Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1896/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-ə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx xxxxxx 2020-ci il tarixli 020414 saylı NDM seriyalı akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı protokolla elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 556.55 manat (5131 Kvts) borcun silinməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın ərazi üzrə nəzarətçisi tərəfindən sayğaca uzun müddət baxış keçirilmiş və belə bir hal aşkar edilməmişdir. Sayğac mənzilin daxilində yox, blokda quraşdırılmış və Azərişığa məxsus şit nəzarətçi tərəfindən kilidlənmişdir. Belə olan halda iddiaçının sayğaca müdaxilə etməsi tamamilə absurddur. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11 -ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayır, mənzilinə aid sayğac isə binanın 1 -ci mərtəbəsində yerləşən sayğaclar qutusunda yerləşməklə, qutunun açarı cavabdeh təşkialtın əməkdaşında saxlanılır. Həmin əməkdaş hər ay bina üzrə sayğaclara baxış keçirdib, üzərindəki sərfiyyatı hesablayır və sayğaclardakı blomların salamatlığına nəzarət edir. Qaydalara müvafiq olaraq elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı- satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İddiaçı tərəfindən sayğaclara hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı aktın surətini təqdim etmiş, iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 mülki iş üzrə sübutları təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini təmin edərək baxış iclasını xx xxxxx 2021-ci il tarixə təxir etmişdir. Lakin, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmənin baxış iclasında iştirak etməmiş, sübutları təqdim etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, iddiaçı **********20032 abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisindən istifadə etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli NDM 020414 nömrəli akta əsasən görünür ki, sayğacın dövlət möhürü, alt qapaq möhürü pozulub, sayğacdan kənar xətt və ya işlədicilər yoxdur, xüsusi açar, aparat və.s vasitəsilə sayğac dövrdən kənarlaşdırılmayıb, sayğac diski ilişmir, üst qapaqda xüsusi dəlik açılmayıb və.s pozuntular yoxdur. E.E.İ.Q-na uyğun baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacını qidalandıran kabelin giriş və çıxış xəttlərinin izolyasiyası pozularaq bir-birinə bağlanıb şuntlanmışdır. Bu səbəbdən də, sayğac keçən yükü qüsurla qeyd edir. Sayğac 27 faiz xəta ilə işləyir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli NDM 020414 nömrəli akta əsasən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər haqqında çıxarışa əsasən görünür ki, elektrik sayğacını qidalandıran kabelin giriş və çıxış xətlərinin izolyasiyası pozularaq bir-birinə bağlanıb şuntlanmışdır. Bu səbəbdən sayğac keçən yükü qüsurla qeyd edir. Çıxarışda qeyd edilmiş qərara əsasən görünür ki, cəmi 556,55 manat borc hesablanmışdır. İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, N-240 saylı müraciətə əsasən verilmiş xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, **********20032 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 23.11 2020-ci il tarixdə Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə sayğacını qidalandıran kabelin giriş və çıxış xətlərinin izolyasiyası pozularaq bir birinə bağlanıb şuntlandığına görə sayğac keçən yükü qüsurla qeyd etdiyi aşkarlanaraq NDM 020414 saylı aktla rəsmiləşdirilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 5131 Kvts - 556,55 manat dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Aktda qeyd edilən qüsur Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsinin xx.xx.2020-ci il tarixli ******* protokolu ilə təsdiq edir ki, akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilmişdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair xx xxxxxx 2020-ci il tarixli 020414 saylı NDM seriyalı akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı protokolla elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 556.55 manat (beş yüz əlli altı manat əlli beş qəpik) borcun silinməsi cavabdeh “xxxx” ASC-yə həvalə edilməli və 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Belə ki, cavabdeh tərəf iddiaçı tərəfin delikt hərəkətlərini və borcun yaranma əsaslarını məhkəmədə sübut edə bilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair xx xxxxxx 2020-ci il tarixli 020414 saylı NDM seriyalı akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı protokolla elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 556.55 manat (beş yüz əlli altı manat əlli beş qəpik) borcun silinməsi cavabdeh “xxxx” ASC-yə həvalə edilsin və 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1896/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1896/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver