Məhkəmə qərarları › İş №2(004)-2266/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2266/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2266/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mülkiyyətində olan mənzilə verilən elektrik enerjisi təchizatının və satışının dayandırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mülkiyyətində olan mənzilə verilən elektrik enerjisi təchizatının və satışının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvana "xxxx" ASC tərəfindən verilən elektrik enerjisi təchizatının və satışının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzili xx.xx.2019-cü il tarixlı çıxarışa əsasən onun mülkiyyətindədir. Mənzili xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 40.000 manata X4 almışdır. O, mənzili alarkən baxış keçirtməmiş, satıcı orada yaşayan məcburi köçkünlərin 20 gün ərzində mənzili boşaldacaqlarını bildirmişdir. O, mənzili dəyərindən 10.000 manat ucuz almışdır. Məhkəmə qətnaməsinə əsasən iddiaçı X7 tələbinə əsasən X8, X11 və X18 mənzildən çıxarılmalıdırlar. Lakin məmiyevlər mənzildən çıxmaq istəmirlər. Bu səbəbdən o, təsir metodu kimi, işığın kəsilməsini istəyir. Lakin "xxxx" ASC onun mənzilinə işığın verilməsini dayandırmaqdan imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1261/2016 nömrəli qətnaməsinə əsasən X7 mülkiyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 saylı evin 10 saylı mənzilindən onun, atası X1, anası X2, qardaşı X5 çıxarılması qət edilmişdir. Onlar Zəngilan rayonundan məcburi köçkündürlər və həmin mənzildə məskunlaşmışlar. Qətnamə çıxandan sonra o, atası X6 və anası X8 həmin mənzildən çıxmışlar və ona səxsus olan Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 98 nömrəli evin 132 nömrəli mənzilində yaşayırlar. Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 saylı evin 10 saylı mənzilində isə yalnız qardaşı X11 öz ailəsi ilə yaşayır. Onlara dövlət tərəfindən Zəngilan rayonunda yeni ev inşa edilir. Ev verilən zaman qardaşı X11 yaşadığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 saylı evin 10 saylı mənzili boşaldaraq İddiaçı təhvil verəcəkdir. İşığın kəsilməsi X5 və ailəsinin mənzildə elektrik enerjisiz qalacağına və çətinliklə qarşılaşacağına səbəb olacaqdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X11 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X11 və X2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1261/2016 nömrəli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X6, X8, X11 və X13 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq istfadəyə qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X6, X8, X11 və X10 iddiaçı X7 mülkiyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçı X9 təhvil verilməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3380/2017 nömrəli qərarı ilə iddiaçı X5 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı, 3-cü şəxslər X14 və Azərbaycan Respublikası Qaçqınları və X16 üzrə Dövlət Komitəsi işə cəlb edilməklə “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1261/2016 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətlərinin dayandırılması ilə bağlı müvafiq təqdimatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində X14 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli 4Ə-43 reyestr nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən X14 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzilini 40.000 manata İddiaçı nisyə satmışdır. xx.xx.2018-ci il tarixli 4Ə- 43 reyestr nömrəli nisyə alqı-satqı müqaviləsinin 4-cü bəndində göstərilən 40.000 manat məbləğin azaldılaraq 30.000 manat kimi oxunması kimi qarşılıqlı razılığa gəlmişlər. 30.000 manat məbləğin 10.000 manat hissəsi xx.xx.2018-ci il tarixdə satıcıya ödənilib, 20.000 manatı isə notariusun depozit hesabı vasitəsilə ödənilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********71-05101-093045 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 456 nömrəli məktubdan müəyyən edilir ki, X6 və ailə üzvləri ünvan 2 ünvanda yerləşən 7 saylı bina (blok-E) 132 (147 kv.m) nömrəli mənzillə təmin edilmişlər. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/17-R-3466/2-5/2023 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzildə digər şəxslərin yaşaması və ya məskunlaşması mübahisə predmetidir ki, enerjitəchizatı müəssisəsi olaraq yaranmış anlaşmazlığın, yəni mənzilə verilən elektrik enerjisi təchizatının və satışının dayandırılmasının məhkəmə qaydasında həlli edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.1-ci maddəsinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Hazırkı halda iddiaçı istehlakçı kimi müvafiq yazılı müraciət etməklə mənzilinə veriləne elektrik enerjisinin verilməsinin dayandırılmasını tələb etmək hüququna malik olsa da, hazırda həmin mənzildə məcburi köçkün kimi məskunlaşmış X6, X8, X11 və X10 iddiaçı X7 mülkiyətində olan Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzilindən çıxarılmalarına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1261/2016 nömrəli qətnaməsi tam icra edilmədiyinə, həmin şəxslərdən X6, X8, və X18 mənzildən çıxsalar da, borclu X11 öz ailəsi ilə hazırkı vaxta kimi orada yaşamağa davam edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1261/2016 nömrəli qətnaməsi tam icra edilənədək, yəni borclu X11 da öz ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 25 nömrəli evin 10 nömrəli mənzilindən çıxarılana və mənzil boşaldılanadək, "xxxx" ASC tərəfindən İddiaçı müraciəti əsasında mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması yolverilməzdir. Çünki, orada faktiki olaraq elektrik enerjisindən istifadə edən və elektrik enerjisi haqqını ödəyən məişət abonenti kimi icra sənədi üzrə borclu X11 yaşayır. Mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması borclu X5 hüquqlarının pozulmasına səbəb ola bilər. İddiaçı mənzili alan zaman orada Məmiyevlərin yaşamasından məlumatlı olmuş və bu bilər mənzili almağa razı olmuşdur. Odur ki, qətnamənin tam icrasına qədər iddiaçı mülkiyyətində olan və yaşamadığı mənzilinə elektrik enerjisinin verilməsinin dayandırılmamasına dözümlülük göstərməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “İddiaçı mülkiyyətində olan ünvan 1 ünvana "xxxx" ASC tərəfindən verilən elektrik enerjisi təchizatının və satışının dayandırılması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “İddiaçı mülkiyyətində olan ünvan 1 ünvana "xxxx" ASC tərəfindən verilən elektrik enerjisi təchizatının və satışının dayandırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar