Məhkəmə qərarları › İş №2(004)-2167/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2167/2025

03.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2167/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan 24 may 2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlunun fəaliyyət qabiliyyət olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24 may 2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlu onun övladıdır. X5 Daşqın oğlu anadangəlmə “Generolizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-14 dəfə. Yüngül dərəcəli əqli gerilik. Fizioloji inkişafın ləngiməsi. Skolioz, İİİ dərəcəli C-vari lumbar skolıoz. Miopiya, Görmə zəifliyi” diaqnozu ilə xəstədir. 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən oğlu 24 may 2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlu sağlamlıq imkanları qiymətləndirilərək ona 21 iyun 2017-ci il tarixindən 17 iyun 2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilərək ona müavinət təyin edilmişdir. Göstərilən dövrlər üzrə üç il müddətində 2017-ci ilin iyun ayından 30 sentyabr tarixinədək uşağına sosial müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən oğlu 24 may 2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlu sağlamlıq imkanları yenidən qiymətləndirilərək ona 27 noyabr 2020-ci il tarixindən 27 noyabr 2024-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 01 dekabr 2020-ci il tarixdən sosial müavinətin ödənilməsinə başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı ilə X5 Daşqın oğluna müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Diaqnoz F71.1 Orta kəmağıllılıq. İmbesiblik, kobud davranış pozuntuları və nitq qüsuru, anadangəlmə qıcolma tutmaları. X5 Daşqın oğlu ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir, sənədlərin mənasını başa düşmür və onları imza edə bilmir. Ona görə də ona qəyyum təyin olunmasına ehtiyac var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fərzaliyev Mehdi Daşqın oğlu xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli, 1/3179 saylı Həkim Psixiatr Komissiyasının rəyinə əsasən X4 orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə diaqnoz qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Fərzaliyev Mehdi Daşqın oğluna “fokal başlanğıc qıcolma tutmaları ilə müşayət olunan idiopatik epilepsiya” diaqnozu qoyularaq sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1452 saylı rəyinə əsasən yoxlanılan şəxs Fərzaliyev Mehdi Daşqın oğlunda ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3, 2 saylı X2 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – adekvat ünsiyyətə daxil ola bilməməsi, diqqətinin dayanıqsızlığı, əhavli-ruhiyyəsinin dəyişkənliyi, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, Fərzaliyev Mehdi Daşqın oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Fərzaliyev Mehdi Daşqın oğlunda orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. Fərzaliyev Mehdi Daşqın oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Fərzaliyev Mehdi Daşqın oğlunu öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edir ki, ərizəçi Fərzaliyev Mehdi Daşqın oğlunun yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlunun psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi oğlu - ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 24 may 2006-cı il təvəllüdlü Fərzaliyev Mehdi Daşqın oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar