Məhkəmə qərarları › İş №2(004)-2167/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2167/2023

04.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2167/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Kənan" X9, Bakı şəhər notariusu X10 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsi cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Kənan" X9 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə "Kənan" X11 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı ipoteka müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və İddiaçı 15 dekabr 1975-ci ildə nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə, 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsini əldə etmişlər. Hadisələrin təsadüfi gedişində gedişində iddiaçıya xeyli sonralar məlum olmuşdur ki, Cavabdeh1 ASC ilə "Kənan" X11 arasında kredit müqaviləsi bağlanmış və iş üzrə cavabdeh əri Cavabdeh2 etibarnamə verdiyi şəxs İmamqulu Mustafayev tərəfindən birgə nikahları dövründə əldə etdikləri ümumi əmlakları Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsi onun xəbəri və razılığı olmadan bank qarşısında həmin kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı müəyyən etmişdir ki, Cavabdeh2 etibarnamə verdiyi şəxs İmamqulu Mustafayev bank ilə əlbir olaraq həmin dövrdə notariat xidmətlərinin elektronlaşdırılmamasından istifadə edərək onun xəbəri olmadan imza-xətt nümunəsini təqlid edərəkrzaılıq ərizəsi vermiş, bununla da ipoteka müqaviləsinin dövlət reyestrində qeydə alınmasına nail olmuşlar. Bu baxımdan hesab edir ki, iddiaçının imazsı təqlid edilməklə bağlanıldığından etibarsızdır. Mübahisəli ipoteka müqaviləsinin bağlanmasında ipoteka qoyanın əmlak üzrə verilmiş etibarnamə əsasında təmsil edilməsi, həmin etibarnamənin verilmə məqsədi və motivi, əldə edilən hüquqi nəticə ilə etibarnamə verənin niyyətinin üst-üstə düşməsi, arvadın razılığı kimi məsələlər araşdırılmalıdır. Qeyd olunanlara əsasən, Turanbank” ASC ilə "Kənan" X11 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı ipoteka müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında üzrlü səbəbdən, yəni İmişli rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar texniki ekspertizası baxışında iştirak etdiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə vəsatətə hər hansı sübut əlavə olunmadığından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi tamamilə məhkəmə qətnaməsinin icrasını uzatamaq məqsədilə qaldırılmışdır. İpoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar yoxdur. İddiaçı razılıq ərizəsindəki imzanı mübahisələndirərək, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, ekpertiza rəyində imzanın iddiaçıya məxsus olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əsaslandığı hal da öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə (Cavabdeh2 dair hissədə ixtisarla) əsasən, iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh1 ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsinin ləğv edilməsi, 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən cəmi 446 564,6 manat məbləğində pulun tutularaq, iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 410 000 manat qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına Cavabdeh1 ASC-yə olan borc ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdeh "xxxx" MMC-dən tutulması, əmlakların satışından artıq qalan vəsait ipotekaqoyanlara qaytarılması, iddiaçı Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi ləğv edilməsi, 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə cavabdeh X2 cəmi 130406,8 məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 90 manat dövlət rüsumu və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıCavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın - Cavabdeh2 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 410 000 manat qiymətləndirilməklə) yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(004)- 772/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 19 iyun 2012-ci il tarixli 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan faiz borcu 17823,05 manat, 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 395269,81 manat, 15 mart 2013-cü il tarixli 2269- F-B saylı kreit müqaviləsi üzrə X3 banka əsas kredit borcu 112.035,06 manat, 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X1 banka əsas borcu 183.753,17 ABŞ dolları, faiz borcu 2281,97 ABŞ dolları müəyyən edilməsi, X8 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin likvid dəyəri 1.620.000 manat, X5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsinin likvid dəyəri 219.300 manat, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsinin likvid dəyəri 1.365.700 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə müəyyən olunur ki, TuranBank” ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə illik faiz dərəcəsi 6% olmaqla 60 (altmış) ay müddətinə, 24 ay əsas borcdan güzəşt dövrü verilməklə 530000 (beş yüz otuz min) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı kimi, bankla "xxxx" MMC (borcalan) və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsi bank qarışısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh1 ASC-nın “Bakı” filialı ilə X7 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik faiz dərəcəsi 7% olmaqla 60 (altmış) ay müddətinə, 12 ay əsas borcdan güzəşt dövrü verilməklə 170000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı kimi, bankla X7 (borcalan) və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. AZ 280393 saylı 15 dekabr 1975-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 15 dekabr 1975-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 11 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan notarial işində olan 07 mart 2013-cü il tarixli ərizəyə əsasən İddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2167/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4/1181 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə İddiaçı adından olan 07 mart 2013-cü il tarixli razılıq ərizəsində “oxudum, razıyam” sözlərinin qarşısındakı imza İddiaçı tərəfindən icra edilmişdir. İddiaçı ipoteka müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, əmlakın ipoteka ilə yüklü edilməsinə razılığı alınmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandıran heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı həm iddia ərizəsində onun əri ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakın ipoteka qoyulmasına onun adından verilmiş razılıq ərizəsinin onun tərəfindən imzalanmadığına istinad etmişdir. Qeyd edilən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə ərizədə olan imzanın İddiaçı özü tərəfindən icra olunması müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçının həyat yoldaşı Cavabdeh2 ilə Cavabdeh1 ASC ilə bağladığı 01 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı ipoteka müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi tələbləri rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını 1 il müddət keçdikdən sonra mübahisələndirməklə müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Kənan" X11 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsi cəlb edilməklə Cavabdeh1 ASC ilə "Kənan" X11 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı ipoteka müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Kənan" X11 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsi cəlb edilməklə Cavabdeh1 ASC ilə "Kənan" X11 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair 01 avqust 2012-ci il tarixli 1480-F-B saylı ipoteka müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar