Məhkəmə qərarları › İş №2(004)-1975/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1975/2023

13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1975/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı “mənzilin qiymətləndirilməsi haqqında hərracın nəticələrinə dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı “mənzilin qiymətləndirilməsi haqqında hərracın nəticələrinə dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Eldar Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli 264/22 saylı hərrac nəticələri barədə protokolun və həmin mənzilə dair bu hərrac protokolu əsasında cavabdeh "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı hazırkı tələbi ilə iki cavabdehə - "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə yönəlmişdir. İddia ərizəsində cavabdeh "xxxx" MMC-nin ünvanı - Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 27; cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin ünvanı isə Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov 15 kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı cavabdeh "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etsə də, həmin müqaviləni iddia ərizəsinə əlavə etməmiş və MPM-in 149.2.3-cü maddəsinin tələbinə də əməl etməmiş, "xxxx" KB ASC-yə qarşı tələb irəli sürsə də, "xxxx" KB ASC-ni cavabdeh kimi göstərməmiş, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsini cavabdeh kimi göstərsə də, ona qarşı tələb irəli sürməmişdir. Cavabdehlərin ünvanı isə Səbail və Nəsimi rayonu kimi göstərilmişdir. Belə olan halda iddiaçı ərizə ilə Səbail və ya Nəsimi rayon məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 150.1.1-ci maddəsinin tələbinə də əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Eyni zamanda, iddiaçı dövlət rüsumunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməməklə Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 49, 152, 152.1, 152.1.1, 152.2, 152.1.3, 152.1.5, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı “mənzilin qiymətləndirilməsi haqqında hərracın nəticələrinə dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar