Məhkəmə qərarları › İş №2(004)-2016/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2016/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2016/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə tanınmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə qərarı ilə istifadə hüququ tanınmış Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən ev xx xxxxxx 1931-ci il tarixdən dövlət mənzil fonduna keçmiş və sonradan atasına ayrılıb verilmiş, onun ölümündən sonra, o dövrün Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, xx xxxxx 1987-ci il tarixli qərarına əsasən, evə dair icarə müqaviləsi anası Minəxanım Ağayeva ilə bağlanmışdır. Anası xx xxxxxx 2001-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra evə o və qardaşı Sərvər Ağayev sahiblik etmişlər. Qardaşı S.Ağayev xx xxxx 2004-cü ildə cavabdehlə nikaha daxil olaraq evlənmişdir. Həmin tarixdə cavabdeh hazırda mübahisələndirılən evdə gəlin olaraq yaşasa da, qısa müddət sonra bu evdən əri ilə birlikdə çıxıb getmişlər. Qardaşı S.Ağayev xx xxxxx 2016-cı ildə vəfat etmişdir. Cavabdeh 10 ildən artıqdır ki, bu evdə yaşamır və yuxanda qeyd olunan, ünvan 1 ünvanında yaşayır. Cavabdehlə onun arasında daima münaqişələr yaşanıb və bu gün də münasibətləri kəskindir. Sözügedən mənzilin aylıq kirayə haqqı 200 (iki yüz) manat civarındadır. Bu qeyd olunanlara əsaslanaraq o, cavabdehin onun mənzilinə olan istifadə hüququna xitam verilməsi üçün pul kompensasiya təklif edir və həmin kompensasiya məbləğinin mübahisəli mənzilin aylıq kirayə haqqı olaraq bildiyi 200 manatın üç ilə olan hasili miqdarında, yəni 7000- 7500 manat civarında olduğunu düşünür. Lakin istənilən halda məhkəmənin müəyyən edəcəyi kompensasiya həddi əsas götürüldüyündən, o, məhkəmənin müəyyən edəcəyi kompensasiya məbləğinə münasibətini bildirməyə hazırdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, xx xxxxx 1987-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən X8 vəfat etdiyindən, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı Minəxanım Ağayeva ilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin xx xxxxxx 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov keçəsi, ev 4, mənzil 156 ünvanında hal-hazıradək qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950ci ildə Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazdan görünür ki, Cavabdeh İddiaçı verdiyi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisələndirilən mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Cavabdeh evə köçürülməsi ilə bağlı hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi müvafiq hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan, Abbasova (Ağayeva) X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin özünün evə istifadə hüquqlarının itirilməsi və Cavabdeh evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Lalə Abbasovanın apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.ibayev, A.Kalbalıyev, Ə.Əliyev) xx xxx 2019-cu il tarixli qərarı ilə Lalə Abbasovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya caxışına göndərilmişdir. X10 apellyasiya şikayəti əsasında təkrar baxılarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən Ləman Ağayeva və Mehriban Abdinova da bırgə apellyasiya şikayəti vermiş, şikayətlənni Lalə Abbasovanın şikayəti ilə bənzər məzmunda əsaslandırmaqla qətnamənin özlərinin evə istifadə hüquqlarının itirilməsi və Cavabdeh evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Ağayeva (Abbasova) Lalə Sərvər qızı, Ağayeva Ləman Sərvər qızı və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 303/2017 saylı iş üzrə xx xxxxxxx 2017-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X3, X9 və Ağayeva Ləman Sərvər qızı və onların vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın X5, X4 və X1 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissəsinin və Cavabdeh həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X3, X9 və Ağayeva Ləman Sərvər qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11812/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən məzilə istifadə hü ququ yuxarıda sadalanan məhkəmə qətnamələri ilə tanınmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən mənzilə köçürülməsi barədə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən mənzili istifadə etməyə görə İddiaçı ilə eyni hüquqa malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, İddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadeh Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericiliyin tələbinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini tələb etmək hüququna yalnız mülkiyyətçi malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmçinin, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar