Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1934/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X9 qızının katibliyi, Ərizəçi Eyvaz oğlunun iştirakı ilə, Ərizəçi Eyvaz oğlunun maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Novxanı qəs., 503 saylı bağ evi və onun yerləşdiyi torpaq sahəsinə dair xx xxxxxx 1981ci il tarixli № 8945 nömrəli müqaviləsinin xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, Babayeva Cəvahir onun nənəsidir, Cəvahirin atasının adı Əliqədeş olmuşdur. xx.xx.1981-ci il tarixli müqavilədə səhvən nənəsi Cəvahirin atasının adı Əliqardaş kimi qeyd olunmuşdur, bu səbəbdən də onun adına bağ sahəsinin özəlləşdirilməsi qeyri-mümkün olmuşdur. İş üzrə şahid qismində xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda ifadə verən X4 bildirmişdir ki, babasının 4 oğlu (Vaqif, Arif, Yasər, Azər), iki qızı (Elmira, Cəvahir) olub. Onlardan yalnız Azər dayısı sağdır və babasının əsl adı Əliqədəş olub. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 1981-ci il tarixli bağ sahəsinin və tikintilərinin uzunmüddətli icarəyə verilməsi üçün 8945 №-li müaviləyə əsasən müəyyən edilir ki, bağ evi icarədar X1 icarəyə verilmişdir. İş materiallarında olan Babayeva Gülcahan Namik qızına və X6 məxsus doğum haqqında şəhadətnamələrdə, eləcə də nikah haqqında şəhadətnamədə Babayeva Cəvahirin ata adı rus əlifbasına əsasən Ali Qadaş kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AZ-İ №730842 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Babayeva Cəvahirin ata adı Əliqədəş kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Novxanı qəs., 503 saylı bağ evi və onun yerləşdiyi torpaq sahəsinə dair xx xxxxxx 1981-ci il tarixli № 8945 nömrəli müqaviləsinin xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. Bakı şəhəri, Novxanı qəs., 503 saylı bağ evi və onun yerləşdiyi torpaq sahəsinə dair xx xxxxxx 1981-ci il tarixli № 8945 nömrəli müqavilənin, xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 məxsus olması məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1934/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1934/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver