Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2023/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ № 2(004)-2023/2021 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Q Ə R A R D A D xx xxxxxx 2020-ci il Bakı şəhəri Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı Cavabdeh ASC-nin «Gəncə Sukanal» TSC-yə qarşı borcun silinməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh ASC-nin «Gəncə Sukanal» TSC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğun yerə görə verilir. E-taxes.gov.az internet informasiya sistemi vasitəsi ilə alınmış məlumatdan görünür ki, Cavabdeh ASC-nin «Gəncə Sukanal» Törəmə Səhmdər Cəmiyyənin hüquqi ünvanı ünvan 2 ünvanında yerləşir. Eyni zamanda Azərbaycan Respublikasının MPM 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı Gəncə şəhərində qeydiyyatdadır və orada yaşayır. İstinad olunan maddələrə əsasən iddiaçı özünün yaşadığı yerin, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerin və ya cavabdeh törəmə müəssisənin yerləşdiyi ünvanın aid olduğu Gəncə şəhəri Kəpəz və ya Nizami rayon Məhkəmələrinə hazırki iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh ASC-nin «Gəncə Sukanal» TSC-yə qarşı borcun silinməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia ərizəsi ilə iddiaçı özünün yaşadığı yerin, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerin və ya cavabdeh törəmə müəssisənin yerləşdiyi ünvanın aid olduğu Gəncə şəhəri Kəpəz və ya Nizami rayon Məhkəmələrinə müraciət etməlidir. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2023/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2023/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver