Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-206/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X30 oğlunun katibliyi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sənədin şəxsə aid olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 03.05.2006-cı il tarixli 1416 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə aid olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində 0,08 ha torpaq sahəsi və üzərində ev mərhum babası X2 aiddir. Babasının vərəsəsi kimi tanınmış X12 rəsmi olaraq torpağı sənədləşdirmək istədikdə, ərizəçilərin adları Siyəzən Rayon DTXK-nın 03.05.2006-cı il tarixli 1416 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X10 və Ərizəçi1 Dilbər qızı kimi yazıldığından DƏDRX-dan çıxarış ala bilməmişlər. Şəhadətnamədə adlar nöqsanlı qeyd edilmişdir. Bununla əlaqədar DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş, sonuncu şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında ərizəçilər ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş: DTXK-nın Siyəzən Rayon şöbəsi tərəfindən verilmiş 03.05.2006-cı il tarixli 1416 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi X4, onun ailə üzvləri kimi isə X13, X10 və X24 göstərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 04.12.2013-cü il tarixli şəhadətnamədən görünür ki, 21.02.2013-cü ildə ölmüş X3 vərəsələri aşağıdakılardır: arvadı X6, oğlu X12 və mərhumun atası X4. İ-ЖГ N 365375 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X4 və X17 08.07.1976-cı il tarixdə Dəvəçi rayonu VVAQ şöbəsində 92 nömrəli akt qeydinə əsasən nikah bağlamışlar və nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir. 1-ИЕ 762342 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X5 30.10.1943-cü il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X14 qeyd edilmişdir. 02 sentyabr 2011-ci il tarixli AZ N ******* nömrəli doğum haqqında arayışa əsasən X13 05.01.1965-ci il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X9 qeyd edilmişdir. AZ N 034577 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X21 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X18 qeyd edilmişdir. V-ЖГ N 331787 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X13 və X21 01.12.1989-cu il tarixdə Səadət sarayında 3598 nömrəli akt qeydinə əsasən nikah bağlamışlar və nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir. İ-AZ 101572 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X21 qeyd edilmişdir. AZ-İ N 861378 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X7 və X22 03.07.2013-cü il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 777 nömrəli akt qeydinə əsasən nikah bağlamışlar və nikahdan sonra ərə Məlikəliyev, arvada Məlikəliyeva soyadları verilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçilərin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X1 ailə üzvü olması - Ərizəçi2 mülkiyyətçinin nəvəsi X8 qızı, Ərizəçi1 isə həmin nəvəsinin arvadı olması müəyyən edilmişdir. X36 və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən ərizəçilər “X22” və “Ərizəçi1” əvəzinə texniki səhvə yol verilərək “X10” və “Ərizəçi1 Dilbər qızı” kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubundan görünür ki, ərizəçilərin müvafiq müraciətlərinə cavab olaraq İdarə ərizəçilərə Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq DTXK-nın Siyəzən Rayon şöbəsi tərəfindən verilmiş 03.05.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Məlikəliyeva (Məmmədova) Şərəf Natiq qızı və Ərizəçi1 məxsus olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. DTXK-nın Siyəzən Rayon şöbəsi tərəfindən verilmiş 03.05.2006-cı il tarixli SN-2853 F saylı/kod 30501004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi2 və xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi1 aid olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-206/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-206/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver