Məhkəmə qərarları › İş №2(004)-2116/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2116/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2116/2025 02.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağa dair verdiyi 2 saylı Orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 2 saylı Orderə əsasən Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağ Ərizəçi ayırılıb. Qərarda və Orderdə Ərizəçinin atasının adı “Səlidar” kimi qeyd olunmuşdur. Ərizəçinin xx.xx.2016-cı il tarixdə ASAN1 tərəfindən verilmiş AZE № ******** şəxsiyyət vəsiqəsində atasının adı qrafasında “Selidar” kimi yazılmışdır. Göründüyü kimi, ərizəçinin Qərarda və Orderdə yazılan atasının adı onun şəxsiyyətini təsdiq edən sənəddəki atasının adı ilə düz gəlmir (bir hərif fərqi var). "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Order Ərizəçiyə bağ sahəsinin əvəzsiz qaydada mülkiyyətinə alması hüququnu verir və onun əmlak hüquqlarının yaranması üçün əsasdır. Qərarın və Orderin Ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi həmin Qərar və Orderlə ona ayırılmış 0,12 ha bağ torpaq sahəsinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Ərizəçi tərəfindən əvəzsiz qaydada mülkiyyətinə alması üçün tələb olunur. Orderi verən təşkilat tərəfindən Orderdəki səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi mümkün deyil. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə hüquq varisliyi müəyyən olunmadan ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 321332/2-14-082- 8/25 saylı imtina məktubundan görünür ki, ərizəçiyə aid ünvan 3 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsaslarından biri onun ata adının yazılış fərqi olmuşdur. Qərarın və Orderin Ərizəçiyə məxsus olması faktı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-52/2- Q-192-112/2024 nömrəli arxiv arayışı ilə təsdiq olunur.Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən həmin arayışı (bundan sonra - “Arayış”) məhz Ərizəçi göndərməsi sözügedən Qərarın və Orderin Ərizəçiyə aid oduğunu əyani təsdiq edir. Yuxarıda sadalnanlardan və Arayışdan görünür ki, hər iki sənəd Ərizəçiyə məxsusdur. Bu cür fərqli yazılmalar Sovet İttifaqı və onun süqutundan bir müddət sonra kiril əlifbasından istifadə və azərbaycan sözlərinin bir çox hallarda rus dilinə xas transkripsiya qaydalarına uyğun yazılmalarla əlaqədardır. Sadalananlara əsasən Qərarda və Orderdə ata adı “Selidar” göstərildiyinə baxmayaraq həmin sənəd Ərizəçiyə (Ərizəçi) məxsusdur. Daha sonra, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi məhkəməyə ərizəyə etiraz ünvanlayaraq etirazında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuş, həmin müraciətin icrasından təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu (Belə ki, sənədlərdə hüquq sahibi “Ərizəçi Səlidaroğlu” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd edilmişdir) əsası ilə imtina edilmişdir. Bu mülki iş üzrə maraqlı şəxs qismində 4 saylı Abşeron Ərazi İdarəsi olmalı deyil, nəzərdə tutulan sənədlərdə düzəliş edilməsi İdarənin səlahiyyəti xaricindədir və bu səbəbdən aidiyyəti üzrə göndərilməsi məqsədəuyğun hesab edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativinin 2 nömrəli orderindən görünür ki, Ərizəçi Səlidar oğluna Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1113 nömrəli qərarına əsasən ona Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1911 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024cü il tarixli Arxiv Arayışına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1113 nömrəli sərəncamdan Çıxarışına əsasən X1 üçün Bilgəh ərazisində təşkil olunmuş 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, aparılan araşdırma zamanı tərəfindən təqdim edilmiş orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1113 nömrəli sərəncamına əlavə olunan siyahı idarənin arxivində aşkar edilmədiyi, sözügedən orderdə və sərəncamdan çıxarışda göstərilən hüquq sahiblərinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, “Ərizəçi Səlidar oğlu” göstərildiyi halda, şəxsiyyətini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə yerləşən və tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin sxematik xəritəyə əsasən göstərilən sahədə bağ nömrəsi qeyd edilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizəsinin icrasından imtina edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 102 manat məbləğində dövlət rüsumu Ərizəçi tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin nümayəndə və vəkilinin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə - Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağa dair verdiyi 2 saylı Orderin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağa dair verdiyi 2 saylı Orderin Ərizəçi məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağa dair verdiyi 2 saylı Orderin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1113 nömrəli sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1911 nömrəli bağa dair verdiyi 2 saylı Orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar