Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1950/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX X1 01 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb etdiyi cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair və müqavilə üzrə ödənilməli olan kirayə haqqına hüquqların tanınması və yeni müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX X1 01 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb etdiyi cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair və müqavilə üzrə ödənilməli olan kirayə haqqına hüquqların tanınması və yeni müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin üzərində onun istifadə hüququnun, mülkiyyət hüququna gözləntinin və 16 dekabr 2020-ci il tarixli, 2 saylı müqaviləyə əsasən 01 yanvar 2024-cü il tarixdən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günədək anasına ödənilməli olan kirayə haqqı üzərində vərəsə kimi miras hüququnun tanınması, anasının vəfat etməsinə görə onunla "xxxx" MMC arasında bağlanmış 16 dekabr 2020ci il tarixli, 2 saylı müqaviləyə xitam verilməsi və "xxxx" MMC ilə onun arasında eyni şərtlərlə yeni müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı 16 dekabr 2020-ci il tarixli, 2 saylı müqaviləyə xitam verilməsi və onunla "xxxx" MMC arasında yeni müqavilənin bağlanılması ilə bağlı cavabdehə bildiriş-pretenziya məktubu göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin mülki iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində yeni müqavilənin bağlanılması tələbini qoysada, iddiaçı qanunverciliyə görə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etməmiş, daha doğrusu cavabdehin qeydiyyatda olduğu hüquqi ünvanına müvafiq pretenziya məktubu (onunla cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilməsi və yeni müqavilənin bağlanılması ilə bağlı) göndərməmişdir (bu barədə sübutlar təqdim etməmişdir). Bundan başqa iş materiallarında iddiaçının vərəsəsi olduğu anasının, ölümündən sonra vərəsəlik şəhadətnaməsinin verilməsi barədə aidiyyəti notariat qurumuna da, müraciət etməsi barədə sübutlar aşkarlanmamışdır. Belə ki, iddiaçının iddia tələblərinin əsasını onun mərhum anasına münasibətdə qanuni vərəsəsi olması təşkil etsə də, iddia ərizəsinə notariat kontoruna müraciət edilməsi, müvafiq qurumdan imtina almasına dair sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX X1 01 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb etdiyi cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair və müqavilə üzrə ödənilməli olan kirayə haqqına hüquqların tanınması və yeni müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1950/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1950/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver