Məhkəmə qərarları › İş №2(004)-2128/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2128/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2128/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMC-dən 180.000 ABŞ dolları kompensasiya tutularaq, qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki,Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-551 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 173 nömrəli sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 80 nömrəli evin sahəsi 98,12 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində olan 3 otaqlı, 98,12 kv.m mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə edilməklə 117,74 kv.m əvəzinə 2,25 kv.m güzəşt etməklə, 120 kv.m Vaqif prospektinə baxan həmin müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A” blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 110,4 kv.m olan 26 nömrəli təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan dərhal sonra, yəni xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus mənzil boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri bu günədək yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4-cü bəndində öhdəlikləri tam və vaxtında icra etmək, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətinə tam razılıq əldə edərək, zəruri müqavilələri imzalaması cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Lakin müqavilə imzalandıqdan sonra 2 il 7 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh həmin öhdəlikləri yerinə yetirilməmiş və binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilələri imzalamamışdır. Bununla da cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2018ci il tarixli 117-M nömrəli müqavilə üzrə öhdəliklərin 5 gün ərzində icra edilərək binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə müvafiq müqavilələrin imzalanmasına dair iddiaçı xx.xx.2019-cu il tarixli tələblə cavadehə müraciət etmişdir. Lakin həmin tələbdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və sakinlərlə qeyd edilən müqavilələri imzalamamışdır. xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin Cavabdeh MMC (cavabdeh) tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin, gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”yə (iddiaçıya) hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzil təhvil verilmədiyi təqdirdə, “Mülkiyyətçi”yə (iddiaçıya) verilməsi nəzərdə tutulmuş 120 kvadrat metr mənzilin hər 1 kvadrat metri üçün 1.500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə Cavabdeh MMC (cavabdeh) tərəfindən “Mülkiyyətçi”yə (iddiaçıya) kompensasiya olaraq ödəniləcəkdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı xx.xx.2019-cu il tarixli tələblə cavabdehə müraciət edərək, 180.000 ABŞ dolları kompensasiyanın ona ödənilməsini tələb etmişdir. Cavabdeh həmin tələbi bu günədək icra etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsi ilə vasitəsilə +**********19 mobil nömrəyə “SMS” bildirişi göndərilməklə cavabdehə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-551 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 173 nömrəli sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 80 nömrəli evin sahəsi 98,12 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində olan 3 otaqlı, 98,12 kv.m mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə edilməklə 117,74 kv.m əvəzinə 2,25 kv.m güzəşt etməklə, 120 kv.m Vaqif prospektinə baxan həmin müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A” blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 110,4 kv.m olan 26 nömrəli təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan dərhal sonra, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı mülkiyyətindəki mənzili boşaldaraq Cavabdeh MMC-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri bu günədək yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4-cü bəndində öhdəlikləri tam və vaxtında icra etmək, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilə imzalandıqdan sonra 2 ay müddətinə tam razılıq əldə edərək, zəruri müqavilələri imzalaması, yeni tikiləcək binanın bönövrəsi qoyulduqdan sonra tikinti işlərini şərti olaraq 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə uyğun təmirsiz mənzili “Mülkiyyətçi”yə təhvil verilməsi cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Lakin müqavilə imzalandıqdan sonra 2 il 7 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh həmin öhdəlikləri yerinə yetirilməmiş və binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilələri imzalamamışdır. Bununla da cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilə üzrə öhdəliklərin 5 gün ərzində icra edilərək binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinləri ilə müvafiq müqavilələrin imzalanmasına dair iddiaçı xx.xx.2019-cu il tarixli tələblə cavadehə müraciət etmişdir. Lakin həmin tələbdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və sakinlərlə qeyd edilən müqavilələri imzalamamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin bağlanmasmından 2 il 7 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh hazırkı vaxta kimi mənzili iddiaçıya təhvil verməmişdir. xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin Cavabdeh MMC (cavabdeh) tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin, gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”yə (iddiaçıya) hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzil təhvil verilmədiyi təqdirdə, “Mülkiyyətçi”yə (iddiaçıya) verilməsi nəzərdə tutulmuş 120 kvadrat metr mənzilin hər 1 kvadrat metri üçün 1.500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə Cavabdeh MMC (cavabdeh) tərəfindən “Mülkiyyətçi”yə (iddiaçıya) kompensasiya olaraq ödəniləcəkdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı xx.xx.2019-cu il tarixli tələblə cavabdehə müraciət edərək, xx.xx.2018-ci il tarixli 117-M nömrəli müqavilənin 3.1-ci bəndinə uyğun olaraq 180.000 ABŞ dolları kompensasiyanın ona ödənilməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələbini bu günədək icra etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMC-dən 180.000 ABŞ dolları kompensasiya tutularaq, qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdehndən 180.000 (bir yüz səksən min) ABŞ dolları kompensasiya tutularaq, qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar