Məhkəmə qərarları › İş №2(004)-2177/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2177/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2177/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. xx.xx.1990-cı il tarixdə X2 ilə ailə qurmuşdur. xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanına 023097 nömrəli orderli mənzil almışdır. Həmin mənzildə 4 nəfər ailə üzvü olmaqla- X2, X3, Salahov T. Ehtiram qızı və Ərizəçi qeydiyyatda olmuşdur. Lakin, orderdə ərizəçinin soyadı “Səlimova” olmasına baxmayaraq səhvən “Salahova” kimi qeyd edilmişdir. Ərizəçinin əri X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçi mənzilin özəlləşdirilməsi ilə bağlı maraqlı şəxsə müraciət etsə də, order və şəxsiyyət vəsiqəsində olan uyğunsuzluğa görə imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla mənzilin orderi və ərizəçinin şəxsiyyət vəsiqəsində qeyd olunan soyadlı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan 360293 nömrəli nikah haqqında şəhadətnənin surətinə əsasən müəyyən edilir ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə X2 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi şəxsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli arayışa əsasən müəyyən edilir ki, Ərizəçi ünvan 1 ünvanında xx.xx.2010-cu il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ İdarəsinin 629 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır Mənzil 3 otaqlıdır. Mənzilin qiyməti ödənilmişdir. Borcu yoxdur. İş materiallarında olan 715474 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatının S-271-112 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən Ərizəçi müvafiq orderin verilməsinə dair xx.xx.1998-ci il tarixli 3 nömrəli protokol və xx.xx.1998-ci il tarixli 023097 nömrəli order təqdim edilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli 023097 nömrəli orderə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında 4 nəfər qeydiyyatdadır və onlardan biri (2-ci qrafada qeyd olunan şəxs) Ərizəçi olsa da, soyadı səhvən “Səlimova” kimi deyil, “Salahova” kimi qeyd edilmişdir. İş materiallarında olan maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Ərizəçi müraciətinə dair ərizəçinin soyadında olan uyğunsuzluq səbəbindən imtina barədə qərar qəbul edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308 və 310.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanına verilmiş 023097 nömrəli orderə əsasən sözügedən mənzil ərizəçinin mərhum əri X1 ayrılmışdır. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçi qeyd olunan mənzildə qeydiyyatdadır və yaşayır. Ərizəçi hazırda mənzili özəlləşdirmək istəyir. Lakin, orderdə ərizəçinin soyadı “Səlimova” deyil, texniki səhv olaraq “Salahova” kimi qeyd edilməsi səbəbindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina qərarı qəbul edilmişdir. Bu səbəbdən, orderdəki qeydlər nəzərə alınmaqla ərizəçinin soyadında olan sözügedən uyğunsuzluq aradan qaldırılmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, ünvan 1 ünvanına verilmiş xx.xx.1998-ci il tarixli, 023097 nömrəli orderdə “Salahova” soyadı əvəzinə “Səlimova” soyadı kimi müəyyənləşdirilməli, ünvan 1 ünvanına verilmiş xx.xx.1998-ci il tarixli, 023097 nömrəli orderdə olan qeydin “Ərizəçi” olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. ünvan 1 ünvanına verilmiş xx.xx.1998-ci il tarixli, 023097 nömrəli orderdə “Salahova Sevda”nın “Ərizəçi” olması faktı müəyyən edilsin. ünvan 1 ünvanına verilmiş xx.xx.1998-ci il tarixli, 023097 nömrəli orderdə Sevda Cəfər qızının soyadı “Salahova” soyadı əvəzinə “Səlimova” soyadı kimi müəyyənləşdirilsin. ünvan 1 ünvanına verilmiş xx.xx.1998-ci il tarixli, 023097 nömrəli orderdə olan qeydin “Ərizəçi” olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar