Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2115/2022 04.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o X4 ilə nikaha daxil olmuş, Nikahları Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində 10 nömrəli aktla qeydə alınmışdır. 09 iyul 2021-ci ildə nikahları pozulmuşdur. Birgə nikahdan 03 iyul 1996-cı il tarixdə oğlanları X12 doğulmuşdur. Keçmiş həyat yoldaşı uşaq doğulduqdan bir müddət sonra Rusiya Federasiyasına köçüb getmişdir. X3 orta dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitq qüsuru diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu dəfə 19 sentyabr 2014-cü il tarixdə müayinə olunmuş və ona orta dərəcəli kəmağıllılıq diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik müəyyən olunmuşdur. Komissiyanın qərarı ilə onun kənar şəxsin qulluğuna ehtiyacının olması da müəyyən edilmişdir. X5 hərəkətlərini tam qavraya bilmir və nitq qüsuruna malikdir. O özünü idarə edə, öz hərəkətlərinə cavabdehlik daşıya bilmir və nitq qüsuruna malikdir. Hesab edir ki, qanunvericiliyə uyğun olaraq onun üzərində qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185 maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 282832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası X2r. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli müayinəsinə dair çıxarışdan müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü X8 orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş, əlillik və sağlamlıq imkanları müddətsiz olaraq məhdud hesab edilmiş və ona birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan 056290, 057681, 055241, ******* nömrəli Ambulator kitabçadan Çıxarışın surətindən görünür ki, X8 orta dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitq qüsuru diaqnozu qoyulmuşdur. İş materiallarında olan 022382 saylı Əlillik vəsiqəsinin surətindən görünür ki, X12 birinci qrup əlildir. Əlillik dərəcəsi müddətsiz müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1140 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, X7 “orta dərəcəli əqli gerilik davranış pozuntuları” aşkar olunmuş, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Beləliklə, məhkəmə hesab edir ki, X6 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 03 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2115/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2115/2022
04.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver