Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2178/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə abonent nömrəsi 011681 olan sayğacda hesablanmış 1505 (bir min beş yüz beş) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlildir. Cavabdeh ASC-nin əməkdaşlarının 15.09.2021-ci il tarixli qanunsuz və əsassız aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun adına 1500 manat borc yazılmışdır. Halbuki onun həmin yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı həmin obyektdə işləmir və sözügedən aktdan, aktda qeyd olunan borcdan məlumatı olmamışdır. O, Bakı şəhəri, Sabunçu rayon Sukanal İdarəsinə getmiş, ona akt və aktda qeyd olunan borc barədə məlumat verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış abonent nömrəsi 011681 olan sayğac onun xəbəri olmadan adına rəsmiləşdirilmiş, bu səbəbdən sayğaca hesablanmış 1.505 manat borc onun adına yazılmışdır. Bununla razı olmadığını bildirməsinə baxmayaraq, ona borcu ödəməli olduğunu bildirmişlər. Buna görə də o, mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində deyil, onun tərəfindən icarəyə götürülməmiş, eyni zamanda hər hansı formada onun istifadəsində deyildir. Yalnız sms bildirişlə iddiaçıya məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinə quruşdırılmış sayğaca kənar xətt aşkar edilməsinə görə 1.505 manat cərimə yazılmışdır. İddiaçı qeyriyaşayış sahəsi ilə heç bir hüquqi bağlılığının olmamasını bildirməsinə baxmayaraq borc onun adından silinməmişdir. Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Lakin o, etirazının əsası olaraq kənar xəttin aşkar edilməsi, eyni zamanda qeyri-yaşayış sahəsinin İddiaçı ilə nə kimi hüquqi bağlılığın olmasına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməyəcəyini bildirdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh ASC Sabunçu rayon Sukanal İdarəsinin mühəndisləri S.Əliyev və N.Rəcəbov tərəfindən tərtib edilmiş 600808 nömrəli 15 sentyabr 2021-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsində (xalça yuma obyekti) kənar xətt aşkar edilməsinə görə İddiaçı adına 1.505 manat borc hesablanmışdır. Akt abunəçi İddiaçı tərəfindən imzalanmamış və “İmtina etdi” qeyd edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanan borcun silinməsi tələbinə dair pretenziyadan görünür ki, iddaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun adına abonent nömrəsi 011681 olan sayğacda hesablanmış 1505 (bir min beş yüz beş) manat borcun silinməsini xahiş etmişdir. - Cavabdeh ASC Sabunçu Sukanal İdarəsinin Vəkil ünvanlanmış 14 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, onun 03/1-355 saylı, 19.11.2021-ci il tarixli müraciətinə baxılmışdır. Qeyd olunan məktubda bildirilmişdir ki, 011681 müqavilə nömrəli obyektə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar xətdən istifadə halı aşkar edilmişdir. Bu səbəbdən 600808 nömrəli akt tərtib edilərək 1505 m3 cərimə hesabatı verilmişdir. - Cavabdeh ASC Sabunçu Sukanal İdarəsi tərəfindən İddiaçı göndərilən qanunsuz istifadə fakturasından müəyyən edilir ki, 07.10.2021-ci il tarixli 600808 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 07.10.2021-ci il tarixinə qalıq borcu 1505 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adınadır. Abonent kodu 011681 olan sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı ilə nə kimi hüquqi bağlılığın olması, iddiaçının faktiki istifadəsində olması və hansı əsasla sayğacın iddiaçının adına rəsmiləşdirilməsinə dair məhkəməyə Cavabdeh ASC tərəfindən hər hansı sübut (müqavilə, çıxarış və s) təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh ASC Sabunçu rayon Sukanal İdarəsinin mühəndisləri S.Əliyev və N.Rəcəbov tərəfindən tərtib edilmiş 600808 nömrəli 15 sentyabr 2021-ci il tarixli akt qanunvericiliyin tələblərinə zidd olmaqla əsassızdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olmasına dair, eyni zamanda həmin aktın tərtib edilməsinə əsas olmuş sübutlar Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də əsassız olaraq hesablanmış borca görə iddiaçının məsuliyyət daşıması yolverilməzdir və iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir, ona görə də 1505 manat borc da silinməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı adına 011681 abonent kodu ilə Cavabdeh ASC tərəfindən tərtib edilmiş 15.09.2021-ci il tarixli 600808 nömrəli akta əsasən hesablanmış 1505 (bir min beş yüz beş) manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı adına 011681 abonent kodu ilə Cavabdeh ASC tərəfindən tərtib edilmiş 15.09.2021-ci il tarixli 600808 nömrəli akta əsasən hesablanmış 1505 (bir min beş yüz beş) manat borc silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2178/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2178/2022
12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver