Məhkəmə qərarları › İş №2(004)-2238/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2238/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2238/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2004-cü ildə X22 Çəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən JN-520 B 30800118 kod ilə rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin, xx.xx.1940-cı ildə anadan olmuş (2004-cü il tarixli AZE № 01953310 nömrəli şəxsiyyət vəsiqəsi) “X19” (məxsus) aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X23 xx.xx.1940-cı ildə Rusiya Federasiyasının Qroznı şəhərində anadan olmuşdur. 26 oktyabr 1968-ci ildə Əhədova (Əmirova) Firuzə Əlibaba qızı ilə nikaha daxil olmuşdur. Atası X23 (Ş/v Seriya № AZE ********) 29 dekabr 2009-cu ildə rəhmətə getmişdir. Atasının qeydiyyatda olduğu ünvan Bakı şəhəri, H.Cavid prospekti, ev 51 olmuşdur. xx.xx.2010-cu ildə “Maraqlı şəxs” tərəfindən AZ-İ № 404910 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Atası X23 ilə X2 birgə nikahdan üç övladı olmuşdur. X8 1659 saylı bağ sahəsi, DTXK Sumqayıt Şəhər Şöbəsinin 27 may 2004-cü il tarixli JN - 520 B 30800118 kod olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında atasının mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki ad, soyadı qrafasında “Əhədov Arif Ə. Oğlu” kimi sənəddə qeyd edilmişdir. Mülki qanunvericiliyə və “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında qanuna (m.22) uyğun olaraq, Bakı şəhəri 12 saylı Notarial ofisə müraciət edərək xx.xx.2024-cü il tarixdə “Sumqayıt Ərazi İdarəsinə” təqdim etmək üçün aşağıdakı məzmunda adına 254 nömrəli notarial sənəd təqdim olunmuşdur. “xx.xx.2009-cu il tarixdə vəfat etmiş X15 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 12 saylı notariat ofisinə Ərizəçi tərəfindən müraciət daxil olmuşdur. Ərizəçi ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X15 miras qalmış SUMQAYİT ŞƏHƏRİ, NOVXANİ BAĞLAR KÜÇƏSİ ÜNVANDA YERLƏŞƏN 1659 SAYLİ BAĞ EVİ VƏ 0.12 HA TORPAQ SAHƏSİNƏ mərhuma məxsus olması barədə arayış (FORMA № 37) verilməsi məsələsinə baxılmasını Sizdən xahiş edirik”. Notarial sənəd əsasında dərhal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “2 saylı Sumqayıt Ərazi İdarəsinə” Ərizə ilə müraciət etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mənə 3-21-3-31/2-453/2024 saylı məktub əsasında aşağıdakı məzmunda cavab ünvanlanmışdır: “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1659 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ərizənizə əlavə edilmiş JN-520B nömrəli “Torpağın müikiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçinin ata adı qeyd edilməmişdir. Belə ki, təqdim etdikləri “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Əhədov Arif Ə. oğlu” kimi, mərhumun ölüm haqqında şəhadətnaməsində isə “X23” kimi qeyd edilmişdir. Bildirmişdir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Məhkəməyə bildirmişdir ki, dövlət orqanı 2004-cü ildə sənədləri rəsmiləşdirərkən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atasının soyadının qarşısında “Ə” hərfi yazılıb. Reyestr orqanı öz səlahiyyətlərindən istifadə edərək hazırkı tələblə çıxış edir. Nəticədə o, məhkəmə qaydasında qeyd olunan mülkiyyət şəhadətnamədəki ad və soyadın onun atası X19 məxsus olması faktını müəyyən etməklə, hüquq müəyyənedici sənəddə adı qeyd olunan şəxsin, məhz atası X19 məxsus olması faktını məhkəmə qaydasında müəyyən etmək məcburiyyətindədir. Atasının adına “Əhədov Arif Ə. Oğlu” kimi mülkiyyət hüququ ilə şəhadətnamə əsasında rəsmiləşdirilmiş 0,12 hektar ölçüdə 1659 saylı bağ sahəsi kimi rəsmiləşdirilərkən, 538 nömrə ilə reyestr kitabında qeyd edilmiş və şəhadətnamə xx.xx.2004-cü ildə JN-520 B kod 30800118 qeyd olunub. X1 adına mülkiyyət hüququ ilə şəhadətnamə əsasında rəsmiləşdirilmiş 0,12 ha ölçüdə B-1659 saylı bağ sahəsi kimi rəsmiləşdirilərkən 535 nömrə ilə kitabda qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, 1659 və B-1659 nömrəli bağ sahələri ilk əvvəlki vaxtlardan etibarən vahid bağ olmuşdur. Sonradan bölünərək 0,12 ha ölçülərdə iki bağ kimi rəsmiləşdirilib. Faktiki olaraq bağ sahələri onların ailəsinə məxsus olmaqla, 2004-cü ildə rəsmiləşdirilmiş mülkiyyət şəhadətnamədəki “Əhədov Arif Ə. Oğlu” “X23” kimi qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, atası Rusiya Federasiyası ərazisində anadan olduğu üçün, onun soyadı “Əhədoviç” kimi rəsmi sənədlərdə qeyd edilmişdir. Azərbaycan dövlət orqanlarında rəsmiləşmə aparılarkən gah soyadı qısa “Ə”, gah da bəzi sənədlərdə “Əhəd oğlu” adı kimi qeyd ediblər. xx.xx.2004-cü il tarixdə eyni bağ sahəsinə dair tərtib olunmuş texniki pasportda atasının adı, soyadı və atasının adı “X21” kimi göstərilir. Bütün hallarda 2004-cü ildə sənədləşmə aparılarkən atasının ata adı gah qısaldılmış formada, gah da “Əhəd” şəklində qeyd olunmuşdur. Əslində atasının şəxsiyyət vəsiqəsi üzrə ata adı Rus dili qaydalarına əsasən “Əhədoviç” yazılmışdır. Reyestr orqanı tərəfindən 2004-cü ildə atasına təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədəki “Əhədov Arif Ə. oğlu”, “X23” ilə eyni adam olmaqla, şəhadətnamədə qeyd olunan Əhədov Arif Ə. oğlu “Əhədoviç” olmaqla, qeyd olunan hüquq müəyyənedici sənəd X19 məxsusdur. Bu qısaldılmış soyaddakı “Ə. oğlu” - Əhədoviç kimi qəbul edilməlidir. Çünki bu eyni adama məxsusdur. Məhkəmə nəzərə almalıdır ki, hüquqi əhəmiyyəti olan faktı başqa formada müəyyən etmək mümkün deyildir. Beləki mülkiyyətçi atası 2009-cu ildə rəhmətə getmişdir. Şəhadətnamədə soyadı qarşısında “Ə” yazılmışdır. Reyestr orqanı “Əhədov Arif Ə. oğlu”nun məhz “X23” olması faktının müəyyən etməklə hüquq müəyyənedici sənəd olan şəhadətnamədəki Ə. oğlunun məhz “Əhədoviç” olmasını müəyyən etməklə, bu sənədin eyni adam “X23” olması faktın müəyyən olunması ilə əlaqədardır. Mərhumun sağlığında daşıdığı şəxsiyyət vəsiqəsindən, nikah şəhadətnaməsində, ölüm haqqında şəhadətnamədən aydın şəkildə məlum olur ki, atası Rusiya Federasiyasında anadan olduğundan, onun soyadı Rus dili qaydalarına uyğun “Əhədoviç” yazılmışdır. Vərəsə olaraq atasına və anasına məxsus olan bağ sahələri bitişik olmaqla, bu bağ sahələri atası “X19” və anasına məxsus olduğundan, məhkəmə mülkiyyət hüququna dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. X9 qaynatası olub. Mərhum qaynatası onun yanında 1999-cu ildə Novxanı ərazisində 24 sot torpaq sahəsi almış və orada abadlıq işləri aparmışdır. Torpaq sahəsinin 12 sotu iki hissə olmaqla yarısı qaynatasının adınadır, yarsı qaynanasının adınadır. O, 2021-ci ilə kimi orda tikinti işləri aparıb. Qaynatası 2009-cu il tarixdə rəhmətə gedib. Bundan sonra torpaq sahəsini sənədləşdirmək istəyərkən problemlə qarşılaşmışlar. Qaynanasının adına olan torpaq sahəsində 70-ci ildə tikilmiş köhnə tikili, qaynatasının adına olan torpaq sahəsində isə təzə tikili vardır. O, 27 may 2004-cü ildə X22 Çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən JN-520 B 30800118 kod il rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1940-cı ildə anadan olmuş X19 məxsus olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onun xalasıdır. X20 isə onun babası olmuşdur. Babası X20 1990-cı ildə Novxanı ərazisində torpaq sahəsi almış və ev tikmişdir. Onlar göz açandan orada böyümüşlər. Torpaq sahəsinin bir hissəsi nənəsinin, bir hissəsi isə babasının adınadır. Həmin torpaq sahəsində iki tikili var: biri köhnə, biri təzə tiklidir. O, 27 may 2004-cü ildə X22 Çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən JN-520 B 30800118 kod il rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1940-cı ildə anadan olmuş X19 məxsus olması faktını təsdiq edir. İş materiallarında olan: - AZE seriyalı, 01953310 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X23 xx.xx.1940-cı il tarixdə Rusiya Federasiyası, Qroznı şəhərində anadan olmuşdur. Qeydiyyat ünvanı: ünvan 3diyyat Şöbəsinin AZ 119488 saylı, 26 oktyabr 1968-ci il tarixli evlənmək haqqında şəhadətnaməsinə əsasən X23 ilə X7 arasında bağlanmış nikah 26 oktyabr 1968-ci il tarixdə 1249 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhədov, arvada Əhədova soyadı verilmişdir. - Bakı şəhəri Oktyabr Rayon Qeydiyyat Şöbəsinin 324665 saylı, 11 yanvar 1972-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X13 xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X23, anası isə X4r. - Yasamal Rayon Xalq Məhkəməsinin 2-703/1997 saylı, 14 iyul 1997-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, 1940-cı il təvəllüdlü X18 24 dekabr 1994-cü il tarixdə vəfat etmiş X5 doğma oğlu olması, yəni onların qohumluq münasibətləri faktının müəyyən edilməsi qət edilmişdir. - X22 Çəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-520B, kod 30800118 saylı, 27 may 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X8 1659 saylı bağ sahəsi Əhədov Arif Ə. Oğlunun mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Tikinti və Arxitektura komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Novxanı bağları küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 45,07 kv.m., köməkçi sahə 130,33 kv.m.-dən ibarət olan 1659 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər İHB-nın 367 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı əsasında X14 adına qeydə alınmışdır. - Bakı şəhəri Maraqlı şəxs AZ-İ seriyalı, 404910 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində faciə zamanı vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı notariat ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı 254 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Ərizəçi ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün mərhum X15 miras qalmış ünvan 5 ünvanda yerləşən 1659 saylı bağ evi və 0,12 ha torpaq sahəsinə mərhuma məxsus olması barədə arayış (forma 37) verilməsi məsələsinə baxılmasını xahiş etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin X10 ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişə əsasən müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, ərizəsinə əlavə edilmiş JN-520B saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçinin ata adı qeyd edilməmişdir. Belə ki, təqdim etdiyi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Əhədov Arif Ə. oğlu” kimi, mərhumun ölüm haqqında şəhadətnaməsində isə “X23” kimi qeyd edilmişdir. Bildirilmişdir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə yuxarıda sadalanan sənədlərlə, iş materialları və işin araşdırılmış halları ilə X22 Çəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən 27 may 2004-cü il tarixdə JN-520 B 30800118 kod ilə rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1940-cı il təvəllüdlü X19 məxsus olması müəyyən edilmişdir. İşin bu halı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X22 Çəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən 27 may 2004-cü il tarixdə JN-520 B 30800118 kod ilə rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1940-cı il təvəllüdlü X19 aid olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X22 Çəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən 27 may 2004-cü il tarixdə JN- 520 B 30800118 kod ilə rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1940-cı il təvəllüdlü X19 aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar