Məhkəmə qərarları › İş №2(004)-2080/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2080/2024

30.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2080/2024 30.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 X23 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin bərpa edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair miras əmlakın qəbul edilməsi ilə bağlı şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin bərpa edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair miras əmlakın qəbul edilməsi ilə bağlı şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X12 mərhum anası xx.xx.2009-cu il tarixdə vəfat edən X17 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması, vərəsəlik nömrəsi 2v-10№ ilə qeydiyyata alınan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və JN-246f.kod 30800066 saylı olmaqla torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməli miras əmlakın qəbul edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X23 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət edərək xx.xx.2009-cu ul tatixdə vəfat etmiş X28 məxsus olan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras qoyanın vərəsəsi vərəsəliyin qəbulu müddəti ötürməsini və bu səbəbdən qeyd olunanları nəzərə alıb, Notariat Haqqında Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq X8 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddia tələbinə əlavə olunan Bakı şəhəri 19 saylı Notariat contorunun iş№2v-10 saylı qovluqdan göründüyü kimi X24 qanun üzrə vərəsəsi X9 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə əsasında Abşeron Rayonu Digah qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsindən ibarət əmlakı qəbul etmiş və digər vərəsələr mirasın qəbulundan onun xeyrinə imtina ərizəsi yazmışlar. Belə ki, həmin əmlakla bağlı heç bir iddia tələbi yoxdur və bildirmək istərdi ki, mərhuma Abşeron Rayonu Aqrar İslahatlar Kommisiyasının 04 avqust 1997-ci il tarixli qərarı ilə 0.25 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-246f.kod 30800066 saylı olmaqla torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməsi mövcuddur. Notariat orqanına müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənn verilməsin istəmiş və imtina etdiyi üçün , məhkəmədən müddətin bərpa olunması vərəsə kimi tanınması və şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinin təmin olunmasını istəyir . Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o bacısının mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə iddia etmir, həmin şəhadətnaməni mübahisələndirmir. Həmin sahə ilə bağlı tələbi yoxdur. Onun tələbi 0,25 ha torpaq sahəsinin miras əmlaka daxil edilməsi ilə bağlıdır. Həmin torpağı anası ona bağışlamışdır. Həmin torpağa hüququnun tanınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehin və müstəqiln tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan keçirilməsi mümküm hesab edilmişdir. Məhkəmə proses iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. JN-246F Kod 30800066 olan şəhadətnamənin surətindən görünür ki, Abşeron Rayonu Aqrar İslahatlar Kommisiyasının 04 avqust 1997-ci il tarixli qərarı ilə 0.25 ha torpaq sahəsi X28 verilmişdir. JN-1243A, Kod 30800066 olan şəhadətnanmədən görünür ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli qərarı ilə 0,09 ha torpaq sahəsi X19 verilmişdir. JN-075A KOD 30800066 olan şəhadətnamədən görünür ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli qərarı ilə 0,11 ha torpaq sahəsi X5 verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 atası X43, anası isə X29r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X15 xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən 2012-ci ildə qəbul edilmiş qətnamədən görünür ki, iddiaçı X15 cavabdeh X4 qarşı qərarın, bağışlama müqaviləsinin, çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0,25 ha torpaq sahəsinin X24 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamənin, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2010-cu il tarixdə **********23- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla X6 adına verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin adıçəkilən qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci ilş tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsi ilə (hakim S.Vəkila) iddiaçı X15 cavabdehlər X13, X10, X20, X33 və X16 qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia təmin edilib, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X13, X10, X20 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X11, X10 və X14 çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər X33 və X25 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçı X15 qanuni sahibliyinə qaytarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsi qismən - «ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X13, X10, X20 tərəfindən olunan maneə aradan qaldırılsın» hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilmiş, qətnamə - «ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən cavabdehlər X13, X10 və X14 çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər X33 və X25 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçı X15 qanuni sahibliyinə qaytarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı X23 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsinin 15 noyabr 1994-cü il tarixli 34 saylı sərəncamının etibarsız hesab edilməsini və X3 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış xx.xx.2006-cı il tarixli 25842 inventar qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-399/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, X3 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair reyestr kitabında qeydə alınmış xx.xx.2006-ci il tarixli 25842 inventar nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-399/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2V-10 nömrəli, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X24 vərəsəsi X1r. şəhadətnamə verilən miras əmlak Abşeron rayon Digəh qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən ibarətdir. Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət edərək xx.xx.2009-cu il tarixdə vəfat etmiş X34 məxsus olan miras əmlaka dair vəörəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras qoyanın vərəsəsi X11 vərəsəliyin qəbulu müddətini ötürdüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə, iş üzrə təqdim edilmiş, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X37 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, onun miras əmlakı Abşeron rayon Digəh qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi, 2V- 10 nömrəli, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəsi X2 verilmişdir. Hazırda iddiaçı anası xx.xx.2009-cu il tarixdə vəfat edən X17 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması, vərəsəlik nömrəsi 2v-10№ ilə qeydiyyata alınan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini və JN-246f.kod 30800066 saylı olmaqla torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməli miras əmlakın qəbul edilməsi ilə bağlı, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin anası xx.xx.2009-cu il tarixdə vəfat edən X17 qalmış əmlaka dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması, vərəsəlik nömrəsi 2v-10№ ilə qeydiyyata alınan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və bunun üzürlü olması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması ilə bağlı əsaslar işin halları ilə müəyyən edilməmişdir. Bundan başqa iddiaçı həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o əslində şəhadətnaməni mübahisələndirmir, bacısının mülkiyyətində olan (vərəsəlik nömrəsi 2v-10№ ilə qeydiyyata alınan vərəsəlik şəhadətnaməsi üzrə verilmiş) 0,05 ha torpaq sahəsinə iddia etmir. Onun tələbi 0.25 ha torpaq sahəsi ilə bağlıdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə həmçinin iddia tələbinin JN-246f.kod 30800066 saylı olmaqla torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməli miras əmlakın qəbul edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0,25 ha torpaq sahəsinin X24 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN- 246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla X6 adına verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Bundan başqa X3 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair reyestr kitabında qeydə alınmış xx.xx.2006-ci il tarixli 25842 inventar nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi 0,25 ha torpaq sahəsinin verilməsinə dair JN- 246F seriyalı 30800066 kodlu şəhadətnamə və bağışlanma müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən həmin əmlak miras əmlak kimi qəbul edilə bilməz. Beləliklə məhkəm hesab edir ki, iddia tələbi, həmin əmlakın miras əmlaka daxil edilməsi ilə bağlı hissədə də, əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərinisübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X3 X23 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin bərpa edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair miras əmlakın qəbul edilməsi ilə bağlı şəhadətnamənin verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar