Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2031/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin ləğv ediməsi və İddiaçı yaşadığı ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat borc istehlakçı İddiaçı **********00050 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi kimi onların arasında qazının alqı-satqısına dair müqavilə imzalanmışdır. Daha sonra Bakı şəhəri Yasamal rayonu, Alatava (həyət) ev 68V (abonent kodu 1702AZ**********20) qaz sayğacı quraşdırılmışdır. Hazırda əsassız olaraq akt tərtib edilmiş, həmin akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş və həmin aktın surəti ona təqdim edilmədən 777,60 manat borc hesablanmışdır. O, cavabdehə müraciət edərək aktın surətini tələb etmişdir. Əldə etdiyi aktın surətində borcun sayğacın qayka plomblu üçün nəzərdə tutulmuş qulaqcığın açıq olması göstərilmiş və cərimə də buna görə yazılmışdır. Sayğacda yaranmış nasazlığa görə cərimə olunmaq nasazlığın bilərəkdən törədilməsini göstərir. Lakin onun sayğacda yaranmış nasazlığın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın açıq olmasından ümumiyyətlə xəbəri olmamış, sayğac dəyişdirilərkən plomb yerində olmuşdur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Sayğacın keçən qaz sərfiyyatını qeyd edib-etməməsinə görə o, heç bir məsuliyyət daşımır. Cavabdeh İB-nin gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, cərimə tətbiq olunduğu aydan əvvəlki və ya sonrakı ayları nəzərdən keçirtdikdə aylıq qaz sərfiyyatının 90-200 kub.m arası dəyişdiyi müəyyən olunur. Bu da öz növbəsində aylıq 20-60 manat arası təşkil edir. Göründüyü kimi, aylıq qaz sərfiyyatı minimumdur. Nəticə etibarı ilə sayğacın yararsız vəziyyətə salınması ilə bağlı niyyətinin mövcudluğundan bəhs edilə bilməz. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin elektron kabinet vasitəsilə ərizə göndərərək, xx.xx.2024-cü il tarxinə təyin edilmiş baxış iclasının icraatında olan başqa iş ilə eyni vaxta düşdüyü üçün iclasda iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilir ki, 14-2-2/3-5-4470/Q006 saylı aktına əsasən 1702AZ**********20 nömrəli sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Hesablanma mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə göstərilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən G4 markalı 1702AZ**********20 nömrəli sayğacda ALARM-1 rejimi aşkar olunub. Beləliklə qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6x12x90 = 6480 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Cavabdeh abonentə məxsus olan sayğacın qayka plomblu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olmasını qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Sayğacda yaranmış nasazlığa görə cərimə olunmaq nasazlığın bilərəkdən törədilməsini göstərir. Lakin abonentin sayğacda yaranmış nasazlığın qayka plomblu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olmasından ümumiyyətlə xəbəri yoxdur. Belə ki, cərimə tətbiq olunduğu aydan əvvəlki və ya sonrakı ayları nəzərdən keçirtdikdə aylıq qaz sərfiyyatının 90-200 kub.m arası dəyişdiyi müəyyən olunmuşdur. Bu da öz növbəsində aylıq 20-60 manat arası təşkil edir. İstehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməsi ləğv edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsi ləğv edilməlidir. İddiaçı yaşadığı ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat borc istehlakçı İddiaçı **********00050 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsi ləğv edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc - istehlakçı İddiaçı **********00050 nömrəli abunə hesabından silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2031/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2031/2024
14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver