Məhkəmə qərarları › İş №2(004)-1908/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1908/2023

06.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1908/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiq edilmiş 7E-04/3634 reyestr nömrəli baş etibarnamənin etibarsız (əhəmiyyətsiz) əqd sayılması və onun pulları hesabına əldə edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində, “Dalğa” b/y-nın 125 saylı bağ sahəsinə, Qusar rayonu Aşağı Ləyək kəndində yerləşən 0,12 həyətyanı torpaq sahəsinə, **-KA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtomobil və **-ZS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter” markalı avtomobilin üzərində onun təkbaşına mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 onun doğma oğludur. O, ona 15 fevral 2012-ci il tarixdə Bakı şəhəri, 19 saylı Notariat Kontorunda təstiq edilmiş 7E- 04/3634 reyestr nömrəli etibarnamə vermişdir. Həmin etibarnamə üzrə cavabdeh adına olan bütün əmlakını idarə etməyi və onların üzərində sərəncam vermək hüququnu ona həvalə etmişdir. Əslində həmin etibarnamə üzrə onlar aralarında olan başqa mülki münasibətləri pərdələmişlər. Bu fakt onunla təstiq olunur ki, etibarnamə verilən zaman cavabdehin adına hər hansı əmlak olmamışdır. Mövcud olmayan əmlak barədə etibarnamənin verilməsi onu təsdiq edir ki, əqd üzrə tərəflər başqa niyyətlərini güdmüşlər. Əldə edimiş razılaşmaya əsasən onlar ümumi vəsait hesabına, yəni şərikli daşınmaz və daşınar əmlaklar əldə etmişlər. Əldə edilmiş əmlakın dəyərinin yarı hissəsini o, digər hissəsini isə cavabdeh ödəmişdir. Əmlakların alqı-satqısını cavabdeh həyata keçirmiş və o ona etibar etdiyi üçün, cavabdehə bütün əmlakların öz adına rəsmiləşdirməsinə razılıq vermişdir. Lakin, onun əmlak hüquqlarının tanınması üçün cavabdeh, sərəncam vermək hüququ ilə ona baş etibarnamə vermişdir. Məqsəd - onun pula ehtiyacı olduğu halda həmin etibarnamə üzrə isənilən əmlakı satıb pula keçirə bilməyi idi. Tərəflər arasında belə bir razılaşmanın mövcud olduğunu təsdiq edən şahidləri vardır. Yaxın zamanlarda xəstəliyi ilə bağlı pula ehtiyacı yaranmış və əmlakın birini satmaq qərarına gəlmişdir, lakin sata bilməmişdir. Müəyyən etmişdir ki, ona məlum olmayan səbəblərdən cavabdehin adına olan bütün əmlakların üzərinə həbs qoyulmuş və onları satmaq mümkün deyil. Ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh1 adına olan bütün əmlaklar onun atası olan iddiaçı tərəfindən alınıb. Cavabdehin özü şəxsən heç bir əmlak almayıb. Bu əmlakları almamışdan qabaq iddiaçı oğluna bütün əmlakları idarə etməsi üçün etibarnamə də vermişdir. Hal-hazırda cavabdehin harada olduğu məlum deyil. İddiaçının oğlu olan cavabdeh tüfeyli həyat tərzi yaşadığına görə, iddiaçı əmlakları öz adına qaytarmaq isdəyir. Çünki hesab edir ki, həmin əmlakların bütün dəyəri onun tərəfindən ödəndiyinə görə buna mənəvi haqqı çatır. Əmlakların dəyərinin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübutlar da mövcuddur. Faktiki olaraq Araz heç bir yerdə işləməyib. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu baxımdan iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1908/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, reyestrdə 7E-04/3634 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, Cavabdeh1 və X1 bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraqq özlərinin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. İddiaçı etibar etmişlər. İş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Dalğa” b/y-nın 125 saylı baş sahəsində yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, Qusar rayonu, aşağı Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AC 009246 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E-200” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AC 860887 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X6 313D” yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Dalğa” b/y-nın 125 saylı baş sahəsində yerləşən 0.05 ha torpaq sahəsi, Qusar rayonu, aşağı Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsi, “Mersedes Benz E-200” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “X6 313D” yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. xx.xx.2012-ci il tarixli, reyestrdə 7E-04/3634 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, Cavabdeh1 və X1 bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraqq özlərinin bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. İddiaçı etibar etmişlər. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiq edilmiş 7E- 04/3634 reyestr nömrəli baş etibarnamənin etibarsız (əhəmiyyətsiz) əqd sayılması və onun pulları hesabına əldə edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində, “Dalğa” b/y-nın 125 saylı bağ sahəsinə, Qusar rayonu Aşağı Ləyək kəndində yerləşən 0,12 həyətyanı torpaq sahəsinə, **-KA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtomobil və **-ZS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter” markalı avtomobilin üzərində onun təkbaşına mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının belə bir tələb irəli sürməsinə baxmayaraq iddiaçı məhkəməyə etibarnamənin etibarsız hesab edilməsi və eyni zamanda Cavabdeh1 mülkiyyətində olan əmlakların həqiqətən ona məxsusluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddia tələbinin əsaslığını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsi və məhkəmə araşdırması zamanı əqdin etibarsızlığına səbəb olan heç bir əsasın müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-ci maddəsinə əsasən: 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar