Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2127/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasınına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, oğlu- xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X5 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. Belə ki, oğlu 04.04.09-cu il tarixdən xx.xx.2009-cu ilədək 6 saylı uşaq kliniki xəstəxanasında müalicə olunmuş, ona Şəkərli diabet tip 1, Daun sindromu kliniki diqanozu qoyulmuşdur. Bundan sonra 1 saylı Uşaq Klinikasının xx.xx.2021-ci il tarixli, TQS 027 nömrəli müayinə zamanı ona anadangəlmə, irsi daun sindromu xəstəliyi, şəkərli diabet 1 tip xəstəliyi diaqnozu qoyulmuşdur. Daha sonra, xx.xx.2021-ci il tarixdə yenidən 1 saylı poliklinikanın müvafiq göndərişi ilə müayinə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2021-ci il tarixli, 1/1895 nömrəli rəyi ilə oğluna ağrı dərəcəli əqli gerilik diaqnoz qoyulmuşdur. Hal-hazırda oğluna faktiki olaraq qəyyumluğu özü edir. Faktiki qəyyumuluğu rəsmiləşdirmək üçün Maraqlı şəxs1nə şifahi olaraq müraciət etmiş, qəyyumuluğun rəsmiləşdirilməsi üçün oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərazi aidiyyəti üzrə məhkəmə qərarının olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X6 ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Anası qrrafasında Ərizəçi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2021-ci il tarixli, 1/1895 nömrəli rəyindən görünür ki, X5 ağrı dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 1126 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 Daun sindromu nəticəsində nəticəsində yaranan ağır əqli gerilik müəyyən olunur və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2127/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2127/2022
23.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver