Məhkəmə qərarları › İş №2(004)-2116/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2116/2023

19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2116/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yazılan borcun silinməsi və yalnız borc silinəndən sonra su sayğacı quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 396 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Zərdabi pr. 59 A, mən. 189 Cavabdeh tərəfindən yazılan məbləğ ilə razı deyil. Çünki ümumiyyətlə hər bir təbii sərvətin istifadəsi üçün, baxmayaraq ki, bu sərvət Azərbaycan xalqına məxsusdur, şirkətin və istehlakçı (mülkiyyətçi) arasında müqavilə olmalıdır. O, Cavabdeh ilə heç bir müqavilə bağlamamış və ona təklif də olmayıb, yalnız buna baxmayaraq Yasamal Sukanal İdarəsi ona borc yazmışdır. O bunu qeyri-qanuni sayır. Suyu işlətmək və ya işlətməmək istifadəçinin (mülkiyyətçinin) istəyindən aslıdır. Əgər istifadə üçün zərurət yaranırsa bu, iki tərəfin razılığı ilə olmalıdır və müqavilə bağlanılmalıdır, sayğac qoyulmalıdır və bunu əsasən məbləğ hesablanmalıdır. O, fikirləşir ki, belə qanunsuz hallar Azərsu S.C. çox var, çünki son zamanlar Cavabdeh-un işində Dövlət tərəfindən yoxlama əsasında ciddi nöqsanlar və ciddi qanun pozuntular var. Bunu media da, sosial şəbəkələrdə və s. gün bə gün izləmək olar. Hesab edir ki, belə hallar Azərsu S.C., Yasamal Sukanal İdarəsinə ibrət olmur və onların saxtakarlığı davam edir. O, narazıçılığı ilə bağlı Yasamal Su İdarəsinə şifahi və yazılı sürətdə müraciət etmişdir. Yalnız indiyə qədər heç bir cavab almamışdır. Bu da onun konstitusiya hüququnu pozmaq deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbədarlıqdan görünür ki, **********890 abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 396 manat borc yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən yaşayış binasının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına o cümlədən üzərindəki plombların toxunulmazlığına isə cavabdehlik daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev-59/A, 189 nömrəli mənzilə su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 396 manat borc hesablanmış, lakin cavabdeh iddiaçıya sudan istifadəyə görə 396 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Borcun silinməsinə dair iddiaçının müraciətinə baxmayaraq həmin borc abonent kartından silinməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 396 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev-59/A, 189 nömrəli mənzilə Cavabdeh ASC tərəfindən yazılmış 396 manat borc silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar