Məhkəmə qərarları › İş №2(004)-1939/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1939/2020

17.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1939/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Ərizəçi Sadıqova Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin yanında Qeyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X5 maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci ildə Saatlı rayonunda doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, əsl ərizəçi Sadıqova Ərizəçi xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan ərizəçi X3 onunla əvəz edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi X1 razılığı ilə Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq əsl olmayan ərizəçi X3, əsl ərizəçi Sadıqova Ərizəçi ilə əvəz etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1939/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayonu X9 küçəsi 24 B, 19-cu blok, mənzil 2177 ünvanda yaşayan xx.xx.1951-ci ildə Saatlı rayonunda doğulmuş X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza rəyi məhkəməyə təqdim olunanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-cu il tarixli 877 nömrəli ekspertiza rəyi mülki iş ilə birlikdə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-cu il tarixli 877 nömrəli ekspertiza rəyindən görünür ki, X4 baş beynin üzvi (damar mənşəli) xəstəliyi nəticəsində dərin demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və halhazırki psixitarik müayinənin nəticələri - 2017-ci ildə keçirdiyi beyin infarktından sonra kobud nevroloji əlamətlərin meydana çıxaması, iki dəfə X7 stasionar müalicədə olması, sonradan yaddaş və intellekt pozuntularının əlavə olunması, uzun müddət nevropatoloq tərəfindən ambulator və stasionar qaydada müalicə olunmasına baxmayaraq, vəziyyətinin getdikcə pisləşməsi, hazırki müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: X6 onda qeyd olunan baş beynin üzvi xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. İş üzrə icraat təzələnmiş və məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 12:00-a təyin olunmuşdur. Ərizəçi Sadıqova Ərizəçi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə məlumat verərək bildirmişdir ki, atası X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 114790 nömrəli ölüm haqqında şəhadətnaməni ərizəsinə əlavə etmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ- İİ № 114790 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2020-ci il tarixdə beyin ödemindən Bakı şəhərində ölmüşdür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və SMS bildirişləri göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddələrinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Sadıqova Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin yanında Qeyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar