Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1952/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Ərizəçi Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Alışov X11 rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, bacısı xx.xx.1990-cı il təvəllüdlü X13 psixioloji “ağıl zəifliyi, kobud davaranış po/untıılarr xəstəliyindən əziyyət çəkir və hazırda onun himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 X5 xx.xx.2023-cü ildə tərtib etdiyi 9790 saylı rəydən müəyyən edilir ki, onun xəstəliyinin diaqnozu “Baş beyin üzvi xəstəliyi ağıl zəifliyi, kobud davranış pozuntuları” kimi müəyyən edilmiş və kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, bacısı anadan olduğu müddətdən onların himayəsində yaşayır və hazırda tərəfindən daim ona qulluq və qayğı göstərilir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizəsini müdafiə etdiyini, mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Salyan rayon qeydiyyat şöbəsinin 358921 saylı, 10 avqust 1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X12 ilə X3 arasında 10 avqust 1981-ci il tarixdə 76 saylı akt qeydi ilə nikah bağlanmışdır. - Salyan rayon qeydiyyat şöbəsinin Xİİİ-ЖГ 390104 saylı, 08 iyul 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxx 1988-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X4, anası isə X1r. - Salyan rayon qeydiyyat şöbəsinin Xİİİ-ЖГ 493647 saylı, 08 iyul 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 20 avqust 1990-cı il tarixdə Salyan rayonunda anadan olmuşdur. X4, anası isə X1r. - Salyan rayon qeydiyyat şöbəsinin AZ-İİ № 081387 saylı, 08 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 iyun 2020-ci il tarixdə Salyan rayonunda vəfat etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 saylı X2 1/964 saylı, 01 mart 2023-cü il tarixli həkim psixiatr rəyinə əsasən X10 baş-beynin üzvi xəstəliyi (keçirilmiş ensefalit mənşəli) nəticəsində ağıl zəifliyi, kobud davranış pozuntuları ilə kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1297 saylı rəyindən görünür ki, X10 Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (keçirilmiş ensefalit xəstəliyi) nəticəsində meydana gələn ağır dərəcəli əqli gerilik müəyyən edilir. X10 müəyyən edilən psixi pozuntularla əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X10 müəyyən edilən mərkəzi sinir sisteminin üzvi xəstəliyi (keçirilmiş ensefalit xəstəliyi) nəticəsində meydana gələn ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X9 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1952/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1952/2024
04.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver