Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-220/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Əliyeva Aysel Seymur qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı və cavabdeh X2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin ipoteka predmeti olan torpaq sahəsindən çıxarılmaları barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Cavabdeh1 İddiaçı və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən kredit borcu ödənildiyindən qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs məhkəmədə iştirak etmədiyindən, işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ilk iddia və üçüncü şəxsin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh1 İddiaçı və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-220/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-220/2021
12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver