Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2209/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********1810301 reyestr nömrəli çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilər siyahısında, hüquq sahibinin adı qrafasında 5-ci sırada qeyd olunmuş “Ərizəçi Musa qızı” adının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi və çıxarışdakı ata adının “Ağamusa” olaraq yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Ərizəçi xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri siyahısında, hüquq sahibinin adı qrafasında, 5-ci sırada “Ərizəçi Musa qızı” qeyd olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, ərizəçi ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaq üçün Cəlilabad şəhər notariat ofisinə müraciət edərkən dövlət notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan torpaq sahəsinin mülkiyyətçiləri sırasında onun ata adı “Musa qızı” kimi qeyd olunduğundan müqavilənin bağlanması mümkünsüz hesab edilmişdir. Sonra ərizəçinin nümayəndəsi X3 çıxarışı verən orqana ərizə ilə müraciət edərək çıxarışdakı uyğunsuzluğun aradan qaldırılması məqsədilə ərizəçinin “Musa qızı” kimi qeyd edilmiş ata adının, “Ağamusa qızı” kimi düzəliş edilməsini xahiş etsə də, həmin orqanın xx.xx.2021-ci il tarixli məktubunda elektron adlı siyahıda, yəni ilkin sənəddə ərizəçinin ata adı “Musa qızı” kimi yazıldığından çıxarışda belə qeyd olunduğu bildirilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Dmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Cəlilabad şəhəri, Dəqə Qorqud küçəsi (keçmiş D.Qorqud küçəsi, ev 39), 59 saylı ev tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir və həmin evin yerləşdiyi torpaq sahəsi digər mülkiyyətçilərlə yanaşı Ərizəçi Musa qızının ümumi-birgə mülkiyyətindədir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 496/12 nömrəli arayışın surətinə əsasən Ərizəçi xx.xx.1949-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi Əhədova X1 şəhəri, D.Qorqud küçəsi (keçmiş D.Qorqud küçəsi ev 39), ev 59 ünvanında yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Lakin Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışda onun atı adı “Musa” kimi qeyd olunmuşdur . Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri siyahısında, hüquq sahibinin adı qrafasında, 5-ci sırada “Ərizəçi Musa qızı” qeyd olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri siyahısında, hüquq sahibinin adı qrafasında, 5-ci sırada “Ərizəçi Musa qızı” qeyd olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2209/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2209/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver