Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-600/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «xxxx» ASC-nın cavabdeh Cavabdeh qarşı Subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin reqres qaydasında tələb edilməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nın cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiаçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 860,11 (səkkiz yüz altmış manat, on bir qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində Bakı şəhəri, Tbilisi prospektində “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSF********* nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP******* saylı qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Şirkət tərəfindən “avtokasko” risklərindən sığortalanmış “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 5875,00 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 100,00 (bir yüz) manat məbləğində azadolma məbləği çıxılmaqla 5775,00 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “xxxx” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4914,89 (dörd min doqquz yüz on dörd manat, səksən doqquz qəpik) manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən “xxxx” ASC-nin hesabına ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdehə 860,11 (səkkiz yüz altmış manat, on bir qəpik) manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.
3. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz göndərərək qeyd etmişdir ki, sığorta tərəfindən qoyulan 5000 AZN-dən əlavə olan məbləğin onun yerinə ödənilməsi ilə bağlı məlumat ona məhkəməyə müraciət edilən zaman verilmişdir. Yəni, ödəniş edilməzdən öncə, ümumiyyətlə bu prosesin baş verməsi və gedişatı ilə bağlı məlumatlandırılmamışdır. Həmin ödəniş onun heç bir rəsmi razılığı olmadan sığorta tərəfindən qarşı tərəfə ödənilmiş və sonradan onunla bağlı Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Avtomobil sığorta məbləği normasından artıq məbləğdə ciddi zərər görmüş olsa idi, həmin avtomobil sahibi rəsmi şəkildə ona müraciət ünvanlaya və ondan avtomobilə dəymiş zərərin sığorta tərəfindən ödənilən ödənişindən artıq olan hissəsini razılıq və ya məhkəmə yolu ilə tələb edə bilərdi. Həmçinin, sığorta şirkəti də bununla bağlı əlaqə saxlaya bilərdi. Lakin, Sığorta şirkətinin bu barədə rəsmi razılığı olmadan məsələni tam həll etdiyini bildirərək ondan əlavə ödənişin onlara ödənilməsi ilə bağlı tələbini qətiyyən əsassız hesab edir.
Birinci instansiya məhkəməsində icraat:
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi Aydəmirov Mübariz Darçin oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi ##.##.2023-cü ildə baş vermiş, hadisədən 10 ay sonra sığorta şirkəti tərəfindən ona bildirilmişdir ki, 5000 manat borcu var. O digər avtomobilə dəymiş zərərin bu qədər yüksək məbləğdə ola bilməyəcəyini hesab edir. Hesablanmış bu məbləğin ağlabatan olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 5.İddiaçı «xxxx» ASC və cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, iddiaçı «xxxx» ASC ##.##.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirərək qərar qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(075)-2047/2025 (Ş.Cəfərova) nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 860,11 (səkkiz yüz altmış manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı «xxxx» ASC-nə ödənilməsi, qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 400 (dörd yüz) manat pul cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. 8.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmış “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X4 adlı şəxsə məxsus, “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün "xxxx” ASC tərəfindən “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ödənilmiş 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin 4914.89 (dörd min doqquz yüz on dörd manat səksən doqquz) manat məbləğində olan hissəsi “Chevrolet Cruze minik” markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx” ASC-yə ödənilmiş, 860.11 (səkkiz yüz altmş manat on bir qəpik) manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 9.Məhkəmə qeyd etmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 10.İcbari sığorta üzrə subroqasiya hüququnun yaranma əsaslarından biri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsində müəyyən edilmişdir. Həmin normada sadalanan əsas hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün iddiaçı "xxxx" ASC həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. 11.İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına əsasən məhkəmə iclasında müəyyən edildi ki, ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmış “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X4 adlı şəxsə məxsus, “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün "xxxx” ASC tərəfindən “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ödənilmiş 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin 4914.89 (dörd min doqquz yüz on dörd manat səksən doqquz) manat məbləğində olan hissəsi “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx” ASC-yə ödənilmiş, 860.11 (səkkiz yüz altmş manat on bir qəpik) manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin subroqasiya ilə bağlı müddəalarına əsasən, sığortaçı sığorta ödənişini həyata keçirdiyi həddə zərərvuran şəxsə qarşı zərərin əvəzinin tələb edilməsi hüququnu əldə edir. Bu baxımdan, “xxxx” ASC ödəniş etdiyi məbləğin qarşılanmamış hissəsi üzrə cavabdehə qarşı tələb irəli sürməkdə haqlıdır. 12.Cavabdeh tərəfindən qeyd olunan məbləğin könüllü qaydada ödənilməsi barədə göndərilmiş bildirişə baxmayaraq, borc yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən tələbə qarşı öhdəliyi aradan qaldıran sübut təqdim edilməmişdir.
13. Cavabdeh Cavabdeh vəsatəti əsasında məhkəmə tərəfindən 2 (***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardada əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş rəydə nəqliyyat vasitəsinə dəymiş zərər 3.165 manat məbləğində göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, sözügedən rəy zərərin tam və obyektiv müəyyən edilməsi baxımından yetərli deyildir. Belə ki, rəyə əsasən ehtiyat hissələrinin dəyəri və onların təmiri ilə bağlı xərclər nəzərə alınmış, lakin nəqliyyat vasitəsinin bərpası üçün zəruri olan təmir işlərinin icrasına görə əmək haqqı (usta zəhmət haqqı) hesablamaya daxil edilməmişdir.
14. Eyni zamanda, iş materiallarında olan qüsur aktından görünür ki, zərər məbləği müəyyən edilərkən həm ehtiyat hissələrinin dəyəri, həm də təmir-bərpa işlərinin görülməsi ilə bağlı əmək haqqı nəzərə alınmışdır. Bu səbəbdən ekspert rəyi dəymiş zərərin real və tam həcmdə müəyyən edilməsini təmin etmədiyindən, məhkəmə tərəfindən digər sübutlarla müqayisədə üstün və həlledici sübut kimi qəbul edilmir. 15.Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia təmin olunmalı, cavabdeh Cavabdeh 860,11 (səkkiz yüz altmış manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı «xxxx» ASC-nə ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə müstəqil qiymətləndirici cavabdehin müraciəti əsasında aparıldığından və iddia tələbi təmin edildiyindən 400 (dörd yüz) manat tutularaq “xxxx” MMC-yə ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1115-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 23.1.6, 25.1.3, 25.2, 52.1, 53.1, 63.1-ci maddələrinə, İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarına, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində qarşı tərəfin avtomobilinə dəymiş zərərə görə “xxxx” ASC tərəfindən sığorta ödənişi həyata keçirilmiş və sonradan subroqasiya hüququ əsasında məndən 860.11 AZN məbləğ tələb edilmişdir. Keçirilmiş müstəqil ekspertiza nəticəsində avtomobilə dəymiş zərər 3165 AZN məbləğində müəyyən edilmişdir. Həmin məbləğə əməkhaqqı daxil edilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş hesablamada da avtomobilə dəymiş zərər əməkhaqqı nəzərə alınmadan 3745 AZN göstərilmişdir. Beləliklə, məhkəmə ekspertizasının müəyyən etdiyi məbləğin iddiaçı tərəfin təqdim etdiyi hesablamadan 580 AZN az olması açıq şəkildə görünür. Bundan əlavə, iş həcmi azaldığı halda əməkhaqqı məbləğinin də mütənasib qaydada azaldılması zəruri idi. İddiaçı tərəfindən əməkhaqqı kimi göstərilən 2130 AZN məbləği dəyişdirilmədən qəbul edilmiş, lakin işin faktiki həcminin azalması nəzərə alınmamışdır. Nəticə etibarilə, avtomobilə dəymiş ümumi zərərin 5000 AZN məbləğini keçmədiyi müəyyən olunur və bu halda məndən əlavə məbləğin tutulması əsassızdır.
19. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçının nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyasını ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının; 19.1-ci bəndinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 40.4-cü bəndinə əsasən eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25- ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. Apellyator Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Tərəflər arasındakı münasibətlər sığorta müqaviləsi üzrə, hazırkı mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.
34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmış “Nissan Kicks minik” markalı, **-MS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X4 adlı şəxsə məxsus, “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün "xxxx” ASC tərəfindən “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ödənilmiş 5875 (beş min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin 4914.89 (dörd min doqquz yüz on dörd manat səksən doqquz) manat məbləğində olan hissəsi “Chevrolet Cruze minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx” ASC-yə ödənilmiş, 860.11 (səkkiz yüz altmş manat on bir qəpik) manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “Nissan Kicks minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyyən edilməsi məqsədilə qiymətləndirici ekspert dəvət edilmiş, “xxxx” MMC tərəfindən “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (qüsur aktına əsasən) 3.165 manat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə ekspertizasının müəyyən etdiyi məbləğin iddiaçı tərəfin təqdim etdiyi hesablamadan 580 AZN az olmasının açıq şəkildə görünməsi, Bundan əlavə, iş həcmi azaldığı halda əməkhaqqı məbləğinin də mütənasib qaydada azaldılmasının zəruri olması, nəticə etibarilə, avtomobilə dəymiş ümumi zərərin 5000 AZN məbləğini keçmədiyinin müəyyən olunması və bu halda ondan əlavə məbləğin tutulmasının əsassız olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş rəydə nəqliyyat vasitəsinə dəymiş zərər 3.165 manat məbləğində göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, sözügedən rəy zərərin tam və obyektiv müəyyən edilməsi baxımından yetərli deyildir. Belə ki, rəyə əsasən ehtiyat hissələrinin dəyəri və onların təmiri ilə bağlı xərclər nəzərə alınmış, lakin nəqliyyat vasitəsinin bərpası üçün zəruri olan təmir işlərinin icrasına görə əmək haqqı (usta zəhmət haqqı) hesablamaya daxil edilməmişdir. Eyni zamanda, iş materiallarında olan qüsur aktından görünür ki, zərər məbləği müəyyən edilərkən həm ehtiyat hissələrinin dəyəri, həm də təmirbərpa işlərinin görülməsi ilə bağlı əmək haqqı nəzərə alınmışdır. Bu səbəbdən ekspert rəyi dəymiş zərərin real və tam həcmdə müəyyən edilməsini təmin etmədiyindən, məhkəmə tərəfindən digər sübutlarla müqayisədə üstün və həlledici sübut kimi qəbul edilmir. 36.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır.
37. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı görülən işlərin yekun dəyəri qüsur aktına əsasən ümumilikdə 3.165 manat müəyyən olunmuşdur.
38. Birinci instansiya məhkəməsi nəqliyyat vasitəsinin bərpası üçün zəruri olan təmir işlərinin icrasına görə əmək haqqının (usta zəhmət haqqı) hesablamaya daxil edilməməsini qeyd etsədə, sözügedən qiymətləndirmə rəyinə ümumilikdə nəzər saldıqda müəyyən olunur ki, dəymiş ziyan ehtiyyat hissələri üzrə 1485 manat, dəmirçi işləri üçün 350 manat, rəngsaz işləri üçün 900 manat, armatur işi üçün 200 manat, çilingər işi üçün 200 manat, razval xidməti üçün 30 manat olmaqla ümumilikdə usta zəhmət haqqı da daxil olmaqla nəqliyyat vasitəsinin təmir-bərpası üçün görüləcək işlərin yekun dəyəri 3165,00 manat müəyyən olunmuşdur.
39. Kollegiya qeyd edir ki, mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Belə olan təqdirdə kollegiya hesab edir ki, “Nissan Kicks” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği 5000 manatı keçmədiyindən qanunvericiliyin tələbinə əsasən sığorta şirkəti tərəfindən cavabdehdən 860,11 manat məbləğində vəsaitin tələb olunması əsassız olmuşdur.
41. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 400 manat qiymətləndirmə xərci iddiaçı “xxxx” ASC-dən tutulub xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi- AZ85ACAB00210100000001318902 VÖEN *********** Müxbir hesab AZ10NABZ0135010000000005644 Bankın kodu-505000) ödənilməlidir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Qiymətləndirici ekspertiza tədqiqatının dəyəri olan 400 manat qiymətləndirmə xərci iddiaçı “xxxx” ASC–dən tutulub xxxx MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi- AZ85ACAB00210100000001318902 VÖEN *********** Müxbir hesab AZ10NABZ0135010000000005644 Bankın kodu-505000) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.