Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1930/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsi tərəfindən ona suya görə əsassız hesablanmış 455,16 manat məbləğində onun abunə hesabından silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1975-ci ildən indiyə kimi yaşadığı ünvan 1 ünvanında yerləşən ev onun dədə-baba evidir. O, 1975-ci ildə ailə həyatı qurandan sonra bu evdə ailəsi ilə birgə yaşamağa başlamışdır. 2015-ci ilə kimi həyat yoldaşı və uşaqları ilə bu evdə yaşamış, 2015-ci ilə kimi uşaqları ailə həyatı qurandan sonra bu evdən getmiş və özlərinə aid evlərdə yaşamağa başlamışlar. 2015-ci ildən bu günə kimi isə həmin bu evdə yalnız həyat yoldaşı X1 ilə birgə yaşayır. Onlardan başqa bu evdə heç kim yaşamır. 2016cı ildə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları gəlib yaşadıqları 1”a” saylı evin su xəttinə kartla işləyən su sayğacı qoymuşlar. Onlar evin su xəttinə kartla işləyən sayğac qoyulandan bir müddət sonra sayğacın koda düşmədiyini görmüşdür. O, bunu görəndən sonra dəfələrlə bu barədə Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin və həmin idarənin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşlarına həm yazılı ərizə ilə, həm də şifahi formada vəziyyəti bildirmiş və tədbir görmələrini xahiş etmişdir. Evlərinə gələn Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşları isə hər dəfə sayğaca baxıb onu yoxlayandan sonra hər şeyin qaydasında olduğunu və sayğacda heç bir problemin olmadığını demişlər. O, da hər ay su kartına pul köçürüb su sayğacına vurmaqla sudan istifadə etmişdir. Onlar quyu suyundan da isdifadə etdiklərinə görə sayğac qoyulmuş su xəttindən gələn sudan ayda ancaq 1-2 kub metr su istifadə etmişlər. İndinin özündə də bu belədir. Bu faktı cavabdehin Suraxanı rayon Sukanal İdarəsinin və həmin idarənin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşları da tam təsdiq edə bilərlər. 2016-cı ildən 2021-ci ilin noyabr ayının 5-nə kimi yaşadıqlarə evin su xəttinə qoşulmuş sayğacdan istifadə etdikləri su sərfıyyatı ilə bağlı cavabdeh təşkilatla onun arasında heç bir problem yaşanmamış və cavabdehin yerli idarəsi və həmin idarənin Hövsan qəsəbəsindəki şöbəsi tərəfindən ona qarşı hər hansı bir pretenziya və tələb irəli sürülməmişdir. 2021-ci ilin noyabr ayının 5-də Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsindəki şöbəsindən Murad adlı bir nəfər nəzarətçi onların evinə gəlmiş və su xəttinə qoyulmuş sayğaca baxandan sonra suya görə çoxlu borcu olduğunu bildirmişdir. Ondan sonra, o bu borcun nəyin əsasında yarandığını aydınlaşdırmaq üçün Murad adlı nəzarətçi ilə birgə Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsindəki şöbəsinə gəlmiş və orada şöbənin rəisinin qəbulunda olmuş, şöbənin rəisi ona suya görə 756 manat məbləğində borcunun olduğunu demişdir. O isə şöbənin rəisinə bu məbləğdə borcunun yaranmasının qeyri-mümkün olduğunu, evdə yalnız həyat yoldaşı ilə onun yaşadığını, sayğac qoyulmuş su xəttindən başqa quyu suyundan da istifadə etdiklərinə görə həyat yoldaşı və özünün sayğac qoyulmuş su xəttindən ayda ancaq 1-2 kub metr su istifadə etdiklərini, sayğacın koda düşməməsi barədə hələ 2016-cı ildə onlara bir neçə dəfə yazılı və şifahi formada məlumat verdiyini, ancaq şöbənin əməkdaşları hər dəfə sayğaca baxandan sonra heç bir problemin olmadığını və ona sayğacın normal işləməsini dediklərini bildirmişdir. Şöbənin rəisi isə ona həmin borcun nəyin əsasında yaranmasını izah edə bilməmişdir. Daha sonra, o şöbənin rəisindən dedikləri borcu hansı qiymətlərlə hesabladıqlarını soruşmuşdur. Rəis isə ona hansı qiymətə istəsə, həmin qiymətə də hesablayacağını bildirmişdir. Daha sonra o, həmin şöbədə işləyən xanımlardan suya görə borcunun olub-olmamasını yoxlamalarını xahiş etmişdir. Şöbədə işləyən xanımlar kompüterə baxandan sonra ona onun suya görə hər hansı məbləğdə borcu yoxdur, rəisin və nəzarətçi Muradın dedikləri borcun necə və nəyin əsasında yaranması onlara məlum deyil, onun suya görə borcu haqqında onlarda heç bir məlumat yoxdur. Bundan sonra, o məsələni aydınlaşdırmaq üçün Cavabdeh ASC-nin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Sukanal İdarəsinə getmiş və vəziyyəti onlara bildirərək, bu məsələni araşdırmağı onlardan xahiş etmişdir. Həmin İdarədən ona suya görə 756 manat borcunun yaranması haqqında onlarda heç bir məlumat olmadığını, həmin borcun necə yaranmasını deyə bilmədiklərini demişlər. Daha sonra idarənin əməkdaşları ona narahat olmamağı, məsələni araşdırıb nəticəsi barədə məlumat verəcəklərini bildirmişlər. Ancaq indiyə kimi heç bir məlumat verməmişlər. Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbənin əməkdaşları ona 2016-cı ildən 2022-ci ilə kimi bütün aylara görə yaranmış borcu 0,70 manata vurmaqla hesabladıqlarını bildirmişlər. Cavabdehin Suraxanı rayon İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşlarının suya görə ona hesabladıqları borcu tam qanunsuz və əsassız hesab edir. Onun və ailəsinin suya görə heç vaxt borcu olmayıb. İlk gündən su xəttinə kartla işləyən sayğac qoyulmuş və sayğaca karta vurduğu pulu daxil etməklə ona uyğun sudan istifadə etmişlər. Tərəfindən də sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdehin yerli idarəsi və şöbəsi tərəfindən də sayğaca müdaxilə faktı da müəyyən edilməmişdir. Onların suya görə 756 manat məbləğində borcununun yaranması mümkün olan hal deyil. Cavabdeh ASC-nin Suraxanı rayon İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsindən ona suya görə 756 manat məbləğində borcununun olduğunu deyəndən sonra bir dəfə həmin şöbədən gəlib onun evin su xəttini kəsmiş və onları bir müddət susuz qoymuşlar. O, cavabdehin Suraxanı rayon Sukanal İdarəsinə bu barədə bildirdikdən və şikayət edəndən sonra həmin idarənin əməkdaşları özləri gəlib evin su xəttini qoşmuşlar. Ona cavabdehin Suraxanı rayonu Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şəbəsinin rəisi 2021-ci ilin noyabr ayında 756 manat suya görə borcunun olmasını və ondan sonra deyilən borcdan heç bir manat ödəməsə də, 27.01.2022-ci ildə həmin şöbədən ona verilən hesab fakturada onun suya görə ancaq 455,16 manat borcunun olması qeyd edilmişdir. Həmin borcu ona 2016-cı ildən 2022-ci ilə kimi hesablamışlar. Bu borcun nəyə görə, hansı əsasa görə yaranması və hesabladıqlarını bilmir. Bu barədə soruşanda da, ona heç bir söz deməmişlər. 2021-ci ilin noyabr ayından indiyə kimi o və həyat yoldaşı Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşlarının etdikləri qanunsuz hərəkətlərə, tam qanunsuz və əsassız olaraq hesabladıqları su borcuna görə çox böyük mənəvi sarsıntılara məruz qalmışlar. O, həyat yoldaşı ilə birgə yalnız ödədikləri pula uyğun sudan istifadə etmiş və cavabdehə sudan istifadə ilə bağlı hər hansı məbləğdə heç bir ziyan vurmamışlar. Ona hesablanan borc tam qanunsuz və əsassız bir borcdur. Həmin şöbənin əməkdaşları buna görə onları çox incidirlər. Həm onun, həm də həyat yoldaşının 80-ə yaxın yaşları vardır. Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin Hövsan qəsəbəsində yerləşən şöbəsinin əməkdaşlarının ona qarşı etdikləri qanunsuz hərəkətlər onlara olduqca böyük zərbə vurur və onları çox incidir. Ona görə də bu qanunsuz hərəkətlərə son qoyulması və onlara tam qanunsuz və əsassız hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxaırılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus abonent kartından görünür ki, 2013-cu ildən 2020-ci ilədək iddiaçının sudan istifadəyə görə cavabdehə heç bir borcu olmamış, əksinə artıq ödənişlər etmişdir. İddiaçı tərəfindən 2020-ci il üzrə 01.02.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 01.02.2020-02.03.2020 aralığında 2 m3, 01.03.2020 ci il tarixdə 1 manat ödəniş edilərək 01.03.2020-31.03.2020 aralığında 2 m3, 31.03.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 31.03.2020-30.04.2020 aralığında 2 m3, 02.05.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 02.05.2020-01.06.2020 aralığında 2 m3, 22.05.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 22.05.2020-21.06.2020 aralığında 2 m3, 26.08.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 26.08.2020-25.09.2020 aralığında 2 m3, 27.10.2020-ci il tarixdə 2 manat ödəniş edilərək 27.10.2020-26.11.2020 aralığında 5 m3, 28.11.2020-ci il tarixdə 1 manat ödəniş edilərək 28.11.2020-28.12.2020 aralığında 2 m3, 11.12.2020-10.01.2021 aralığında isə ödəniş edilməmiş və 76 m3 su sərf edilmişdir. Həmçinin iddiaçı tərəfindən 2021-ci il üzrə 17.08.2021-ci il tarixdə 5 manat ödəniş edilərək 17.08.2021-16.09.2021 aralığında 7 m3, 02.09.2021-ci il tarixdə 3 manat ödəniş edilərək 02.09.2021-02.10.2021 aralığında 4 m3, 09.09.2021-ci il tarixdə 1 manat ödəniş edilərək, 09.09.2021-09.10.2021 aralığında 1 m3 su sərf edilmişdir. 16.10.2021-ci il tarixdə iddiaçının mənzilinə yeni sayğac quraşdırılmışdır. İddiaçı tərəfindən 02.11.2021-ci il tarixdə 10 manat ödəniş edilmiş, 2021-ci ilin noyabr ayında etiraz oxumalı əsasında 1084 m3 sərfiyyat və 435,11 manat xiddmət haqqı hesablanmışdır. 10.12.2021-10.01.2022 aralığında isə 13 m3 sərfiyyat olmuş və 9,10 manat xiddmət haqqı hesablanmışdır. İş materialarında olan 27.01.2022-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, iddiaçının abonent hesabına 455,16 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Çünki, sudan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda suyun verilməsini avtomatik olaraq sayğac özü dayandırır. Bundan əlavə, iddiaçıya məxusus abonent kartından iddiaçının kart vasitəsilə ödəniş edərək, həmin ödənişin həcmində su sərfi olduğu təsdiq olunur. Ona görə də, istifadə etmədiyi suya görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus ev üzrə onun abonent hesabına sayğac əsasında əsassız olaraq yüksək məbləğdə borc yazılmışdır. Həmçinin, sayğaca müdaxilə olmadığı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 455,16 (dörd yüz əlli beş manat on altı qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 455,16 (dörd yüz əlli beş manat on altı qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1930/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1930/2022
14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver