Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2008/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: subroqasiya) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2022-ci il tarixdə “Hyundai Elantra” markalı, **-TK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak ziyanına görə 5000 manat məbləğində sığorta haqqının cavabdeh "xxxx" ASC-dən alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə X11 avtoqəza nəticəsində ağır xəsarət almış, bununla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Hazırda hadisədə təqsirləndirilən şəxs X12 barəsində Xəzər Rayon Məhkəməsində 1(003)-175/2023 saylı cinayət işi icraata götürülərək yekun xx.xx.2023-cü il tarixli məhkəmə hökmü qəbul edilmişdir. Hökmə əsasən X1 Respublikası CM-nin 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mülki iddia qismən təmin edilmi. X3 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat cəmi 9472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)- 452/2024 saylı qərarı ilə qərar alındı – mülki iddiaçı X4 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs X5 müdiafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmi edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin və o cinayət məsuliyyətindən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. X13 xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən istifadəsində olan sığortalı “Hyundai Elantra” markalı. **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçısı "xxxx" ASC araşdırma aparsa da bu günədək sığorta pulunun ödənilməsindən imtina barədə cavab da vermək vəzifəsindən imtina edərək 5000 manat qənaət etməyi üstün tutur. Qeyd edilən müddət ərzində dəfələrlə sığorta şirkətinə müraciət edilməsinə baxmayaraq sığorta ödənişini müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər, əvvəlki bəhanələri – cavabdehin gəlib imza etməməsi, sonrakı bəhanələri 50 faiz verəcəklərini, ancaq cavabdehin mütləq imzası olmalıdır, sonuncu bəhanələri isə hökmə əsasən maddi ziyan tutulub, əlavə onlar da ödəniş edərlərsə, onda birdən əsassız varlanar, onlar varlanmasına şərait yarada bilməzlər və buna imkan verməzlər, birdən nə vaxtsa, Kərimova Dəniz ziyanı ödəyər və əsassız varlanma baş verər. 2022-ci il tarixdən bu günədək sığorta sığorta pulunu ödəməkdən bəhanələrlə imtina edərək varlanmağa imkan vermir. Sığortalı Kərimova Dəniz isə bildirir ki, sığorta pulu ordan al ancaq 50 faizini al, qalan 50 faizi özünündür. Sığorta şirkəti deyir ki, mülki iddia təmin edilib, onlar ödəyər, birdən əsassız varlanar. Təqsirləndirilən şəxs pulu yoxdur, ödəmyəcəyini deyir, sürdüyü nəqliyyat vasitəsini ağsaqqal məsləhəti ilə istintaq müddətində başqa adamın adına keçirib etibarnamə ilə sürməkdə davam edir, ancaq pulu yoxdur. İcra şöbəsi – qadındır tuta bilmirəm deyir, 500 manat cərimə ilə kifayətlənir, yenə də ağsaqqal məsləhəti ilə inzibati məhkəmədən əvvəlcə necəsə olur pul tapır, qismən ödəniş edir, işə baxan məhkəmə isə necəsə olur tam inanır və əmindir ki, borclu icradan yayınmır, ancaq elə məhkəmə günü pul tapa bilir, sadəcə imkan yoxdur. Əksinə tələbkar səhv danışır. Nəticə budur vurulan ziyan 3 ildir ödənilmir.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası Cim-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X12 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyildirilmədən saxlanılması, X3 378 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi, mülki iddianın qismən təmin edilməsi, X3 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat cəmi 9472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ödənilməsi hökm edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-452/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən mülki iddiaçı X7 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxs X5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi il təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi və o cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra sənədi üzrə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayon icra şöbəsinin icraatına daxil olduqdan sonra məcburi icra tədbirlərinə başlanaraq Xəzər Rayon Məhkəməsinin 8(003)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu X9 adına olan “Hyundai Elantra” minik markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu X12 5000 manat tələbkar İddiaçı hesabına ödəniş etmişdir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
11. Həmin Məcəllənin 935.1.7-ci bəndinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
12. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
13. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X3 maddi ziyana görə 7972 manat, taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 9472 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ödənilməsi hökm edilmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu X12 5000 manat tələbkar İddiaçı hesabına ödəniş etmişdir. Hazırda cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərin üçüncü şəxsdən məhkəmə hökmü ilə tutulmasına istinad edərək sığorta ödənişinin ödənilməsindən imtina edir.
15. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində icbari sığorta verilməsindən imtina olunan hallar sadalanmışdır. Həmin hallar sırasında həmçinin zərərin əvəzinin tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alınması və ya zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilməsi qeyd olunmuşdur. Maddənin məzmununda da göründüyü kimi həmin maddənin tətbiq olunmasının şərti qismində zərərin əvəzinin təqsirli olan şəxsdən alınması, yəni real olaraq zərərvurana ödənilmiş məbləğin ödənilməsi qeyd olunmuşdur. Hazırki halda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün icra vəziyyətindən görünür ki, üçüncü şəxs X12 tərəfindən real olaraq 5000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə X3 avtomobilə dəymiş ziyana görə tutulan məbləğin ümumilikdə 9472 manat olmasını və ödənilmiş məbləğin 5000 manat olmasını nəzərə alaraq hesab edir ki, hazırki halda iddiaçıya X12 tərəfindən ödənilməli qalıq 4472 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.
16. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə avtomobilə dəymiş zərər 7972 manat məbləğində qiymətləndirilmişdir. Həmin hökmlə üçüncü şəxs X12 tərəfindən ödənilmiş 5000 manat məbləğində pulun mənəvi zərər, taksi xidmətinə görə dəymiş zərər və ya avtomobilə dəymiş zərərlə bağlı ödənilməsi ödəniş qəbzlərindən aydın deyil. Belə olan halda məhkəmə qeyd edir ki, gələcəkdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün mülki iddia ilə bağlı hissəsində əlavə icra tədbirlərinin davam etdirilməsinə zərərət qalmaması, həmçinin icra sənədi üzrə icraata daha operativ xitam verilməsinin mümkünlüyü nəzərə alınmaqla, ödənilmiş məbləğlərinin bir hissəsinin taksi xidməti və mənəvi zərərlə bağlı ödənilməsini qəbul edilir. Belə olan halda hazırda üçüncü şəxs tərəfindən avtomobilə dəymiş zərərlə bağlı 3500 manat məbləğində pul ödənilmişdir.
17. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 4472 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia qismən təmin edildiyindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, V Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4472 (dörd min dörd yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil