Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1992/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyanın sahibiz hesab edilməsi və mülkiyyətə verilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyanın sahibiz hesab edilməsi və mülkiyyətə verilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 15000 manat olan Yaquar S-TYPE markalı nəqliyyat vasitəsinin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22.08.2011-ci il tarixli cinayət işinin başlanması haqqında qərara əsasən müəyyən olunur ki, , 02.12.2010-cu il tarixdə saat 20:53 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı X6 tərəfindən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə gömrük nəzarətindən keçirilmiş, dəyəri 15000 manat olmaqla külli miqdar təşkil edən, 2005-ci il buraxılışlı, SAJAA01N45JN43866 ban nömrəli “Yaqura S-TYPE” markalı nəqliyyat vasitəsi Avtonəqliyyat Gömrük İdarəsində saxlanılmışdır. Fakt üzrə Azərbaycab Respublikası CMin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 24.10.2011-ci il tarixli cinayət işinin dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi olan şəxslər müəyyən edilmədiyindən cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 10.01.2011-ci il tarixli sorğuya cavab məktuba əsasən müəyyən olunur ki, Yaqura S-TYPE” markalı, mühərrik №501191360, ban № SAJAA01N45JN43866 olan avtonəqliyyat vasitəsi DİN BƏSİİ-nin və RF Din Baş İnformasiya Analitik Mərkəzinin talanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. İş materiallarında olan 29.06.2020-ci il tarixli cinayət işinə xitam verilməsi haqqında qərara əsasən müəyyən olunur ki, ********* nömrəli cinayət işinə xitam verilmişdir.İş üzrə əməldə Azərbaycan Respublikasının 481-ci maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan cinayət işindən müvafiq sənədlərin surətləri ayrılaraq inzibati məsuliyyət məsələsinə baxılması üçün aidiyyatı üzrə təhqiqat orqanına –Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 05.11.2020-ci il tarixli İnzibati xəta haqqında işlərə xitam verilməsi haqqında qərara əsasən müəyyən olunur ki, 02.12.2020-ci il tarixdə saat 20:53 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikası vətəndaşı X6 tərəfindən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunda dəyəri 15000 manat olmaqla külli miqdar təşikl edən, 2005-ci il buraxılışlı, SAJAA01N45JN43866 ban nömrəli “Yaqura S- TYPE” markalı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə gömrük nəzarətindən keçirilməsi faktına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin sabiq rəisi Ramil Məcidov tərəfindən 22.08.2011-ci il tarixdə Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1ci maddəsi ilə cinayət işi başlanılmış, 24.10.2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsaəsn dayandırılmışdır. İstintaq dövründə Azərbaycan Respublikası vətəndaşı X2 hüquqpozma predmeti kimi götürülmüş 2005-ci il buraxılışlı SAJAA01N45JN43866 ban nömrəli “Yaqura S-TYPE” markalı nəqliyyat vasitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağında saxlanılır. Qeyd olunana qərarla Azərbaycan Respublikası vətəndaşı X5 barəsində başlanılmış 10000-0056/20 saylı İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 24.08.2011-ci il tarixli №13795 Məhkəmə Ekspertizasının rəyinə əsasən müəyyəjn olunur ki, bakı şəhəri avtobazarlarda mövcud olan qiymətlərə əsasən, gömrük və əlavə qeydiyyat xərcləri ödənilməmiş, Yaquar S-TYPE markalı, 2005-ci il buraxılışlı, sedan tipli, mühərrik həcmi 2,5 l olan avtomobilin hazırki vəziyyətdə, orta bazar qiyməti təxminən 15000 (on beş min) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ümumi dəyəri 15000 manat olan Yaquar S-TYPE markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməlidir. Belə ki, iş materialları ilə Yaquar S-TYPE markalı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası vətəndaşı X2 hüquqpozma predmeti kimi götürülməsi, X3 olduğu yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış elan olunması, daha sonra onun haqqında başlanılmış cinayət işi üzrə icraata və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hüquqpozma predmeti kimi götürülmüş Yaquar S-TYPE markalı nəqliyyat vasitəsinin mülkiyyətçisinin olmaması, mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulması və həmin nəqliyya vasitəsinə 2010-cu ildən Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməsi iş materialları ilə təsdiqini tapdığından, ərizə əsaslı hesab edilərək ümumi dəyəri 15000 manat olan Yaquar S-TYPE markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməlidir. Ümumi dəyəri 15000 manat olan Yaquar S-TYPE markalı nəqliyyat vasitəsinin Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə həmin hissədə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ümumi dəyəri 15000 manat olan Yaquar S-TYPE markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1992/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1992/2021
04.11.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver