib evi boşaltmağı barədə ona möhlət də vermişlər. Əvvəllər Mətləb demişdir ki, guya bankla danışıb və hər şeyi həll edib. Lakin bankla əlaqə saxlayanda bankdan ona bankla heç bir razılaşma olmadığı bildirmişdir. Ən nəhayət evin boşaldılmasına dair bank tərəfindən ona verilmiş vaxta bir neçə gün qalmış, Mətləb ona bankla işi həll etdiyini və guya o, evdən çıxmayacağını, evdə qalıb onun pulunu ödəməkdə davam edəcəyini və sonda da evin ona qalacağını demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Mətləb yalan danışmış və o, evi bankdan girovluqdan çıxardaraq başqa bir şəxsə satmışdır. Həmçinin ona oda məlum olmuşdur ki, Mətləb evi Bankın vasitəsi ilə satdırmışdır. Yəni, guya hər-hansı bir vətəndaş gəlib həmin evi almışdır. Mətləb ev ona qalmasın deyə ona verəcəyi pulu tapdığı adamın adı ilə banka vermiş və evi guya həmin şəxs bankdan almışdır. Bu ad altında evi həmin şəxsin adına sənədləşdirmişdir. Əsil həqiqət isə həmin evin ödənişini Mətləb edib və evi öz adamı olan İddiaçı adına sənədləşdirmişdir. Evi almış şəxs evə baxmağa gələndə o həmin şəxsə Mətləbin bu evlə bağlı ona pul borclu olduğunu demişdir. Həmin şəxs bunu bilə-bilə mübahisəli evi necə ala bilər? Indi də Mətləb həmin adamın vasitəsi ilə onu yaşadığı evdən çıxartmaq üçün məhkəməyə vermişdir. O, 25000 manat pul ödəyib mübahisəli evi almışdır. Onun həmin evi alması barədə notarial qaydada alqı-satqı müqaviləsi olmasa da, bunu təsdiq edən tərəflərin imzası ilə təsdiqlənmiş AKT, danışıq və hərəkətləri özündə əks etdirən disk və barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmış Mətləbin etirafedici izahat və ifadələri var. Yəni o, mübahisəli evə özbaşına yığışmamışdır. Iddiaçı mübahisəli evi almamışdır. Mətləbin həmin evi aldadaraq ona satması barədə iddiaçının məlumatı var idi. Iddiaçı İddiaçı sənəd üzərində həmin evin sahibidir. Bütün bunlar onu həmin evdən çıxarmaq üçün Mətləbin qurduğu oyunlardır. Hesab edir ki, X4 barəsində Abşeron RPI-nin IŞ-də olan ********* nömrəli cinayət işi üzrə istintaq araşdırılması başa çatanadək, iddiaçı İddiaçı Umut qızının mübahisəli evlə bağlı verdiyi iddia ərizəsi üzrə araşdırılma dayandırılmalıdır.

7. Abşeron Rayon Məhkəməsinin (hakim M.Mirhəsənli) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması, 50 manatının isə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbi cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması hissəsində təmin edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh isə həmin mənzili iddiaçıdan əvvəl aldığını bildirsə də, evə dair rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamamış və evi öz adına rəsmiləşdirməmişdir. Bununla belə ev hələ iddiaçıya rəsmi qaydada satılmamışdan əvvəl cavabdeh həmin evdə köçüb yaşadığından, hazırda evin mülkiyyətçisinin tələbinə əsasən könüllü olaraq evdən çıxmadığından, bu mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus evdə yaşayır və bu, iddiaçının qanunla qorunan evə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Iddiaçı İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edib ki, İddiaçı hazırki tələbi bu hissədə təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli evə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı mənzildən çıxarlma ilə bağlı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir.

9. Məhkəmə həmçinin iddia tələbinin maddi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Lakin hazırkı tələbdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu, hazırda kirayə yaşamaqla ayda 360 manat pul ödəməsini sübut edə bilməmiş, həmçinin məhkəmə iclası zamanı da ayda 360 manat kirayə haqqı ödəməsi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 152.1, 152.5, 157.2-ci maddələri, AR Mənzil Məcəlləsinin 2, 3, 5, 9cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla analoji qaydada əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, cavabdeh 25000 manat pul verib mübahisəli evi Mətləb Malıyevdən almışdır. Evin alqı-satqısı notarial qaydada həyata keçirilməsə də, evin dəyəri kimi Mətləbə pul ödənilməsi barədə hal şahidlərinin iştirakı ilə akt tərtib edilmiş və görülən işlər, eləcə də sənədlərin yazılması, prosesi əks etdirən video görüntü də var ki, bütün bunlar iş materiallarına əlavə edilmişdir. Bütün bunlardan görünür ki, qeyri-rəsmi olsa da mübahisəli evin sahibi mülkiyyətində olan evi faktiki olaraq cavabdehə və evi ona təhvil vermişdir. Cavabdeh də öz ailə üzvləri ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamış və hətta evin təmir işlərini də görmüşdür. Beləliklə həmin evin sahiblik və istifadə hüquqları faktiki olaraq ona keçmişdir. İddiaçı isə bütün bunları bilə-bilə həmin evi almışdır. Mübahisəli evlə bağlı hal-hazırda Abşeron Rayon Məhkəməsində araşdırma aparılır. Həmin araşdırma başa çatmadan mübahisəli evin alqı-satqı predmeti olması yol verilməzdir və qanun pozuntusudur. Lakin iddiaçı İddiaçı bütün bunları bilə-bilə mübahisəli evi öz adına rəmiləşdirmişdir. Cavabdehin bütün tutarlı və əsaslı etirazına baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etmiş və cavabdehin öz ailə üzvləri ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul etmişdir. Halbuki mənzili dəyərini ödəməklə əldə etmişdir. Həmin evə tam sahiblik və istifadə hüququ vardır. Iddiaçının isə təqdim etdiyi sənədlər mübahisəli evə dair məhkəmə araşdırması başa çatmadığı üçün mötəbər hesab edilə bilməz və evin həmin şəxsə məxsus olması üçün əsas deyil. Hazırda evlə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işinə dair məhkəmə araşdırması sona yetənə və iş üzrə yekun qərar çıxarılanadək cavabdehin mübahisəli evdən çıxarılması qanunsuzdur. Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işində (hakim Vaqif Həsənov) o, Mətləb Malıyev və Yaqut Əhmədov tərəf kimi iştirak edirlər. Həmin cinayət işi üzrə araşdırma aparılır və yekun məhkəmə aktı qəbul edilməmişdir. Işə baxan məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu halda həmin iddia ərizəsini icraata qəbul edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli evi ilk öncə o, evin sahibi kimi tanıdığı Mətləb adlı şəxsə 18 min ilkin ödəniş etməklə almışdır. Aralarındakı razılaşmaya əsasən evə görə ilk olaraq 18 min manat ilkin ödəniş etmiş, daha sonra 22 ay ərzində 500 manat ödəniş etməli idi. Evi aldıqdan sonra təmir etdirmiş, kommunal xidmətlərlə təchiz etmişdir. Evin alqı-satqısı əlavə rüsumlardan azad olmaq üçün Mətləbin təklifi ilə notarial qaydada həyata keçirilməmişdir. Lakin Mətləb bildirmişdir ki, evə görə aylıq ödənişlər qurtardıqdan sonra ev onun adına rəsmiləşdiriləcəkdir. Evin alqı-satqısı zamanı akt tərtib edilmiş, video görüntü ilə qeydə alınmışdır. Sonradan isə məlum olmuşdur ki, ev bank tərəfindən iddiaçı İddiaçı satılıb. Hazırda sözügedən məsələ ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatında cinayət işi vardır. Mətləb evə görə ödənilmiş pulu qaytardığı təqdirdə evdən çıxa bilər. Lakin hazırkı vəziyyətdə azyaşlı qızı ilə birlikdə başqa yaşayış yeri olmadığından evdən çıxmaq istəmir. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2025-ci ilin iyul ayında sözügedən evi banka dəyərini ödəməklə əldə etmişlər. Evə görə ödəniş tam həcmdə həyata keçirilsə də, artıq 14 aydır ki, evlərinə köçə bilmirlər. Cavabdehin qeyd etdiyi hallar onunla Mətləb adlı şəxs arasında mövcud mübahisədir. Iddiaçı evin mülkiyyətçisi kimi hüquqlarından məhrum olmuşdur. Ailəsinin maddi imkanı yaxşı deyil. Özü işləmir, atası 1ci dərəcə əlildir. Öz evlərində yaşamağa maddi cəhətdən ehtiyacları vardır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Iddia tələbi cavabdehin mübahisəli evdən çıxarılması və ziyanın (kirayə haqqı məbləğinin) ödənilməsi barədədir.

23. Işə baxan məhkəmə iddia tələbini cavabdehin evdən çıxarılması hissəsində təmin etmiş, digər hissədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən yalnız cavabdeh tərəf apellyasiya şikayəti vermiş və qətnaməni iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirmişdir. Ona görə də kollegiya qətnaməni yalnız cavabdehin evdən çıxarılması hissəsində yoxlayır.

24. Araşdırılan işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı ilə “xxxx” ASC arasında ## #### 2025-ci il tarixli, AN-№******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və bu əsasla iddiaçı “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0273 hektar torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kvadrat metr, yaşayış sahəsi 44,1 kvadrat metr olan fərdi yaşayış evini almışdır.

25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla və texniki pasportla Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vəliyev küçəsi *** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0273 ha torpaq sahəsi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1625032064 qeydiyyat nömrəsi ilə ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

26. Hazırda iddiaçı öz tələbində cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir.

27. Iddia tələbinə etiraz edən cavabdeh isə apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, o evin sahibi kimi Mətləb adlı şəxsi tanımış və həmin evin alqı-satqısı üzrə aralarındakı razılaşmaya uyğun olaraq, sonuncuya ödəniş etmiş, evi təhvil alıb, təmir etmiş və ailəsi ilə birlikdə köçüb orada yaşamağa başlamışdır. Daha sonra bankın müraciəti əsasında məlum məsələlərdən xəbərdar olmuş və Mətləbin onu aldatmasını öyrənmişdir. Hazırda isə qeyd olunan məsələ ilə bağlı Abşeron Rayon Məhkəməsinin icaatında cinayət işi vardır. Həmin iş yekunlaşanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır.

28. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiyanın qənaətinə görə cavabdehin qaldırdığı məsələnin hazırki iddiaçıya aidiyyəti olmamaqla, yalnız pulu vermiş olduğu şəxslə qarşılıqlı razılaşma və ya məhkəmə mübahisəsi əsasında həll olunmalı məsələdir. Cavabdeh tərəf hər hansı hüquqi əsas olmadan, sözügedən yaşayış evinin onlara məxsus olmasını hesab etməklə, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur.

29. Iddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

30. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin göstərilən müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

31. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar