Məhkəmə qərarları › İş №2(004)-2282/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2282/2025

29.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2282/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Ələkbərov Bəfadar Yalçın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X20 və X17 qarşı "mirasın qəbulu faktının müəyyən olunması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X20 və X17 qarşı "mirasın qəbulu faktının müəyyən olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- X20 və X11 mərhum anası-X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 26 ünvanda yerləşən 40 saylı mənzilini faktiki qəbulu etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 qarşı "Məhkəməyə iddia ərizəsi ilə müraciət edib və iddia tələbləri təmin olunub, qanunu qüvvəsini almaq üçün icraya yönəldilib, lakin borclu-X12 vəfat etmiş və bu səbəbdən də icra işlərinin icraatı dayandırılıb. X12 vəfat edəndə onun mülkiyyətində mənzil olmuşdur. Həmin mənzil, miras kimi mərhum borclunun oğlu- X22 və qızı- X20, hazırki iddia ərizəsi üzrə cavabdehlər tərəfindən faktiki şəkildə qəbul olunmuş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almadığına görə icra vərəqələri üzrə tələb sözü gedən mənzilə yönəldilə bilmir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2 (004)-2115/2017 nömrəli qətnamədən görünür ki, İddiaçı iddiası təmin olunaraq 39,420 manat pul tutularaq ona ödənilməlidir Hal-hazırki mərhumun mənzilinin üzərinə Məhkəmə icrası səviyyəsində həbs də qoyulmuşdur. İddia ərizəsinə əlavə olaraq qeyd edirəm ki, varislər hal- hazırda həmin evdə yaşayıı və mənzili idarə edirlər, mənzil komunal Təsərrüfar departamenti Yasamal Rayon 56 saylı Mənzil Kommunal istismar sahəsi də təsdiq etdi, amma onlar 18 ildir ki, ödəniş etmədikləri üçün arayış vermədilər. Məhkəmə tərəfindən veriləcək sorğu bunları təsdiq etmək iqtidarındadır. Azərbaycan Respublikas, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərar, ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" təlimatın 99-cu bəndində göstərir ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Göründüyü kimi cavabdehlər mərhum anasının mülkiyyətində olan Bakı şəhəri, Əhmədov küçəsi, ev 26, 40 saylı mənzilin qəsdən qanun üzrə, vərəsəlik şəhadətnaməsi əsasında qəbul etmir, çünki həmin mənzilin dəyərindən də artıq borc öhdəliyinin olduğunu və həmin tələbin dərhal bu əmlaka yönələcəyini bilirlər. Lakin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında iddia formalaşmış hüquqi mövqeyə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olduğubu hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş X22 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, anası 2012-ci ildə insult keçirib, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildi. Vərəsəlik şəhadətnaməsini almamış və həmin işlə bağlı qətnaməni yeni əldə etmişdir. İddiaçı ilə qonşu deyildir. Məhkəmə qərar verdikdən sonra mirası qəbul edəcək və çıxarış əldə edəcəkdir. Hal-hazırda əmlakın üzərinə həbs qoyulub. Onun üzərindən həbs götürülməyənə kimi vərəsəlik şəhadətnaməsini almayacaq. Vərəsəlik işi ilə bağlı hələ ki, hərəkətlər etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər X20 və X22 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onlarım iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2115/2017 nömrəli, 28 aprel 2017ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh X3 30.300 (otuz min üç yüz) manat və həmin məbləğə gecikdirilmiş 2 (iki) il müddət üçün 15 % bank uçot dərəcəsinə əsasən hesablanmış 9090 (doqquz min doxsan) manat faiz, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 39.420 (otuz doqquz min dörd yüz iyirmi) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri 19 saylı Notariat ofisi xx.xx.2025-ci il tarixli, 576 saylı məktubu ilə cavab olaraq xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair açılmış vərəsəlik işinin surətləri məhkəməyə təqdim olunmuşdur. Vərəsəlik işində olan: Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-3065/69 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X23 ilə X12 xx.xx.1960-ci il tarixdə Ağstafa rayon Qeydiyyat şöbəsində 56 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Mehtiyev, arvada Hadıyeva soyadı verilmişdir. Qeyd hissəsində göstərilmişdir ki, nikaha Ə.M.Mehdiyevin xx.xx.1994-cü ildə ölməsi, X.M.Hadıyevanın isə xx.xx.2022-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AЗ seriyalı 046038 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1961-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. Bakı şəhəri Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AЗ seriyalı 347621 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə Ağstafa rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1336 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 300442 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində xroniki ürək qan-damar çatmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 284179 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1034 nömrə ilə qeyd edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 284179 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində qaraciyərin ikincili bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 369 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********00- 05101-093018 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən X5 xüsusi mülkiyyətindədir. 56 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 377 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12 ölən günədək ünvan 2 ünvanda qeydiyyatda olmuş və yaşamışdır. Onunla birgə vəfat etdiyi günədək həmin ünvanda qonşuları X13, X6, X14 aktına əsasən qeydiyyatsız yaşamışdır. Həmin ünvanda Mehdiyeva Könül (1975), X25 (2003) və X18 (2001) qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşamış anası X12 vəfat etdiyindən o, miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa kimlərin vərəsə olmasını qeyd etməmişdir. Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X15 Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X20 xx.xx.2024-cü ildə Notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 məxsus olan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X20 vərəsəliyin qəbulu müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alıb “Notariat Haqqında" Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq, X16 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmış, Bu qərardan "Notariat haqqında" Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə əsasən notariat ofisinin yerləşdiyi rayon məhkəməsinə şikayət verilə biləcəyi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “buraxılmış prossesual müddətin bərpa edilməsi”nə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh1 tərəfindən anası X1 qalmış miras əmlakın qəbulu üçün buraxılan müddət üzrlü hesab edilərək bərpa edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 245523/2017-53-3-004 nömrəli icra işi məhkəməyə təqdim olunmuşdur. 245523/2017-53-3-004 nömrəli icra işində olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində olan məlumatlara əsasən, xx.xx.2022-ci il tarixdə X5 adına Bakı şəhəri 19 saylı Notariat ofisində Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işinin açıldığı, lakin miras əmlaka dair hər hansı vərəsəlik şəhadətnaməsi verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, xx.xx.2022-ci il tarixdə X5 adına Bakı şəhəri 19 saylı Notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1306.1-ci maddəsinə əsasən, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “...Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Notariat haqqında Azərbaycan Respublikasının Qanununun: 99-cu maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. 110-cu maddəsinə əsasən, əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2115/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh X3 30.300 (otuz min üç yüz) manat və həmin məbləğə gecikdirilmiş 2 (iki) il müddət üçün 15 % bank uçot dərəcəsinə əsasən hesablanmış 9090 (doqquz min doxsan) manat faiz, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 39.420 (otuz doqquz min dörd yüz iyirmi) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində olan mənzil miras kimi onun oğlu- X22 və qızı- X20 tərəfindən faktiki şəkildə qəbul olunmuş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almadıqlarına görə icra məmuru borclunu onun vərəsələri ilə əvəz edə bilmir. Bu səbəbdən iddiaçı mirasın qəbulu faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşamış anası X12 vəfat etdiyindən o, miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onun müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilməmişdir. X20 xx.xx.2024-cü ildə Notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 məxsus olan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X15 Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X16 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmış, Bu qərardan "Notariat haqqında" Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə əsasən notariat ofisinin yerləşdiyi rayon məhkəməsinə şikayət verilə biləcəyi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “buraxılmış prossesual müddətin bərpa edilməsi”nə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh1 tərəfindən anası X1 qalmış miras əmlakın qəbulu üçün buraxılan müddət üzrlü hesab edilərək bərpa edilməsi qət edilmişdir. Bundan başqa, 56 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 377 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12 ölən günədək ünvan 2 ünvanda qeydiyyatda olmuş və yaşamışdır. Onunla birgə vəfat etdiyi günədək həmin ünvanda qonşuları X13, X6, X14 aktına əsasən qeydiyyatsız yaşamışdır. Gööründüyü kimi cavabdehlərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməməməsinə baxmayaraq, onlar mirası faktiki olaraq qəbul etmiş və vərəsəlik şəhadətnaməsi alınması üçün notariat ofisinə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına və bu qərara uyğun formalaşmış məhkəmə təcrübəsinə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina, şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. 52.Beləliklə mülki qanunvericilik miras açıldığı andan, mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç (əlavə iki) ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək, Cavabdeh2 anasından miras qalan mənzildə yaşamasını, onun tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmədən notariat ofisinə müraciət edildiyini, lakin müraciəti ilə əlaqədar vərəsəlik işinin açılmadığını, onun bacısı X9 mərhumun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni müddəti ötürdüyünə görə ala bilməməsini, lakin daha sonra məhkəmə qətnaməsi ilə miras əmlakın qəbulu üçün buraxılan müddət üzrlü hesab edilərək bərpa edilməsini, hal-hazırda vərəsələrin miras əmlakı faktiki olaraq qəbul etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 miras qalmış əmlakın cavabdehlər X20 və X22 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X20 və X10 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 26 ünvanda yerləşən 40 saylı mənzilin cavabdehlər X20 və X22 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X20 və X10 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar