Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2172/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 noyabr 2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağlanmış bağışlanma müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi 2(004)-472/2023 saylı mülki iş mövcuddur. Mülki işin materiallarına baxaraq məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iddiaçılar İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-2172/2023 saylı mülki iş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavadbehlər X2 və İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair 2(004)-472/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddiaçılar İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında olan digər iddiaçı Cavabdeh cavadbehlər X2 və İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6193/2022 (hazırki iş nömrəsi 2(004)-472/2023) saylı qərarından görünür ki, iddiaçı Cavabdeh cavadbehlər X2 və İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi mülki işlər olduğundan, həmin işlərə birlikdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-2172/2023 saylı mülki iş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavadbehlər X2 və İddiaçı qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair 2(004)-472/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədliyə təqdim olunsun. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2172/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2172/2023
19.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver