Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2165/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Leyli İsmayılovanın iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də əmək müqaviləsi üzrə sürücü işləmiş iddiaçının övladı xx.xx.1984-cü il təvəllüdlü X15 13 mart 2024-cü il tarixdə iş vaxtı idarə etdiyi yük avtomobili ilə Kəlbəcər rayonunda qəzaya düşmüş və aldığı xəsarətlərdən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası alır. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət edərək sığortalı olan oğlunun pensiyaçı atası kimi sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin, Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişindən imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Leyli İsmayılova iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Arayışa əsasən müəyyən edilir ki, xx.xx.1984-cü il təvəllüdlü X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atası İddiaçı anası X11r. İş materiallarında olan Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 dekabr 2024-cü il tarixli arayışında qeyd edilir ki, İddiaçı, arvadı X20 və xx.xx.2024-cü il tarixdə vəfat etmiş oğlu X4 şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qaytanlanmış təsərrüfatbaşına 17 saylı kitabın 1104 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadır. İş materiallarında olan Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli arayışında qeyd edilir ki, X6 rayonu Havarlı kəndində qeydiyyatdadır. Vətəndaşın özündən başqa əri İddiaçı və xx.xx.2024-cü il tarixdə vəfat etmiş oğlu X15 həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı yaşa görə 280 manat məbləğində pensiya alır. İş materiallarında olan Pensiya haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı yaşa görə 280 manat məbləğində pensiya alır. Hüququn yaranma tarixi xx.xx.2024-cü il, təyinat tarixi isə xx.xx.2024-cü ildir. İş materiallarında olan Kəlbəcər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, X8 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan X12 Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. 13 mart 2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əri X15 vəfat etmişdir. Sığorta ödənişinin müvafiq hesaba ödənilməsi xahiş edilir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin aparılması ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sığorta ödənişi barədə akta əsasən müəyyən edilir ki, sığorta ödənişi 135.065,20 manat təşkil edir. Faydalanan şəxslər arvadı xx.xx.1997-ci il təvəllüdlü X22 və qızı xx.xx.2022-ci il təvəllüdlü X16r. İş materiallarında olan Mingəçevir şəhər 8 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 346 nömrəli aktına əsasən müəyyən edilir ki, mərhum X15 vəfat edərkən himayəsində arvadı X22 və övladı 2022-ci il təvəllüdlü X21 olmuş və onlar ünvan 2 ünvanında qeydiyyatsız yaşamışlar. İş materiallarında olan Mingəçevir Regional “ASAN xidmət” X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, X12 ailə üzvləri əri X15 və qızı X16r. İş materiallarında olan Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və qonşular tərəfindən tərtib edilmiş arayışa əsasən qeyd edilir ki, İddiaçı 3 nəfər ailə tərkibi olan arvad X20 və oğlu X15 ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər Yevlax rayonu Havarlı kəndində yaşamış, X1 qəbirstanlığında dəfn edilmiş, dəfni və yas mərasimləri valideynləri tərəfindən həyata keçirilmişdir. X15 valideynləri ilə birlikdə Havarlı kəndində yaşasa da, arvadı X22 ilə faktiki ayrıldıqlarına görə sonuncu həmin müddətdə Havarlı kəndində yaşamamışdır. Eyni məzmunlu xüsusatlar Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-9-18/2-108/2025 nömrəli arayışında qeyd edilmişdir. İş materiallarında olan Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, X15 vəfat edərkən himayəsində atası İddiaçı və anası X20 olmuşdur. İş materiallarında olan Mingəçevir Regional “ASAN xidmət” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, X8 ailə üzvləri arvadı X22, övladı X23, atası İddiaçı və anası X11r. İş materiallarında olan Mingəçevir şəhəri 3 saylı MİS tərəfindən arayışda qeyd edilir ki, İddiaçı 2021-ci ilin fevral ayında həyat yoldaşı X20 və oğlu X15 ilə ünvan 4 ünvanına kirayəyə köçüb yaşamışlar. 2021-ci ilin mart ayında X2 Aytac Vüqar qızı ilə ailə qurmuş və həmin ünvanda yaşamışlar. 2022-ci ilin aprel ayında ailə münaqişəsi nəticəsində X22 mənzili tərk edərək öz valideynlərinin yanına getmiş və geri qayıtmamışdır. Bundan sonra 2022-ci ilin dekabr ayında İddiaçı arvadı və oğlu X15 ilə birlikdə Yevlax rayonu Havarlı kəndinə köçmüşdür. İş materiallarına X12 vəkili tərəfindən təqdim edilmiş X8 ailə üzvləri (arvadı və qızı) ilə birlikdə fotoşəkilləri əlavə edilmişdir. Fotoşəkillər 2023-2024-cü illərə aiddir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 5.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin Qanunun 5.1.2.4-cü maddəsinə əsasən, sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxs sayılırlar. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə. Həmin Qanunun 16.3.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda birdəfəlik sığorta ödənişi verilir. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 884.6–2-ci maddəsinə əsasən, şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, "xxxx" MMC-də əmək müqaviləsi üzrə sürücü işləmiş iddiaçının övladı xx.xx.1984-cü il təvəllüdlü X15 13 mart 2024-cü il tarixdə iş vaxtı idarə etdiyi yük avtomobili ilə Kəlbəcər rayonunda qəzaya düşmüş və aldığı xəsarətlərdən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X1 qəbirstanlığında dəfn edilmişdir. Mingəçevir şəhər 8 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 346 nömrəli aktına əsasən, mərhum X15 vəfat edərkən himayəsində arvadı X22 və övladı 2022-ci il təvəllüdlü X21 olmuş və onlar ünvan 2 ünvanında qeydiyyatsız yaşamışlar. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası alır. Hüququn yaranma tarixi xx.xx.2024-cü il, təyinat tarixi isə xx.xx.2024-cü ildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 dekabr 2024-cü il tarixli arayışına əsasən İddiaçı, arvadı X20 və xx.xx.2024-cü il tarixdə vəfat etmiş oğlu X5 şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qaytanlanmış təsərrüfatbaşına 17 saylı kitabın 1104 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadır. Kəlbəcər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, X8 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsi üzrə xx.xx.2024-cü il tarixli sığorta ödənişi barədə akta əsasən, sığorta ödənişi 135.065,20 manat təşkil etmişdir. Faydalanan şəxslər sığortalının arvadı xx.xx.1997-ci il təvəllüdlü X22 və qızı xx.xx.2022-ci il təvəllüdlü X23 olmuşdur. X8 ata-anası ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər daimi əsaslarla Yevlax rayonu Havarlı kəndində yaşaması, X9 daimi olaraq faktiki olaraq ayrı yaşaması sübuta yetirilmir, bu barədə mötəbər sübutlar mövcud deyildir. Belə ki, X22 tərəfindən təqdim edilmiş fotoşəkillərin tarixinə əsasən müəyyən edilir ki, 2022-ci ilin 31 dekabr tarixində ailə Yeni ilin gəlişini birlikdə qeyd etmiş, ailəyə dair 2023 və 2024-cü illərə aid fotoşəkillərə əsasən X15 2024-cü ilin 5 mart tarixində (hadisədən bir neçə gün əvvəl) azyaşlı övladı ilə fotoşəkil çəkmişdir. Həmin şəkillərə əsasən müəyyən edilir ki, fotoşəkillər şəhər ərazisində, bina evində çəkilmiş (həyət), Yevlax rayonunun Havarlı kəndinə aid deyildir. Lakin, bu hal İddiaçı pensiyaçı valideyn kimi övladı X8 himayəsində olmasını, övladın valideynlərinə mütəmadi qayğı göstərməsini istisna etmir. Belə ki, himayədə olmaq fiziki olaraq daimi əsaslarla bir-biri ilə birlikdə yaşamanı ehtiva etmir. Nəzərə alınmalıdır ki, X15 əmək funksiyasını Kəlbəcər rayonunda həyata keçirtmişdir, yəni ailəsindən də uzaqda olmuşdur. Yəni, himayədə olmaq bütün günü yanaşı olmağı, eyni evdə yaşamağı deyil, birinin digərinə dair qayğısını, yardımı, lazım olanda ehtiyacın qarşılanmasını özündə əks etdirir. Nəzərə alınır ki, iddiaçının digər oğlu uzun illərdir ki, ölkə xaricində yaşayır, onun valideyn kimi X8 hamiçiliyində olması milli mentalitet və yaşam dəyərlərinə uyğun olmaqla ağlabatandır. Hazırki iddia tələbinin təmin edilməsi nəticəsində iddiaçıya ödəniləcək sığorta məbləğinin hesablanması xüsusi düstur əsasında (cavabdeh tərəf etirazda qeyd etmişdir) həyata keçiriləcəyindən X17 ödənilmiş sığorta haqqından müvafiq hissənin tutularaq iddiaçıya ödənilməsi ilə nəticələnməyəcəkdir. Lakin, hər hansı hissədə əsassız varlanma aşkar edilərsə (yalnız düstur üzrə yenidən hesablanma aparılmaqla müəyyən ediləcəkdir) bu barədə sığorta şirkəti tərəfindən müvafiq prosessual hərəkətlər həyata keçirilə bilər. Hazırki mübahisə üzrə şəxslərə (pensiyaçı ata, ana, arvad, azyaşlı övlad) ödənilən sığorta haqqlarının hesablanma əsasları və düsturları fərqlidir, odur ki, hesablanma və ödəniş ayrı-ayrılıqda həyata keçirilməlidir. İddiaçı bildirir ki, 2024-cü ilin sentyabr ayında sığorta ödənişi həyata keçirilməzdən əvvəl o, cavabdeh sığorta şirkəti ilə əlaqə saxlamış və özünə dair müvafiq sığorta ödənişinin aparılmasını xahiş etmişdir. Cavabdeh sığorta şirkəti tərəfindən müvafiq sənədlər tələb edilmiş və sənədlərin siyahısı iddiaçıya bildirilmişdir. İddiaçı həmin sənədləri cavabdeh sığorta şirkətinə təqdim edən zaman cavabdeh tərəfindən artıq sığorta ödənişinin həyata keçirildiyi bildirilmişdir (bunun əski cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu xüsusat mübahisələndirilməmişdir). Qeyd olunan xüsusatların araşdırılması üçün cavabdeh sığorta şirkəti tərəfindən araşdırma aparılmalı və faydalanan şəxs kimi bütün ailə üzvlərinin siyahısı müəyyənləşdirildikdən sonra ödəniş həyata keçirilməli idi. Lakin, bu öhdəlik cavabdeh sığorta şirkəti tərəfindən pozulmuş, tam araşdırma aparılmadan, faydalanan şəxslərin tam dairəsi müəyyən edilmədən sığorta ödənişi həyata keçirilmişdir. Həmin arqumentə münasibətdə cavabdeh tərəf bildirir ki, sığorta ödənişinin aparılması 7 gün ərzində həyata keçirilməlidir, məhz bu səbəbdən, bütün xüsusatların araşdırılması imkanı olmamışdır. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, araşdırma müddətinin məhdudluğu faydalanan şəxsin sığorta ödənişindən məhrum edilməsi ilə nəticələnməməli, əgər qanunvericilikdə müvafiq nöqsanlar varsa həmin nöqsanlar müvafiq təkilflər əsasında aradan qaldırılmalı, müvafiq anlayış, situasiya və terminlər konkretləşdirilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi “qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi” hissəsində əsaslıdır. Belə ki, bu xüsusat gələcəkdə əlavə məhkəmə mübahisəsinin qarşısının alınmasına (əgər gecikdirmə olarsa) və “prosessual qənaət” prinsipinin şərtlərinə uyğundur. Məhkəmə tələbə iddia həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə ölümü ilə əlaqədar icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik sığorta ödənişi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə ölümü ilə əlaqədar icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik sığorta ödənişi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2165/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2165/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver