Məhkəmə qərarları › İş №2(004)-2164/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2164/2023

04.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2164/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında 4Ə-1978 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, AN-l ******* saylı, Cavabdeh2 ilə Cavabdeh3 arasında 4Ə-424 reyestr nömrəli, AN-l ******* saylı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m, yaşayış sahəsi 16.59 kv.m olan mənzil üzrə rəsmiləşdirilmiş alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş mülkiyyətə dair çıxarışın etibarız hesab edilməsi, mənzilin əvvəlki (iddiaçının mülkiyyətinə) hüquqi vəziyyətə qaytarılması və borcun əvəzi olaraq Cavabdeh3 tərəfindən Cavabdeh2 ödənilmiş 40000 manat pul vəsaitinin iddiaçıdan tutularaq Cavabdeh3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlımışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m, yaşayış sahəsi 16.59 kv. m olan mənzillə bağlı müqavilə Cavabdeh2 formal olaraq alınan 30000 manat pul vəsaiti müqabilində alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilmişdir. Cavabdeh2 ilə iddiaçının oğlu X9 arasında ona Cavabdeh2 tərəfindən verilmiş 30000 manat borc pul müqabilində aylıq 1500 manat faiz borcu ödəmək və əsas borc olan 30000 manat ödənib bağlandıqdan sonra evin yenidən əvvəlki sahibinin (iddiaçının) adına geri qaytarılması şərti ilə alqı-satqı etmişdir. Bağlanmış alqı-satqı müqaviləsinin mahiyyəti evin alqı-satqısı deyil, faizə cavabdeh tərəfindən verilmiş pul vəsaiti əvəzində girov olaraq Cavabdeh2 adına formal alqı-satqı edilməsidir. Evin real bazar qiyməti 100000 manat təşkil edir. Hansı ki, həmin evin hər iki alqı-satqı müqaviləsində qeyd edilən formal rəqəmlər (qiymət olaraq) real bazar qiyməti ilə ciddi zidiyyət təşkil etməsi alqı-satqının formal və aldatma yolu ilə bağlanmasından ibarət olmasını bir daha təsdiqləmiş olur. İddiaçı hər ay faizə pul vəsaitini borc vermiş Cavabdeh2 aylıq 1500 manat olmaqla bir neçə ay pul vəsaiti ödəmişdir. Cavabdeh2 aylıq 1500 manat (verilmiş 30000 manat pul vəsaitinin 5% olan) olan faiz borcu gecikdirildikdə o, narazılıq etmişdir. Daha sonra Cavabdeh2 istəyi ilə Cavabdeh3 tapılmış və Cavabdeh2 iddiaçıya verdiyi faiz şərtləri ilə borc vəsaiti Cavabdeh3 Əziziağa qızı tərəfindən Cavabdeh2 ( 40000 manat şəklində) ödənilmişdir. Belə olan halda, Cavabdeh2 faiz borcunun verilməsi və tələb edilməsi mexanizm üzrə iddiaçının oğlu X4 borcuna girov olaraq formal alqı-satqı formasında Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsi cavbadehlər Cavabdeh3 Əziziağa qızı və Cavabdeh2 arasında iddiaçının oğlu X6 verilmiş əsas borcun 30000 manat olduğu, əlavə faiz borcu olaraq hesablanan 10000 manat, toplam 40000 manat borc vəsaitinin ödənilərək, aylıq faiz borcu olaraq 2000 manat verilməsi və əsas borc bitdikdən sonra formal alqı-satqının əvvəlki sahibinin (iddiaçının) adına geri qaytarılması şərtləri ilə rəsmiləşdirilmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş məhkəmə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixli qətnamə qəbul edildiyindəın iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 30 mart 2022-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında onun adına verilmiş çıxarışa əsasən o, mənzilin əvvəlki sahibləri, hazırkı iş üzrə iddiaçı və onun ailə üzvlərinə qarşı Binəqədi rayon Məhkəməsində ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə ona təhvil verilməsi barədə iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-550/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə İddiaçı ilə Cavabdeh2 arasında (4Ə-1978 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, AN-1 ******* saylı) Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m, yaşayış sahəsi 16.59 kv. m olan mənzil üzrə rəsmiləşdirilmiş alqı -satqı müqaviləsinin və həmin müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-550/2023 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh3 iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X1, X2, X4, X3, İddiaçı (hazırkı iş üzrə iddiaçı) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə Cavabdeh3 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2022-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh2 Aqiz qızından almışdır. Bundan sonra, mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə ona çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş sahibləri onun mənzilində buna hüququ olmadan qeydiyyatda olmaqla yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-550/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər İddiaçı, X9, X7 və X2 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, X8, X9, X7 və İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən çıxarılmaları, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilin boşaldılaraq iddiaçı Cavabdeh3 təhvil verilməsi, iddia tələbinin cavabdeh X5 yönələn hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir. Qətnamədən görünür ki, həmin iş üzrə cavabdehlər İddiaçı (hazırkı iş üzrə iddiaçı), X9 iddia tələblərinə etirazlarını hazırkı iddia üzrə iddia tələblərini əsaslandırdıqları hallarla, yəni İddiaçı ilə Cavabdeh2 arasında və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması əsası ilə əsaslandırmışlar. Məhkəmə həmin alqı-satqı müqavilələrinə hüquqi qiymət verərək iddiaçı Cavabdeh3 iddiasını qismən təmin etmişdir. Yəni hazırkı iddiada mübahisələndirilən əqd (İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-1978 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, AN-1 ******* saylı alqısatqı müqaviləsi) həmin iş üzrə iddianın predmeti olmasa da həmin işdə cavabdehlər İddiaçı (hazırkı iş üzrə iddiaçı), X9 tərəfindən etirazlarında mübahisələndirildiyindən məhkəmə tərəfindən həmin əqdə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» № 02/2022 saylı 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” “31” mart 2011-ci il 3 saylı Qərarının 2 saylı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar