Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1919/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun cavabdeh «Cavabdeh » BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şükürov Kərim İsfəndiyar oğlu cavabdeh «Cavabdeh » BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh » BOKT ASC ilə onun arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, «Cavabdeh » BOKT ASC ilə onun arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 22.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi «Cavabdeh » BOKT ASC ilə onun arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanda olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh BOKT ASC-nin ona qarşı müqavilənin ləğvi, pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə onun arasında bağlanmış 03.08.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ondan 21212,68 ABŞ dolları əsas borc, 6378,58 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27657,31 ABŞ dolları borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaiti Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulması, tələbin ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə yerləşən 94 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan pul vəsaitinin onun Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin ona qaytarılması, cavabdehin əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ondan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert Mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manat alınaraq S-Əmlak Qiymtləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7993/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən kredit borcu, faizlər və cərimə borcu həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur. Lakin bu müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Düzdür müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranmış və onun həqiqətən də gecikdirilmiş borcu vardır. Lakin bu borc bank tərəfindən şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(060)-98/2018 saylı qətnaməsi ilə kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan 21212.68 ABŞ dolları əsas borc, 6378.58 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu olmaqla cəmi 27657.31 ABŞ dolları borcun tutulması, tələbin Şükürov Kərim İsfəndiyar oğluna məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 94 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və mənzil satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellvasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(105)-1815/2019 saylı qətnaməsi ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən Məhkəmə Ekspeıl Mərkəzinə mühasibatlıq ekspetiza tədqiqatının dəyəri olan 50 manatın, “xxxx” MMC-yə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 350 manatın ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Şükürov Kərim İsfəndiyar oğlu kassasıya şikayəti vermişdir. Ali Məhkəmənin 18 dekabr 2019-cu il tarixli 2(102)-7993/2019 saylı qərarı ilə Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əsas borc, faizlər və cərimə borcu həddindən artıq şişirdilmiş, borc düzgün hesablanmamışdır. Qeyd edir ki, borc mübahisəsi üzrə Ali Məhkəmənin 18 dekabr 2019-cu il tarixli 2(102)-7993/2019 saylı qərarı çıxarılmışdır və qərar qanuni qüvvəsini almışdır. Şükürov Kərim İsfəndiyar oğlunun təşkilata olan borcu qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunmuşdur və yenidən mıibahisələndirilə bilməz. Bundan başqa kredit müqaviləsi bağlanarkən Şükürov Kərim İsfəndiyar oğlu müqavilənin hansı şərlərlə imzalandığını bilmiş və bunu bilməyə borclu idi. Yəni müqavilənin şərtləri ona müqavilə bağlanan zaman məlum olmuşdur. Cavabdeh müqaviləni 1 il ərzində 03.08.2016-cı ilədək mübahisələndirməli olduğu halda bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. Şükürov Kərim İsfəndiyar oğlunun tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin keçməsini əsas götürərək iddianın rədd edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadam baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Cavabdehin məhkəməyə ünvanladığı ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Şükürov Kərim İsfəndiyar oğlu ilə Cavabdeh BOKT ASC arasında bağlanmış 03.08.2015-ci il tarixli, 2015/00100-01 saylı istehlak krediti müqaviləsinə, bank iddiaçıya illik 28 faizlə, 60 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 13.08.2015-ci il tarixli, 2015/00100-01 saylı kredit müqaviləsi ləğv edilmiş, Şükürov Kərim İsfəndiyar oğlundan 21212.08 ABŞ dolları əsas borc, 6378.38 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27637.31 ABŞ dolları borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaitinin Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması, tələbin X1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzilə yünəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olıman pul vəsaiti Şükürov Kərim İsfəndiyar oğlunun Cavabdeh BOKT ASC-yə olan borcunun qaytarılmasına yönədilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin Şükürov Kərim İsfəndiyar oğluna qaytarılması, iddia tələbinin cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manatın alınaraq “xxxx MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Resublikası Ali Məhkəməsinin 2(102)-7993/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı ilə Cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq tələblə bağlı istər müqavilələrin imzalandığı 2015-ci il tarixdən istərsə də, müfaviq məhkəmə qətnamələrindən sonra iddia qaldırılmamaqla, hal-hazırda isə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş olsaydı belə, ümumiyyətlə iddia ərizəsində qeyd edilmiş əsaslar iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, iddiaçı iddia ərizəsində ona bank tərəfindən hesablanmış əsas, faiz və dəbbə borcunun şişirdildiyini bildirsə də, məhkəmə qeyd edir ki, sözü gedən hallara istər birinci instansiya məhkəməsi, istərsə də, yuxarı instansiya məhkəmələri tərəfindən artıq qiymət verilmiş və həmin məhkəmə qətnamələri qanuni qüvvələrini almışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun cavabdeh «Cavabdeh » BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1919/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1919/2021
05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver