Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-196/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X33 oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ötürülmuş müddətin üzürlü hesab edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı X9 atalığını verdiyi övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-ci il təvəllüdlü qızları İddiaçı1 çatacaq miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 29.11.2021-ci il tarixdə vəfat etmiş X21 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında bərpa edilməsi, 29.11.2021-ci il tarixdə vəfat etmiş X21 qalan miras əmlakından onun övladları İddiaçı1 və İddiaçı2 çatacaq payların müəyyən edilməsi, 29.11.2021-ci il tarixdə vəfat etmiş X21 qalan miras əmlakına onun övladları İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin miras açıldığı yer üzrə notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər kimi Cavabdeh1, Cavabdeh3, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisini, Bakı şəhəri 19 saylı Notariat Ofisini, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsini göstərmiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə 29.11.2021-ci il tarixdə vəfat etmiş X21 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X21 qalan **-KZ-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində notariat ofisinin üzərinə qoyulması, ataları mərhum X32 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış 16.07.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş 21.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, aşağıda göstərilmiş əsaslara və maddi hüquq normalarınn tələblərinə görə iddia təmin edilməməlidir. İddia ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 11.12.2020-ci il tarixdə vəfat etmiş X32 ilə Cavabdeh1 03.03.1991-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, onların birgə nikah münasibətlərindən övladları olmamış, onunla vəfat edən günədək birgə təsərrüfat aparmaqla valideynlərindən Cavabdeh1 miras qalmış mənzildə yaşamışlar. 2011-ci ildə mərhum 2005-ci ildən Bakı retoranında inzibatçı işlədiyi müddətdə həmin restoranda xadimə işləyən Ellada adında bir qadınla qeyri-rəsmi nikah münasibətlərində olduğunu və həmin münasibətlərdən 2006-cı ildə Ramil, 2011-ci ildə isə Fidan adında iki övladı olduğunu ona bildirmiş, onlara atalığını vermiş olsa da, rəsmi həyat yoldaşından ayrılmaq istəmədiyini söyləmiş və vəfat edən günədək axırıncı ilə birgə yaşayaraq ümumi təsərrüfat aparmışdır. Birgə nikah dövründə onların əldə etdiyi yeganə miras əmlak mərhumun adına 2012-ci ildə alınmış 2002ci ilin istəhsalı olan ** KZ *** dövlət nömrə nişanlı MİTSUBİŞHİ PAJERO minik markalı avtomaşın olmuşdur. Həmin avtomaşın da, Cavabdeh1 valideynlərinə məxsus bağ sahəsinin alqı-satqısından əldə edilmiş vəsait hesabına alınmış əmlak olmuş olsa da, həmin avtomaşın ər-arvadin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edlir və AR MM-nin 225.1 və AR Ailə Məcəlləsinin 32.1-ci maddələrinin tələblərinə görə ər-arvadın birgə mülkiyyəti hesab edilir. Yəni cavabdeh qanunla müəyyən müəyyən edilmiş müddətdə miras əmlakın qəbul edilməsi ilə bağlı müraciət etmiş olsaydı belə, onun övladlarına miras əmlakın həmin əmlakdakı ½ payına cavabdehlə bərabər payına vərəsə tanına bilərdilər. Lakin cavabdehə məhrum X24 11.12.2020-ci il tarixdə vəfat etməsi faktı məlum olduğu, onun yas mərasimində iştrak etdiyi halda qanunla müəyyən edilmiş qaydada miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanlarına müraciət etməmişdir. AR MM-nin 1159.1.1-c maddənin tələblərinə görə Cavabdeh1 X21 miras qalmış əmlakı faktiki qəbul edib idarə edən yeganə vərəsə olmuş və 2021-ci ilin iyul ayında miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “Asan Xidmət ” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o mirasqoyanın ondan başqa iki vərəsəsi də olduğunu, lakin onların vərəsəliyinin qanunla nəzərdə tutulmuş qaydada vərəsəliyi qəbul etmədiyini bildirmişdir. Buna baxmayaraq notarius iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat vermiş, həmin məlumatı aldıqdan sonra 13.07.2021-ci il tarixdə, yəni mərhumun vəfatından 8 ay sonra, iddiaçı iki övladının mərhum X21 miras qalmış avtomaşına vərəsə tanınmasına dair ərizə ilə notariusa müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, miras sayılan avtomaşın mərhumun vəfatından sonra bu günədək cavabdehin sahibliyində və istifadəsindədir. Göstəlilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, miras əmlak birgə nikah dövründə əldə edilmədiyindən bölünməməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı MİTSUBİHİ PAJERO markalı minik avtomobil Cavabdeh1 atası X3 miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməz, Yasamal rayonu, H. Zərdabi prospekti, 78V ünvanda yerləşən 16 saylı mənzili alqısatqı yolu ilə əldə etmək ücün H Əsilova ünvan 3 ünvanda yerləşən torpaq sahəsini və bağ evini satmaq qərarına gəlmiş və bunun ücün Nəsmi rayonu, D.Əliyeva küçəsi, ev 251,mənzil 3 ünvanda yaşayan X25 ilə razılaşmış, 02.02.2013-cü il tarixdə aralarında müqavilə bağlayaraq ondan 125,000 manat pul alaraq bağ evini və torpaq sahəsini ona satacağını vəd etmişdir. Göründüyü kimi borc pulla Yasamal rayonu, H Zərdabi prospekti, 78V ünvanda yerləşən 16 saylı mənzili X14 15.02.2013-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Mənzili əldə etdikdən az müddət sonra, yəni 22.02.2013-cü il tarixdə qanun üzrə vərəsəsəlik hüququ haqqında şəhadətnamə əsasında atasından miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsini və bağ evini öz adına rəsmiləşdirmiş ,05.03.2013-cü il tarixdə dövlət reyestrindən çıxarış almış, aldığı pul müqabilində vərəsəlik yolu ilə əldə etdiyi həmin evi və torpaq sahəsini 18 mart 2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 02.02.2013-cü il tarixdə borc pul aldığı X1. Bağ evinin və torpaq sahəsinin cavabdeh H Əsilovanın atası X6 məxsus olmasını təsdiq edən qeydiyyat vəsiqəsinin surəti işə əlavə edilir. Ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi mübahisəli mənzil birgə nikah dövründə əldə edilməmiş, H Əsilovanın atasından miras qalmış əmlakın satışından əldə edilmiş vəsait hesabına əldə edilmişdir. Digər tərəfdən ərizəyə əlavə edilmiş əmək kitabçalarının təsdiq edilmiş surətlərindən də göründüyü kimi cavabdehin və onun həyat yoldaşının elə bir gəliri olmamışdır ki, mənzil və avtomobil əldə edə bilsinlər. İddiaçı miras əmlakı qəbul etmə müddətini də ötürmüşdir. Belə ki, o, mərhumun vəfat etdiyi tarixi bilmiş, övladları dəfn mərasiminə yetişsin deyə mərasimin vaxtı uzadılmış onlar gəldikdən sonra dəfn mərasimi həyata keçirilmişdir. Vəfat etdiyi tarixi bildiyi halda miras əmlakı qəbul etməsi ilə əlaqədar notariat orqanlarına müraciət etməmişdir. Beləliklə də, üzürsüz səbəbdən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə verdiyi izaahtında bildirmişdir ki, uzun illər əvvəl o Qanuni nümayəndə mərhum X32 ilə faktiki olaraq nikaha daxil olmuşdur. Mərhum Sadiq hər zaman övlad sahibi olmaq istəmişdir, dünyaya gələn uşaqlarını çox sevmişdir, onlara - İddiaçı2 və İddiaçı1 öz soyadını vermişdir və rəsmi olaraq onun atalığı dövlət tərəfindən tanınmışdır. Mərhumun rəsmi nikahda olan arvadı, hazırki məhkəmə işində cavabdeh olan Cavabdeh1 Sadiqin öz uşaqları ilə ünsiyyət qurmasına hər bir yolla mane olmuş, onların görüşmələrinə qətiyyən razılıq verməmişdir. Məhz bu səbəbdən, mərhum mirasqoyan Sadiq ölümündən əvvəl son 9 ildir ki, uşaqları ilə qətiyyən görüşməmişdir və aralarında olan bütün əlaqəni kəsmişdir. Nəticədə, o, Sadiqin maddi vəziyyəti və onun əmlakları haqda tamamilə bixəbər olmuşdur. 29.11.2020-ci ildə Sadiq vəfat etmişdir. Onun ölümü haqda iddiaçıya Sadiqin anası Əsilova Validə xəbər vermişdir, çünki onların arasında ünsiyyət olmamışdır, hətta onun anası iddiaçıya bu ölüm xəbərini verməsəydi iddiaçı bu barədə heç məlumat da ala bilməyəcəkdi. O, Sadiqin hansı mal-mülkə sahib olduğunu bilməyib. Ona Sadiqin anası Əsilova Validə yasda görüşəndə qətiyyət ilə deyib ki, “Sadiqin adına heç nə yoxdur, heç vaxt da olmayıb, özünü əziyyətə salıb heç bir yerə, heç bir idarəyə getmə, çünki ortada bir miras yoxdur”. Bu səbəbdən də o, heç bir orqana miras işinin açılması ilə bağlı müraciət etməyib. Əsilova Validə ona yanlış məlumat vermişdir, iddiaçı ondan dəfələrlə məhkəməyə gəlib bu faktı təsdiq etməyini istəsə də, o, xəstə olmasını əsas gətirərək, məhkəməyə gəlməkdən imtina etmişdir. İddiaçı orta təhsilli şəxs olduğunu, qanunları bilmədiyini, evdar xanım olduğunu, yeganə işinin uşaqlarına baxmaq olduğunu, Azərbaycan dilində normal danışa bilmədiyini, 2021-ci ilin iyul ayında mərhumun anasının ona zəng vurub Sadiqin adına avtomobilin olmasını bildirdiyini, səhəri gün 3 saylı Asan Xidmətin yanında notariusa uşaqların adından mirasın qəbulu barədə ərizə verdiyini, uzun müddətdən sonra həmin notariusun müddəti buraxdığı üçün vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini, Sadiqin qohumlarından yeganə onun anası ilə əlaqəsinin olduğunu, yalnız onun vasitəsi ilə Sadiq barəsində hal-əhval tutduğunu, hazırki iş üzrə onun mirasın qəbulu üçün prosessual müddətin buraxılmasının əsas səbəbkarı anası olduğunu bildirmişdir. Qeyd etmişdir ki, onun uşaqları Fidan və Ramil atalarının sağlığından onun qayğısından və diqqətindən məhrum qalıblar, o istəyir ki, heç olmasa, atalarının ölümündən sonra uşaqlarına miras payı düşsün və onlar öz maddi şəraitini düzəldə bilsinlər, yüksək küyfiyyətli təhsil ala bilsinlər. O miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürmüşdür. Göründüyü kimi, buna səbəblər mərhum mirasoqoyan ilə 9 ilə yaxın ünsiyyətinin olmaması, onun əmlakları barədə məlumatının olmaması, mərhumun qohumları tərəfindən ona yanlış məlumatların verilməsi, ali təhsilinin olmaması səbəbindən qanunları bilməməyi və hara və necə müraciət etməli olduğunu bilməməyi və s. səbəblər aiddir. Buraxılmış müddəti üzrlü hesab edərək uşaqlarının vəkili Vəkil1 tərəfindən təqdim edilmiş iddia tələbini tam təmin edilməsini xahiş etmişdir. 18.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mərhum X32 ilə 7 il qeyri-rəsmi nikahda olmuş, qeyri-rəsmi nikahdan 2 övladı anadan olmuşdur. Və rəsmi olaraq ataları kimi tanınmışdır. Mərhum 29.11.2020-ci ildə vəfat etmişdir. Mərhum sağlığında birgə nikahdan əldə etdiyi daşınar və daşınmaz əmlakları rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh1 adına keçirtmişdir. O, 13.07.2021-ci il tarixdə notariusa miras əmlakın qəbulu üçün yaxınlaşmışdır. Onun notariusa gec getməyinin səbəbi bu mövzuda rus dilli olmağı və qayınanasının ona verdiyi yanlış məlumat olmuşdur. Belə ki, qayınanası mərhumun heç bir əmlakının olmadığını söyləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 16.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak dən iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı Qanuni nümayəndə mərhum X32 ilə qeyri-rəsmi nikahda olmuşdur. Onların qeyri-rəsmi nikahlarından 2 övladı olmuşdur və rəsmi olaraq ataları kimi tanınmışdır. Mərhum 29.11.2020-ci ildə vəfat etmişdir. Mərhum sağlığında birgə nikahdan əldə etdiyi daşınar və daşınmaz əmlakları rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh1 adına keçirtmişdir. İddiaçı 13.07.2021-ci il tarixdə notariusa miras əmlakın qəbulu üçün yaxınlaşmışdır. İddiaçının notariusa gec getməsinin səbəbi onun bu mövzuda savadsız olması, rus dilli olması və qayınanasının ona verdiyi yanlış məlumat olmuşdur. Belə ki, qayınanası mərhumun heç bir əmlakının olmadığını söyləmişdir. Notarius iddiaçıya imtina qərarı verməmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 da miras əmlakın qəbulu ilə əlaqədar olaraq 07.07.2021-ci il tarixdə notariusa getmişdir və bununla da müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 16.09.2021-ci il tarixdə kçirilmiş məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh Hicran xanım notariusa özü məlumat verib ki, mərhumun qeyri-rəsmi nikahdan 2 övladı var. Maşınla bağlı onları iddiaçının övladlarının payının tanınmasına etiraz etmirlər. Lakin o cavabdehin adında evin olmasından xəbərsizdir. Cavabdehlər 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş,məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ № 130254 seriya nömrəli, 30.12.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X41 29.11.2020-ci il tarixdə dəqiqləşdirilməmiş respirator çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan AZ-İİ № 123935 seriya nömrəli, 15.12.2020-ci il tarixli öüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X41 29.11.2020-ci il tarixdə Covid 19-dan vəfat etmişdir. İş materiallarında olan AZ-İ № 165292 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X5 Fidan Sadiq qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2010cu ilin 23 dekabrında 508№ ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 077009 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X8 Ramil Sadiq oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin aperiln 6-da 144№ ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 758545 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 20.04.2006-cı il təvəllüdlü İddiaçı2 atası X32, anası isə X12r. İş materiallarında olan AZ-İİ № 579241 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 23.12.2010-cu il təvəllüdlü Əsilova Fidan Sadiq qızının atası X32, anası isə X12r. İş materiallarında olan İddiaçı1 adından Qanuni nümayəndə tərəfindən verilmiş 13.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 4 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X21 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı2 adından Qanuni nümayəndə tərəfindən verilmiş 13.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı2 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 5 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X21 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir. İş materiallarında olan 08.07.2021-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 5 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş əri X21 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakın 99KZ753 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olduğunu, ondan başqa İddiaçı1 və İddiaçı2 da vərəsələri olduğunu bildirmişdir. İş materiallarında olan X17 tərəfindən verilmiş 14.07.2021-ci il tarixli ərizədən görünür ki, X17 29.11.2020-ci il tarixdə vəfat etmiş oğlu X21 miras qalmış əmlakdan ona düçən vərəsəlik payını qəbul etmədiyini və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X13 ünvanlanmış 04.08.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 2021-ci ilin iyul ayında onun müraciəti əsasında 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində 29.11.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X21 miras qalmış birgə nikah dövründə alınmış Mitsubishi Pajero markalı 99KZ753 dövlət nömrə nişanlı avtomaşına dair vərəsəlik işi açıldığını, ərizəsində mərhumun iki övladı İddiaçı1 və İddiaçı2, mərhumun anası Əsilova Validənin də mərhumun vərəsələri olmasını göstərdiyini, lakin onların heç birinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada, nə də ki, faktiki miras əmlakı qəbul etmədiklərindən onların həmin əmlaka vərəsə tanınmalarına razı olmadığını, mərhum vəfat edən günədək onunla birlikdə yaşayan və miras əmlakı vəfat edən gündən qəbul edib idarə etdiyini bildirmiş, bu əsasla da mərhum X21 miras qalmış Mitsubishi Pajero markalı, 99KZ753 dövlət qeydiyyat nişanlı avtomaşına onu vərəsə tanımaqla adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materilallarında olan V-ЖГ №-420500 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X32 ilə Hüseynova Hicran Ərəstun qızı arasında 03.03.1991-ci il tarixdə 359 akt qeydi ilə nikah bağlanmışdır. Arvada Əsilova soyadı verilmişdir. İş materiallarında olan AC № 819753 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99KZ753 dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero minik markalı nəqliyyat vasitəsi X24 mülkiyyətindədir. İş materiallarında olan 24.08.2021-ci il tarixli Notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 08.07.2021-ci il taixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş əri X21 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Digər vərəsələr mərhumun azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadan olmuş qızı İddiaçı1 qanuni nümayəndələri-anaları Qanuni nümayəndə 13.07.2021-ci il tarixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş X21 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin o qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxdığına vaxtı itirdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən 24.08.2021-ci il tarixdə X39 Zahid oğlunun azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadab olmuş qızı İddiaçı1 qanuni nümayəndləri-anaları Qanuni nümayəndə notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərar verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.09.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal Rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzil 21.10.2003-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. X24 adına Respublika ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Yasamal-42 MMC tərəfindən verilmiş 02.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal Rayonu, H.Zərdabi pr. 78V ünvanında yerləşən 16A saylı mənzildə həyat yoldaşı mərhum X32 ilə birlikdə yaşamışdır. X9 adına olan həmin mənzilin kommunal xidməti borcları yoxdur. İş materiallarında olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X32 Bakı şəhəri, Yasamal, H.ünvan 7 ünvanında qediyyatdadır. İş materiallarında olan 15.02.2013-cü il tarixli AN-İ №0329098 seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X28 öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., yerləşən 78 V saylı evin 16 saylı mənzilini alıcı Cavabdeh1 101920 manata satmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 7 tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ 05.03.2013-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 16.07.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 82,5 kv m, yaşayış sahəsi 42,6 kv m, yardımçı sahəsi 39,9 kv m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə ona məxsus hissəni bacısının qızı hədiyyə alan Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Yasamal-42 MMC tərəfindən göndərilmiş 26.11.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, H.bəy Zərdabi prospekti 78V ünvanda yerləşən 16 A saylı mənzil, ilkin Qasımov Tahirə məxsus olub, hazırda isə Cavabdeh3 məxsusdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 7 tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ 21.07.2021-ci ildə qeydiyyata alınmışdır. İş materialarında olan Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən edilir ki, Yesenin küçəsindəki 76 saylı ev X7 xüsusi mülkiyyəti kimi 05.08.1994-cü il tarixdə qeyddiyyatdan keçmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. X7 xüsusi mülkiyyəti kimi 11.02.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materillarında olan AZ-İ №034225 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16.01.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 22 fevral 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh1 16 yanvar 2003-cü ildə vəfat etmiş X7 vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak ev-Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. ƏMDK yanında DƏDRX-nın kit.218, səh.20189, 11.02.2013-cü il tarixli çıxarışa və 03/399 saylı, 22.02.2013-cü il tarixli arayışa əsasən mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yar. Sah. 75,1 kv m olan 4 otağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0135473 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev 76. Cavabdeh1 xüsusi mülkiyyəti kimi 26.02.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X25 tərəfindən 05.01.2022-ci il tarixli ərizədən görünür ki, X25 tanışı olan Cavabdeh1 ona atasından miras qalan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 7 ünvanını torpaq və evi almaq niyyəti olduğunu, Cavabdeh1 həmin ünvanı rəsmiləşdirəndən sonra adına keçirəcəyinə söz verdiyini, lakin ona təcili pul lazım olduğu üçün bəyəndiyi mənzili almaq məqsədilə ondan əvvəlcədən 02.02.2013-cü il tarixdə müəyyən hissə pul aldığını, bu barədə aralarında sənəd imzaladıqlarını, Cavabdeh1 həqiqətən qeyd edilən ünvanı 2013-cü iliin fevral ayının sonlarında öz adına rəsmiləşdirdiyini və həmin ilin mart ayında Cavabdeh1 ilə notariat ofisinə gedərək rəsmi alqı-satqı müqaviləsi imzaladıqlarını və aldığı ünvanın dəyərini tam ödədiyini bildirmişdir. İş materiallarında olan 02.02.2013-cü il tarixli Cavabdeh1 tərəfindən X16 verilmiş ərizədən görünür ki, Cavabdeh1 ona atasından qalan miras payı Mərdəkan qəsəbəsində, Yesenin küçəsində ev 7-nin torpaqla bağ evini X2, sənədləşdirməni adına keçirəndən sonra onun adına keçirəcəyini, ehtiyac olduğuna görə 125000 manatı əvvəlcədən aldığını, qalan pulun notariusda satış aparılanda ona ödəniləcəyini bildirmişdir. X25 125000 manat pul veridiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 18.03.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, 767 saylı fərdi yaşayış evini mumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yardımçı sah. 75,1 kv m, 4 otağı və mülkiyyətində olan 0,25 ha torpaq sahəsini alıcı X26 90.000 manata satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən miras əmlakının əldə edilməsinin qanunla müəyyənedilmiş müddəti ötürülmüşdür. Qanuni nümayəndə məhkəməyə verdiyi izahatında X9 dəfnində iştirak etdiyini bildirmişdir və mirasın qəbulu üçün vaxtında müraciət etməməsinin səbəblərini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı X9 vəfatından sonra 3 ay müddətində miras əmlakın qəbul edilməsi üçün müraciət etməmiş, mirasın açıldığı gündən 6 aylıq müddət ötürülmüş, həmçinin iddiaçılar tərəfindən mirasa faktiki sahiblik edilməmiş, X24 vəfatından təxminən 8 ay sonra vərəsəlik üçün müraciət edilmişdir. Məhkəmə iddiaçınin miras əmlakın qəbulu müddətinin ötürülməsi ilə bağlı gətirdiyi səbəbləri üzürlü hesab etmir. İddiaçılar miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, həmçinin müddəti ötürülməsinin üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin maddənin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsassən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (1243.1) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə 29.11.2021 -ci il tarixdə vəfat etmiş X21 qalan miras əmlakının onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X21 qalan **- KZ-*** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ PAJERO” markalı minik avtomobilin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, ataları mərhum X32 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış 16.07.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş 21.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-196/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-196/2022
14.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver