Məhkəmə qərarları › İş №2(004)-2285/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2285/2024

04.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2285/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun bacısı xx.xx.1998-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2285/2024 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.1998-ci il təvəllüdlü X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1629 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2285/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 09.00-a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş və izahatında bildirdi ki, onun bacısı xx.xx.1998-ci il təvəllüdlü X1 köməyindən istifadə etmədən özünü idarə etmək imkanına malik deyildir. Səhiyyə Nazirliyinin Ambulator kitabşasından xx.xx.2024-cü il tarixli çıxarışa əsasən X5 ağır kamağıllıq, kəskin unbellin kobud davranma pozuntuları və kənar şəxsin daimi qulluq və himayəsinə ehtiyac olduğu bildirilmişdir. Valideynləri atası X6 xx.xx.2023-cü il tarixdə, anası X3 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X8 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən X4 üzərində qəyyum təyin edilməsi məqsədilə onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.2001-ci il təvəllüdlü Ərizəçi xx.xx.1998-ci il təvəllüdlü X4 doğma qardaşıdır. Onların ataları X7 xx.xx.2023-cü il tarixdə, anaları X3 xx.xx.2022-ci il tarixdə ölmüşlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, xx.xx.1998-ci il təvəllüdlü X4 “ağır kamağıllıq, kəskin unbellin kobud davranma pozuntuları” xəstəliyi vardır və kənar şəxsin daimi qulluq və himayəsinə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1629 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X5 - “ağır dərəcəli əqli gerilik davranış pozuntuları (F72) aşkar olunur. Unu anamnestik məlumatlar - erkən yaşlarından kobud nevrolojı əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, Psixi Sağlamlıq Mərkəzində ambulator, 2 saylı X2 stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyətini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq ekspert belə qərara gəlir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənası dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1998-ci il təvəllüdlü X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X8 (FİN 6JYG448) fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Bu qətnamə, Ərizəçi bacısı X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar