Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2056/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 074/23 nömrəli, 26 may 2023-cü il tarixli” Bakı Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında yekun protokolun və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2056/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2056/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2056/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2056/2024 saylı saylı qərardadı ləğv edilərək iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin icraatında İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-3191/2024 saylı mülki iş üzrə məhkəmənin hazırlıq iclası 27 iyun 2024-cü il tarixə, saat 11:40-a təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ExpressPay vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2056/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2056/2024
11.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver