Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2127/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iş materiallarına cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamışdır. Belə müəyyən olunur ki, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Azərbaycan Milli Elmlər X3 Kitabxanası arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 5.1.2-ci bəndinə əsasən mübahisələrin tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilmədiyi halda Azərbaydan Respublikası qanunvericiliyinə əsasən məhkəmə yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2127/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2127/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver