Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2108/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsməsi, Cavabdeh4 ilə Cavabdeh1 ilə bağlanmış 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.10.2010-cu il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Bu barədə onlara 29.10.2010-cu il tarixli AZ-İ seriyalı 627864 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə ünvan 1i ünvanında torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin alqı-satqısı üçün əri Cavabdeh2 19.07.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi vermişdir. Bundan sonra onlar birgə nikah dövründə ünvan 1i ünvanında 02.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci - sahəsi 4 ha olan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin satılması barədə onun heç bir məlumatı və razılığı olmayıb. Belə ki, Cavabdeh2 Cavabdeh3 əsasında, Cavabdeh2 adından həmin torpağı 27.08.2020-ci il tarixli AN-İ seriyalı 086758 saylı alqısatqı müqaviləsi əsasında X1. Qusar rayon notariat ofisinin xüsusi notariusu onun iştirakı olmadan və ikinci aİdıqları torpağın satılması ilə bağlı razılıq ərizəsinin olmamasına baxmayaraq, alqı-satqı müqaviləsini təsdiq etmişdir. Həmçinin Cavabdeh2 da həmin alqısatqı müqaviləsində iştirak etməmişdir. Bundan sonra Cavabdeh4 həmin torpağı 27.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və sonuncunun adına 25.12.2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Onun Cavabdeh2 torpağın alqı-satqısı ilə bağlı etibarnamə və razılıq ərizəsi verərkən ünvan 1ində ikinci aldıqları 4 ha torpaq sahəsi onların mülkiyyətində deyildir. Yəni onun tərəfindən Cavabdeh2 verilmiş etibarnamə və razılıq ərizəsi əvvəllər aldıqları torpaq sahəsinə aid olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh2 2010-cu ildə nikaha daxil olmuşdur. Nikah dövründə tərəflər bir sıra torpaq sahələri alıb satıblar. İddiaçı 2018-ci ildə həyat yoldaşı Zöhrab bəyə həmin torpaqların satılması ilə bağlı etibarnamə verib. Lakin həmin vaxt mübahisə predmeti olan torpaq sahəsi mövcud deyildi. Etibarnamə və razılıq ərizəsi həmin torpağa aid deyildir. Bundan sonra Zöhrab Cavabdeh3 əvvəlki torpaqların alqı-satqısı ilə bağlı etibarnamə verib. Mübahisəsi gedən torpağın alqı-satqısı zamanı Zöhrab özü də həmin prosesdə iştirak etməyib. Cəsarət onun adından hərəkət etmişdir. Əslində iddiaçının da bu barədə heç bir məlumatı, razılıq ərizəsi olmayıb. Yalnız son bir neçə ayda bu barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət edib, həmin əqd və onun əsasında verilmiş çıxarışı mübahisələndirmişdir. Əvvəlki torpaqlarla bağlı alqı-satqı müqavilələri və çıxarışlar vardır. Həmin etibarnamə veriləndə mübahisəsi gedən torpaq ümumiyyətlə tərəflərin mülkiyyətindən olmayıb. Bu da onu göstərir ki, həmin etibarnamə və razılıq ərizəsində tərəfin iradə ifadəsi yoxdur. Həmin etibarnamə başqa torpaq sahələri ilə əlaqədar olaraq verilib, həmin torpaqların da sənədləri keçən prosesdə məhkəməyə təqdim olunub. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, həyat yoldaşına etibarnaməni 2018-ci ildə başqa torpaq sahələri var idi və etibarnaməni də həmin sahələrin alqı-satqısı üçün vermişdir. O vaxt üçün etibarnaməni bütün sahələrə görə vermişdir. Amma hazırki torpaq sahəsi etibarnamə veriləndən sonra alınıb. 2018-ci ildə onlar torpaq sahəsi satmışlar və həmin vaxt o, bununla bağlı etibarnamə vermişdir. Sonra bunlar 2020-ci ildə alqı-satqı edərkən həmin sənədi də 2020-ci ildəki işə əlavə etmişlər. Alğı-satqı ilə bağlı onun razılığı olmayıb. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, Cavabdeh3 torpaq sahəsində birgə təsərrüfat fəaliyyəti aparmaq üçün etibarnamə vermişdir. Torpaq sahəsini satması üçün ona etibarnamə verməmişdir. O, heç bir razılıq olmadan torpağı başqa şəxsə satıb. Onunla bir ildir ki, tanışdırlar. Torpaq ondan, sərmayə Cəsarətdən olmaqla təsərrüfat işləri görəcəkdilər. Müqavilə bağlamaq üçün etibarnamə vermiş, həmçinin ona demişdir ki, ona maşın alacaq və adına keçirəcək. Həmçinin bildirdi ki, birgə fəaliyyət göstərdiyi adamla aralarında inamsızlıq var, aldadılıb. Birgə iş görməyi təklif etdi. Bildirdi ki, etibarnamə vermək lazımdır, o da vermişdir. Ondan sonra isə xəbəri olmadan torpağı qaynanası Cavabdeh4 satıb. Gübrə alınması üçün torpağın sənədlərinin lazım olduğunu bildirmişdir. Ona demişdir ki, sənədləri vaxtında çatdıracaq, lakin sonra xəbər tutmuşdur ki, torpaq Rəşada satılıb. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında bildirmişdir ki, onun bacanağının torpaq sahəsi vardır. Bacanağı ona təklif etdi ki, orada birgə iş görsünlər. O, həmin kənddə torpaq sahəsi də almışdır. Həmin kənddə makler var idi. Ona bildirmişdir ki, onun torpaq sahəsinə bitişik 4 hektar torpaq sahəsi var. Onlar torpaq sahəsinin sahibi ilə danışmış və o, pulunu verərək həmin sahəni Cəsarətin qayınanası Cavabdeh4 almışdır. 60000 manat məbləğində pulu da bank vasitəsi ilə ödəmişdir. İddia tələbini qəbul etmir və əqdlərin etibarsız hesab edilməsinə etiraz edir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, o, notariusa gedəndə orada 4 hektar 50 ar torpaq sahəsindən söhbət gedirdi. Lakin orda görəndə ki, 4 hektar torpaq sahəsidir, bunun səbəbini soruşmuş və ona bildirilmişdir ki, 50 ar sahəni 2019-cu ildə Leyla adında qadına satıblar. Orda iddiaçının razılığı da var idi. Baxmayaraq ki, iddiaçının vəkili razılığın 2018-ci ildə verildiyini qeyd edir. Hətta o Zöhrabdan həyat yoldaşının razılığının olub-olmamasını soruşmuşdur. O, razılığın olduğunu bildirib. Bununla bağlı onda video çəkiliş də var, lazım olarsa, məhkəməyə də təqdim edə bilər. Torpağın qarşılığında Zöhraba 47000 manat pul vermişdir. Zöhrab pulun əvəzində torpağı ona verdiyini bildirmiş, notariusa getmiş, orada ona etibarnamə vermişdir. Eibarnamə ilə ona verdi, çünki o, öz adına alqı-satqı etmək istəmirdi. O da torpağı qaynanasına satmış, o da Rəşada satmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Cavabdeh2 cavabdeh qismində tanınması əsassızdır. İddiaçı iddia ərizəsində bildirir ki, onun iradə ifadəsi öz əksini tapmayıb. Torpaq sahəsi satılarkən onun olmayıb. Belə ki, o, torpaq sahəsini öz ərinə etibar edib. Belə çıxır ki, hər dəfə alqı-satqı və s. müqavilə bağlanarkən yeni etibarnamə verilməlidir. O zaman notariusun cinayət əlaqəsinə girdiyini demək olar, halbuki belə fakt mövcud deyil. Cavabdeh3 heç vaxt bilə bilməzdir ki, İddiaçı razılıq ərizəsi var. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, o, evini satmışdı, pulu var idi. Qeyd edilən torpağı almışdır. Lakin sonradan istifadə edə bilmədiyi üçün satmaq məcburiyyətində qalmışdır. İndi qarşı tərəf qeyd edir ki, torpaq saxta yolla alınıb. Lakin o, bunun necə saxtakarlıq olduğunu bilmir. O, qızının yoldaşına demişdir ki, onun üçün torpaq tapsın. O, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, tərəflərdən Cavabdeh2 tanıyır. Cavabdeh3 isə adını eşitmişdir. Xaçmaz rayonunun Susayqışlaq kəndində balıqçılıqla məşğul olur. Cavabdeh2 Xaçmaz rayonunun Çaxçaxlı kəndi yaxınlığında Şollar qəsəbəsi ərazisində ona məxsus olan balıqçılıq təsərrüfatında tikinti işi ilə məşğul olub. Zöhrab kənd sakini kimi ona bir neçə dəfə balıqları satmaq üçün müştəri tapıb. 2019-cu ilin payız aylarında Zöhrab ona bildirmişdi ki, “farel” balığı almaq istəyənlər var. O isə təsərrüfatında 8 tona yaxın balıq olduğunu bildirmiş və ona 4200 kq balıq satmışdır. Balıqları aparan Səhhət adlı şəxs idi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən göürünür ki, Cavabdeh2 ilə X7 29.10.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Əlimərdanova soyadı verilmişdir. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh2 ümumi etibarnamə vermiş, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, notariat kontoruna müraciət etməyi, notariat qaydada rəsmiləşdirilən sıənədləri imzalamağı, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əmlakına dair AR ƏMDKY DƏDRX idarələrində onun adından ərizə verməyi, imza etməyi və s. səlahiyyətlər verilmişdir. Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyinin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində İddiaçı ətraflı izah olundu. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 etibarnamə verilmiş, həmin etibarnamə ilə sonuncuya ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, icarəyə vermək, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, bu əqdləri üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini həyata keçirməyi, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı və s. səlahiyyətlər vermişdir. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan İddiaçı əvəzinə 19.07.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, əri Cavabdeh2 məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahələrinin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 27.08.2021-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi 23.09.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, arvadı Cavabdeh4 məxsus ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq. İş materiallarında olan Cavabdeh4 ilə Cavabdeh1 arasında notarial qaydada təsdiqlənmiş ərizədən göürünür ki, Cavabdeh4 məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,4 ha) 60000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 27.11.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh4 tərəfindən Cavabdeh1 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi 25.12.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, ünvan 1ində yerləşən 4.0 ha torpaq həsinə isə Cavabdeh2 adına dövlət reyestrindən 04.06.2020-il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Qeyd olunan 4.0 ha torpaq sahəsini Cavabdeh2 Qusar Rayon Notariat Kontorunun 28.08.2020-ci il tarixli, 4Ə-1682 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən Cavabdeh4 adına 23.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh4 həmin torpaq sahəsini Bakı şəhəri, 28 saylı notariat ofisinin 27.11.2020-ci il tarixli, 4Ə-442 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən Cavabdeh1 adına 25.12.2020-ci il tarixli, ******* qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarış işlənmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə İddiaçı 29.10.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən alınmış, həmin torpaq sahəsi onun tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, Cavabdeh4 isə həmin torpaq sahəsini Cavabdeh1 satmışdır. Hazırda ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi; Cavabdeh4 ilə Cavabdeh1 ilə bağlanmış 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi hissəsi üzrə hesab edir ki, iddia ərizəsi bu hissədə əsassız olduğundan təmin edilməməldir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı həyat yoldaşı Cavabdeh2 19.07.2018-ci il tarixdə ümumi etibarnamə vermişdir. Həmin etibarnamədə iddiaçı öz həyat yoldaşına onun adından müvafiq sənədləri imzalamaq səlahiyyəti vermişdir. Qeyd edilən edilən etibarnamə iddiaçı tərəfindən konkret olaraq hər hansı konkret əmlaka görə deyil, bütün əmlaklara görə verilmiş və ümumiyyətlə sonradan ləğv edilməmişdir. Eyni zamanda həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi qeyd edilmişdir. İddiaçı 19 iyul 2018-ci ildə Cavabdeh2 verdiyi etibarnamə öz məzmununa və nəzərdə tutulan səlahiyyətlərin həcminə görə ümumi etibarnamədir. Etibarnamənin məzmunundan göründüyü İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, həmçinin bütün növ idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi Cavabdeh2 tapşırmışdır. Yəni, ona bütün əqdləri bağlamaq səlahiyyəti vermişdir. Həmçinin notariat işində İddiaçı əvəzinə 19.07.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizə mövcuddur. Həmin ərizədə iddiaçı, əri Cavabdeh2 məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahələrinin satılmasına etiraz etmədiyi və gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacağı bildirilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh4 arasında ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsinə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə Cavabdeh4 ilə Cavabdeh1 ilə bağlanmış 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini hissəsi üzrə də hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini birbaşa Cavabdeh4 almış və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Onun bu torpağa dair hər hansı bir mübahisənin olmasından heç bir məlumatı olmamışdır. İş materiallarında olan qəbzdən də görünür ki, Cavabdeh1 torpaq sahəsi üçün Cavabdeh4 aralarındakı razılaşmaya əsasən 60000 manat məbləğində pul ödəmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh1 ümumiyyətlə vicdanlı alıcıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Eyni zamanda H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 ilə Cavabdeh1 arasında ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsinə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş çıxarış artıq mövcud olmadığından onun ləğv edilməsi qeyri-mümkündür. Bundan əlavə iş materiallarında olan 25.12.2020-ci il tarixli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi öz təsdiqini tapmadığından iddia tələbi çıxarışın ləğvi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2108/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2108/2021
24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver