Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2061/2022 20.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X3nun vəfatı ilə əlaqədar olaraq qardaşı 1-ci qrup əlil olan X8 qəyyumluq hüququnun digər ailə üzvlərindən birinə keçməsi məqsədilə onun əmək fəaliyyəti qabiliyətinin olmamasl barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək maraqlı şəxs kimi qeyd etdiyi Maraqlı şəxs həmin qurumun Qəyyumluq və Himayəçilik Komissiyası ilə əvəz edilməsi və qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul ediməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə ərizə verərək xx.xx.2022-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X9 anadangəlmə birinci qrup əlildir. Əlillik müəyyən olunduğu dövrdən Maraqlı şəxs başçısının xx.xx.1992-ci il tarixli, 570/9 saylı sərəncamına əsasən onun qəyyumu mərhum X3 təyin edilmişdir. Atası xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra 1-ci qrup əlil olan qardaşı Tahirov Aqşin üçün qəyyumluq hüququnun digər ailə üzvlərindən birinə dəyişdirilməsi və bundan irəli gələn hüquqları ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada isə ona 1992-ci ildən bəri qanunvericilikdə çoxlu dəyişikliklər olmasını nəzərə alaraq həmin tələblə bağlı məhkəməyə müraciət edilməsinin vacibliyini bildirilmişdir. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, X8 şizofreniya paranoid forma psixiki qüsur halı diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci qrup əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, İ-ЖГ № 406119 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X3, anası Nəzərova (Tahirova) Məleykə Şahsuvar qızıdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1277 saylı rəyinə əsasən X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklər yeniyetmə yaşlarından başlayaraq meydana gəlməsi, psixi vəziyyəti ilə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, halhazırda isə Bakı şəhər 2 saylı X2 stasionar müalicədə olması, “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə ona müddətiz İ qrup əlillik təyin edilməsi, həkimpsixiatr tərəfindən təyin edilmiş dərmanları evdə mütəmadi qəbul etməməsi, psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, aqressiv olması, davranışın pozuntuları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional- iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X9 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, ərizəçi X5 yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X7 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2061/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2061/2022
20.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver