Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2269/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yeləşən 4 saylı mənzildə su təhcizatına görə yazılmış 100,18 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 1994-cü ildən onlara verilmişdir. Həmin ildən 2019-cu ilədək qeyd edilən mənzildə yaşamışlar. 2019-cu ildə xəstəliyi ilə əlaqədar olaraq, həm müalicə almaq məqsədilə, həm də tək yaşamamaq üçün Bakıda yaşayan oğlunun yanına köçmüş və halhazıradək də Bakı şəhərində oğlunun yanında yaşayır. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildə 2019-cu ildən bu günə kimi heç vaxt orada yaşayış olmayıb və hər-hansı bir kommunal xidmətdən istifadə olunmamışdır. Lakin buna baxmayaraq, Cavabdeh ASC mənzildə heç kimin yaşamadığı və sudan istifadə etmədiyi halda, həmin mənzilə görə, aylıq 3 manat su təhcizatı və çirkab suların axıdılması üçün pul vəsaiti hesablanmış və 2019-cu ildən indiyədək 97,18 manat borc yaranmışdır. Halbu ki, 2019-cu ildən ümumiyyətlə həmin mənzildə yaşayış olmamış və sudan istifadə edilməmişdir. Eyni zamanda, mənzildə yaşayış olmadığı üçün elektrikdən və qazdan da istifadə olunmamışdır (sənədlər əlavə olunur). Bildirmişdir ki, istifadə etmədiyi halda, 2019-cu ildən hazıradək suya görə yazılan borcların silinməsi ilə bağlı Cavabdeh ASC-ə etdiyi birinci rəsmi müraciətə cavab olaraq bildirilmişdir ki, illik işığın sərfiyyatı ilə bağlı olan sənədi təqdim edəcəyi halda, işə yenidən baxıla bilər. Bundan sonra o, yenidən 3 saylı “ASAN Kommunal”a müraciət edərək, qeyd edilən sərfiyyatla bağlı məlum sənədi ərizəyə əlavə etməklə, Cavabdeh ASC-ə təqdim etmişdir. Bu müraciətindən sonra da yenidən cavab olaraq bildirildi ki, qeyd edilən müddət ərzində yaşadığı mənzildə kiçik həcmdə elektrik axını baş verdiyindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, yığılmış əsassız borcun silinməsinin tərəfindən həyata keçirilməsi mümkün deyildir. Bununla bağlı bildirmişdir ki, Cavabdeh ASC-nin cavab məktubunda qeyd etdiyi mənzilində kiçik həcmdə olan elektrik axımının baş verməsinin səbəbi mənzilin giriş qapısına quraşdırılmış özü yanıb-sönən elektrik lampası olmuşdur. Bundan sonra, Cavabdeh ASC-ə ünvanladığı təkrar müraciətə cavab olaraq, Cavabdeh ASC-nin onlara ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/17923 nömrəli cavab məktubunda yaranmış borcun ödənilməsi və ya aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsivyə olunmuşdur. Belə olan halda, onlar məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Belə olan halda hesab edirlər ki, Cavabdeh ASC-nin ünvan 1 ünvanında yeləşən 4 saylı mənzilə su təhcizatına görə yazılmış 97,18 manat əsassız borcun silinməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar ünvan 1 ünvanında yeləşən 4 saylı mənzildə yaşamaya-yaşamaya həmin borc toplanmışdır. Bununla bağlı dəfələrlə Cavabdeh ASC-yə müraciət etmişlər və tələblərini əsaslandırmışlar, bu barədə sənədləri də iş materiallarına əlavə etmişlər. Bildirmişdir ki, orada elektrikdən müəyyən axın olunubsa, o da, giriş qapıda olan lapmadan olmuş, qapının önündə hərəkətdə olan zaman o yanıb-sönmüş və bundan başqa evdə soyuducu toka taxılı qaldığından, iki il ərzində cuzi elektrik pulu yazılmışdır ki, Belə ki, soyuducuda uzun müddıətlı saxlanılan ırzaqlar olmuşdur. Mənzildə belə az məbləğdə işiq üçün borc, yəni sərfiyyat yazıldığından, bunun özü sübut edir ki, orada yaşayış olmamışfdır. Evin mülkiyyətçisi anası İddiaçı2dır, müqavilədə onunla bağlanılıb. O, ailə həyatı qurandan sonra Bakı şəhərinə köçmüş, lakin borc hələ də yazırdı. Bundan sonra qərara gəldilər ki, Cavabdeh ASC-yə müraciət edərək, arayışdan birinin adını çıxartsınlar və bunu 5-6 il əvvəl etmişlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, orada yığılan borc region olduğuna görə kubu 60 qəpikdən hesablanmışdır (aylıq 5 kub götürülür və bu 03 manat eləyir). Abonent kartında 06 manat gedən aylar üzrə 12 ay deyil, 10 ay üzrə hesabat getmişdir. Ona görə orada iki ay 6 manatdan hesablanmışdır. Qeyd edilən dövrdə iddiaçılar amıxsus mənzildə qazdan isdifadə olunmadığı müəyyən edilə də, işıq enerjisindən cuzi axımlar olduğu üçün borcun silinməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) İddiaçı2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini, səhhətində yaranmış problemlərdən dolayı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kodu **********640 olan İddiaçı2 adına olan abonentin kartından görünür ki, ünvan 1 ünvanında yeləşən 4 saylı mənzili üzrə 2019-2022-ci il tarixləri üzrə 100,18 (yüz manat 18 qəpik) manat borc məbləği hesablanmışdır. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı2 həmin tarixə 97,18 manat borcu yaranmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı2 2019-2022-ci illər üzrə borc hesablanmamışdır (qazdan isdifadə olunmamışdır). - "xxxx" ASC-nin çıxarışından görünür ki, ünvan 1 ünvanında yeləşən 4 saylı mənzil üzrə 2019-cu il tarixdən 2022-ci il tarixə müxtəlif aylar üzrə mütamade olaraq aylıq 1-5 manat məbləğlərində borc yazılmışdır. X7 (ş/v AZE********), X2 (ş/v AA0709590), X1 (ş/v AZE********), X4 (ş/v AZE********) və X5 (ş/v AZE********) tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aşağıda imza edənlər bu aktı ondan ötəri tərtib edirlər ki, həqiqətəndə ünvan 1 ünvanında yeləşən 4 saylı mənzildə 2019-cu il tarixdən 2023-cü ilin aprel ayının sonlarına qədər yaşayış olmamış, İddiaçı2 xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində övladının yanında yaşamışdır. - Cavabdeh ASC-nin İddiaçı1 ünvanladığı “müraciətə baxılması haqqında” xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2012-ci il tarixində 36281433 nömrəli müqavilə bağlanaraq **********640 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 2 nəfər olmaqla aparılmışdır. Tərəflərindən xx.xx.2021-ci il tarixində təqdim edilmiş müvafiq sənədlərə əsasən ailə tərkibi 1 nəfər olmaqla elektron abonent bazada dəyişiklik edilmişdir. Sözügedən mənzilin su təchizatı xidmətindən istifadəyə görə illik şıxarışı 3 saylı “ASAN Kommunal” mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində onlara təqdim edilmişdir. Hazırda su təchizatı xidmətindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 100,18 manat təşkil edir. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirmişlər ki, kommunal xidmətlər, o cümlədən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə ilə bağlı hər hansı güzəştin tətbiqi mövcud qanunvericiliyin tələbləri ilə tənzimlənir. Mövcud qanunvericilikdə ərizədə qeyd etdikləri ilə bağlı hər hansı imtiyaz nəzərdə tutulmadığından müraciətinin müsbət həlli imkan xaricindədir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yeləşən 4 saylı mənzil İddiaçı2 məxsus olmaqla, mənzilə dair su, qaz və işiq təhcizatının həyata kecirilməsi üçün onunla müqailə imzalanmış və müvafiq xidmətlər üzrə abonent hesabları onun adına açılmışdır. ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2012-ci il tarixində 36281433 nömrəli müqavilə bağlanaraq **********640 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 2 nəfər olmaqla aparılmış, daha sonra təqdim edilmiş müvafiq sənədlərə əsasən ailə tərkibi 1 nəfər olmaqla elektron abonent bazada dəyişiklik edilmişdir Hazırda su təchizatı xidmətindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 100,18 manat təşkil edir. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İddiaçı2 2019-cu il tarixdən 2023-cü ilin aprel ayının sonuna kimi sözügedən ünvanda yaşamamışdır. İşin bu halı iş materilalırı ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan qonşular tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, həmin ünvanda 2019-cu il tarixdən 2023-cü ilin aprel ayının sonuna kimi yaşayış olmamışdır. Bundna başqa iş materialları ilə mübahisəli ünvanda qeyd olunan illər ərzində təbii qazdan da ümumiyyətlə isdifadə olunmamsı, işiq enerjisinin isə aylar üzrə cuzi aximinin olması müəyyən edilmişdir. İddiaçı, mənzildə cuzi enerji axımının olmasını, hərəkət sensoruna bağlı olan və evin giriş qapısının çöl hissəsinə qurasdırılmış bir ədəd lampanın hərəkət nəticəsində qısa müddətlik yanıb sönməsi və eləcə də, içərisində daimi saxlanılan ərzaq olduğundan evdə olan soyuducunun daim cərayana taxılı olması ilə izah etmişdir. Məhkəmə mənzildə daimi yaşayış olduğu təqdirdə, isdifadə olunacaq aylıq enerji sərfiyyatının hazırda yazılmış cuzi enerji sərfiyyatından dəfələrlə artıq olmalı olduğunu nəzərə alaraq, iddiaçının mənzildə, cuzidə olsa enerji axımının nədən baş verməsinə dair yuxarda qeyd olunan dəlillərini inandırıcı sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği onun həmin mənzildə faktiki olaraq yaşamadığı və dolayısı ilə də, sudan isdifadə etmədiyi dövr üzrə hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməli, ünvan 1 ünvanında yeləşən 4 saylı mənzili üzrə 2019-2022-ci il tarixlərinə yazılmış 100,18 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması, həmin ünvanda qeydiyyatda olmamaqla, Ağdam rayonu, ünvan 5 və mübahisəli mənzildə yaşamaması müyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildə su təhcizatına görə yazılmış 100,18 (yüz manat 18 qəpik) manat borc məbləği əsassız olduğundan silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddia tələbi İddiaçı2 münasibətdə təmin edilərək, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildə su təhcizatına görə yazılmış 100,18 (yüz manat 18 qəpik) manat borc məbləği əsassız olduğundan silinsin. İddia tələbi İddiaçı1 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2269/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2269/2023
31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver