Məhkəmə qərarları › İş №2(004)-196/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-196/2021

01.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-196/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi (əri) İddiaçı1, cavabdeh “Cavabdeh1 Bokt” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Bakı şəhəri 9 saylı notariat konturunun xüsusi notariusuna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, götürülən kredit məbləği üzrə yaranmış faiz borcunun və cərimənin silinməsi, götürülən kredit məbləğinin ödənilmiş hesab edilməsi” tələbinə dair iddiası; Cavabdeh1 BOKT ASC-nin iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh3 qarşı “pul tutulması və tələbin ipoteka predimentinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Bakı şəhəri 9 saylı notariat konturunun xüsusi notariusuna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, götürülən kredit məbləği üzrə yaranmış faiz borcunun və cərimənin silinməsi, götürülən kredit məbləğinin ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 08.05.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyriyaşayış binasına dair kreditor Cavabdeh1 BOKT ASC ilə ipoteka qoyan İddiaçı2 və borcalan İddiaçı1 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda 19.05.2016-cı il tarixdə 3M-712 reyestr nömrəsi ilə bağlanmış 2016/00312-01İP nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr üzrə yüklü edilmiş əmlakın girovdan azad edilməsi; götürülən 50.000 ABŞ dolları kredit məbləğinin qalan 1000 ABŞ dolları ödəməklə tam ödənilmiş hesab edilməsi; cərimə, dəbbə pulu və faiz borcunun silinməsi; ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 102,6 kv.m. olan qeyri-yaşayış əmlakının (reyestr nömrəsi: **********39-06301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 22.04.2011) sənədlərinin onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 BOKT ASC iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh3 qarşı “pul tələbi və tələbin ipoteka predimentinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, borcalan İddiaçı1 və zamin Cavabdeh3 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 27.676,27 ABŞ dolları əsas borcun, hesablanmış 13.803,91 ABŞ dolları faiz borcu və 31.900 ABŞ dolları dəbbə olmaqla, cəmi 73.380,18 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin İddiaçı2 məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 73.380,18 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan quraşdırılmış avadanlıqları və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh1 Bokt” ASC-nin nümayəndəsi Nümayəndə 28.04.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən əlavə olaraq, məhkəmə-qiymətləndirmə ekspertizasının xərci kimi Cavabdeh1 BOKT ASC tərəfindən “xxxx” MMC-yə ödənilmiş 500 manat pulun iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh3 tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi (əri) İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh1 BOKT ASC ilə onun arasında bağlanmış 19.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh1 BOKT ASCdən illik 28% ödəmək şərti ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları kredit götürmüşdür. Kreditin təminatı kimi Cavabdeh1 BOKT ASC ilə İddiaçı2 və onun arasında bağlanmış 19.05.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binası Cavabdeh1 BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə aldığı 50.000 ABŞ dolları borcun qaytarılmasının təminatı kimi onun qardaşı Cavabdeh3 ilə Cavabdeh1 BOKT ASC arasında 19.05.2016-cı il tarixli zaminlik müqaviloəsi bağlanmışdır. 19.05.2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman ipoteka predmeti olan - Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binasına qoyulmuş 100.000 manat həqiqəti əks etdirmir, həmin əmlakın hazırkı və müqavilə bağlanan qiyməti 400.000-450.000 manatdır. O, 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 27.676,27 ABŞ dolları əsas borcun, hesablanmış 13.803,91 ABŞ dolları faiz borcu və 31.900 ABŞ dolları dəbbə olmaqla, cəmi 73.380,18 ABŞ dolları borcun qalması ilə razı deyildir. Bu məbləğlər çox şişirdilmişdir. Onun 19.05.2016-cı il tarixli müqavilə üzrə banka olan borcu təxminən 1.000 ABŞ dolları təşkil edir, faiz və cərimə borcu yoxdur. O, 1.000 ABŞ dolları borcu ödəməyə etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “Cavabdeh1 Bokt” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19 may 2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC borcalan İddiaçı1 illik 28% ödəmək şərti ilə 48 ay müddətinə 50.000 ABŞ dolları kredit vermişdir. Kreditin təminatı kimi Cavabdeh1 BOKT ASC ilə zamin Cavabdeh3 arasında 19.05.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kreditin təminatı kimi Cavabdeh1 BOKT ASC ilə İddiaçı2 və borcalan İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binası Cavabdeh1 BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. 18 iyun 2020-ci il tarixə əsas borc üzrə 27.676,27 ABŞ dolları, fazi borcu üzrə 13.803,91 ABŞ dolları və cərimə borcu üzrə 31.900 ABŞ dolları olmaqla, cəmi 73.380 ABŞ dolları borc yaranmışdır. 19.05.2016-cı il tarixli kredit və ipoteka müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş və notarial qaydada təsdiqlənmişdir. Odur ki, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə qarşılıqlı iddia üzrə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC borcalan İddiaçı1 illik 28% ödəmək şərti ilə 48 ay müddətinə 50.000 ABŞ dolları kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kreditin təminatı kimi Cavabdeh1 BOKT ASC ilə zamin Cavabdeh3 arasında 19.05.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi Cavabdeh1 BOKT ASC ilə İddiaçı2 və borcalan İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binası Cavabdeh1 BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyriyaşayış binası 100.000 manat qiymətləndirilmişdir. 20.05.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4 C saylı qeyri-yaşayış binasının Cavabdeh1 BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsi 20.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyatına alınmışdır. Cavabdeh1 BOKT ASC 01.06.2020-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün müraciət etmiş və 12.06.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C saylı qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdeh1 BOKT ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş 50.000 ABŞ dolları pulu borcalan İddiaçı1 vermişdir, lakin borcalan İddiaçı1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş, dövlət reyestrində qeydə alınmışdır. Kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yoxdur. Müqavilələr bağlanarkən qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Kredit və ipoteka müqavilələrini tərəflər öz istəkləri və arzuları ilə sərbəst şəkildə bağlamış və müqavilələri imzalamaqla öz iradələrini ifadə etmişlər. Müqavilələrin bağlanması zamanı iddiaçılara hər hansı bir təsir, zor göstərilməmiş, hədəşorxu gəlinməmiş, müqavilələr vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmamışdır. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Cavabdeh1 Bokt” ASC-nin 18.06.2020-ci il tarixli maliyyə arayışında göstərilir ki, cavabdeh İddiaçı1 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 18.06.2020-ci il tarixə 27.676,27 ABŞ dolları əsas borc, 13.803,91 ABŞ dolları faiz borcu, 31.900 ABŞ dolları cərimə olmaqla, cəmi 73380,18 ABŞ dolları borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 31.900 ABŞ dolları cərimə azaldılaraq 1000 ABŞ dolları müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması isə müstəqil qiymətləndirici “xxxx” MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021ci il tarixli 9/1266 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı1 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT ASC-yə ümumilikdə 17.10.2018-ci il tarixə (son ödəniş tarixinədək) 48.982,76 ABŞ dolları ödəniş etmişdir. Ödənilmiş 48.982,76 ABŞ dolları puldan 27.644,20 ABŞ dolları faiz borcuna, 21.338,56 ABŞ dolları isə əsas borca silinmişdir. (bax cədvəl məlumatlarına). Hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı1 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə üzrə 19.05.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 28.661,44 ABŞ dolları əsas borcu və 12.751,16 ABŞ dolları faiz borcu və 08.02.2021-ci il tarixə (19 may 2020-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) 08 fevral 2021-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla) 28.661,44 ABŞ dolları əsas borcu və 13.782,17 ABŞ dolları faiz borcu vardır. “xxxx” MMC-nin 05.04.2021-ci il tarixli LP-045/21 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki ümumi sahəsi 102,6 kv.m olan 4C nömrəli qeyri-yaşayış binasının hazırkı real bazar qiyməti 170.000 manat, likvid qiyməti 160.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk idddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilməli, (borcalan) İddiaçı1 və (zamin) Cavabdeh3 19.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 27.676,27 ABŞ dolları əsas, 19.05.2020-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) hesablanmış 12.751,16 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları dəbbə olmaqla, cəmi 40.427,43 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmə-qiymətləndirmə ekspertizasının xərci kimi Cavabdeh1 BOKT ASC tərəfindən “xxxx” MMC-yə ödənilmiş 500 manat olmaqla, cəmi 40.427,43 ABŞ dolları borc və 530 manat pul müştərək qaydada tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməlidir. Tələb - ipoteka predmeti olan və ipotekaqoyan İddiaçı2 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki ümumi sahəsi 102,6 kv.m olan 4C nömrəli qeyri-yaşayış binasına yönəldilməlidir. Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bazar qiyməti 170.000 manat və likvid qiyməti 160.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına - (borcalan) İddiaçı1 və (zamin) Cavabdeh3 müştərək qaydada tutulmalı olan, cəmi 40.427,43 ABŞ dolları borc və 530 manat pul Cavabdeh1 BOKT ASC-yə ödənilməli, artıq qalan vəsait mülkiyyətçi İddiaçı2 qaytarılmalıdır. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki ümumi sahəsi 102,6 kv.m olan 4C nömrəli qeyri-yaşayış binasından quraşdırılmış avadanlıqları və əşyaları ilə birlikdə çıxarılsınlar, həmin sahə boşaldılsın və yeni alıcıya təhvil verilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissələrində rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 manat pul İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusuna qarşı “Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4C nömrəli qeyri-yaşayış binasına dair kreditor Cavabdeh1 BOKT ASC ilə ipoteka qoyan İddiaçı2 və borcalan İddiaçı1 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda 19.05.2016-cı il tarixdə 3M-712 reyestr nömrəsi ilə bağlanmış 2016/00312-01İP nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr üzrə yüklü edilmiş əmlakın girovdan azad edilməsi; götürülən 50.000 ABŞ dolları kredit məbləğinin qalan 1000 ABŞ dolları ödəməklə tam ödənilmiş hesab edilməsi; cərimə, dəbbə pulu və faiz borcunun silinməsi; ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 102,6 kv.m. olan qeyri-yaşayış əmlakının (reyestr nömrəsi: **********39-06301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 22.04.2011) sənədlərinin onlara qaytarılması” tələbinə dair ilk iddiaları rədd edilsin. Cavabdeh1 BOKT ASC-nin iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh3 qarşı “pul tutulması və tələbin ipoteka predimentinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh1 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış 19.05.2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsi ləğv edilsin. (Borcalan) İddiaçı1 və (zamin) Cavabdeh3 19.05.2016-cı il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 27.676,27 ABŞ dolları əsas, 19.05.2020-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) hesablanmış 12.751,16 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları dəbbə olmaqla, cəmi 40.427,43 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu və məhkəməqiymətləndirmə ekspertizasının xərci kimi Cavabdeh1 BOKT ASC tərəfindən “xxxx” MMC-yə ödənilmiş 500 manat olmaqla, cəmi 40.427,43 (qırx min dörd yüz iyirmi yeddi ABŞ dolları qırx üç sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 530 (beş yüz otuz) manat pul müştərək qaydada tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilsin. Tələb - ipoteka predmeti olan və ipotekaqoyan İddiaçı2 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki ümumi sahəsi 102,6 kv.m olan 4C nömrəli qeyri-yaşayış binasına yönəldilsin. Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bazar qiyməti 170.000 (yüz yetmiş min) manat və likvid qiyməti 160.000 (yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına - (Borcalan) İddiaçı1 və (zamin) Cavabdeh3 müştərək qaydada tutulmalı olan, cəmi 40.427,43 (qırx min dörd yüz iyirmi yeddi ABŞ dolları qırx üç sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 530 (beş yüz otuz) manat pul Cavabdeh1 BOKT ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi İddiaçı2 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki ümumi sahəsi 102,6 kv.m olan 4C nömrəli qeyri-yaşayış binasından quraşdırılmış avadanlıqları və əşyaları ilə birlikdə çıxarılsınlar, həmin sahə boşaldılsın və yeni alıcıya təhvil verilsin. Qarşılıqlı iddia tələbi qalan hissələrində rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat pul İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar