Məhkəmə qərarları › İş №2(004)-2297/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2297/2021

04.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2297/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 MMC-nin direktoru X6 və nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 07.08.2018-ci il tarixli, 47/L-12 saylı “Öhdəliyin ötürülməsi haqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 13.02.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsi və X3 arasında 13.02.2012-ci il tarixli 42 saylı alqı-satqı müqaviləsi bağlanaraq bir ədəd “SHACMAN” SX3314DM366 markalı yük avtomobili iddiaçı tərəfindən lizinqə götürülmüşdür. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 13.02.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsinə görə, eləcə də 42 saylı, 13.02.2012-ci il tarixli üçtərəli alqı-satqı müqaviləsinə görə lizinqin ümumi dəyəri 67000 (altmış yeddi min) manat təşkil etmişdir. İddiaçı tərəfindən lizinq ödənişləri bir müddət həyata keçirilsə də, sonradan müəyyən fasilə yaranmış və bu səbəbdən Lizinqverən Cavabdeh1 MMC Yasamal rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan və digər zamin şəxslərdən lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsini və lizinq obyektinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)240/2017 saylı 14.11.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 22.183 manat əsas borc, 4854 manat faiz borcu olmaqla, cəmi 277037 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin xeyrinə tutulmuşdur. İddia tələbində olan ikinci tələb - əldən çıxmış fayda hissəsində iddi tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayəi verilsə də, qətnamə qanuni qüvvəsində saxlanılmışdır. İddiaçı ilə "Cavabdeh1" MMC arasında bağlanmış 13.02.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən "Lizinqin müdəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verir, buna uyğun olaraq Lizinq alan lizinq obyekti üzərində mülkiyyət hüququ əldə edir.” Həmin müqavilənin “Lizinq obyektinə mülkiyyət hüququ və balans uçotu” adlı 4-cü bəndinin 4.6-cı yarım bəndində müəyyən edilmişdir ki, “Lizinq müddəti bitikdən sonra Lizinq alan bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdikdə və lizinq ödənişlərinin tam məbləğini ödədikdə və ya müqavilə şərtlərini lizinq verənin razılığı ilə vaxtından əvvəl icra etdikdə Lizinq obyektinə mülkiyyət hüququ Lizinq alana keçir. Azərbaycan Respublikası MM-nin 748-2.5-ci maddəsinə əsasən “Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” Göründüyü kimi, məhkəmə öz qənaməsilə Lizinq obyektinin tam dəyərini İddiaçı tutmuşdur və bu səbəbdən lizinq obyektinin dəyəri onun tərəfindən tam ödənilməklə lizinq obyektinə olan mülkiyyət hüququ ona məxzsus olmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” Cavabdeh1 MMC 07.08.2018-ci il tarixli, 47/L-12 saylı “Öhdəliyin ötürülməsi haqqında” müqavilə bağlayaraq “SHACMAN” SX3314DM366 markalı yük avtomobilini 4500 manata Cavabdeh2 mülkiyyətinə vermişdir. Bu Azərbaycan Respubkikası Daxili İşlər Nazirliyi Baş X19nin 4703-1221 saylı, 15.01.2021-ci il tarixli məktubu ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən “ Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.” Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hesab edir ki, Cavabdeh1 MMC-nin dəyəri İddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulan “SHACMAN” SX3314DM366 markalı yük avtomobili Cavabdeh2 mülkiyyətinə verilə bilməzdi. Bundan sonra, İddiaçı və onun nümayəndəsi və vəkili X5 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası MM-nin 522.1ci maddəsinə əsasən “Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.” Həmin Məcəllənin 522.2.-ci maddəsinə əsasən “Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.” Həmin Məcəllənin 522.3.-cü maddəsinə əsasən “İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.” Bu maddələrin məzmunundan görünür ki, “öhdəliyin verilməsi” barədə razılaşma borclu və üçüncü şəxs arasında bağlanır, kreditordan isə bu barədə razılıq alınır. Hesab etmişdir ki, müqavilənin borclunun iştirakı olmadan bağlanılması, onun sahibliyində olan əmlakın onun xəbəri olmadan qiymətləndirilməsi və metal tullantısından da aşağı qiymətə satılması və bu barədə Mülki Məcəlləyə zidd olan müqavilənin bağlanılması Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 47/L-12 saylı “Öhdəliklərin ötürülməsi haqqında müavilə”nin etibarsızlığı üçün əsasdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X5 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianı müdafiə etdiklərini bildirmişlər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin direktoru X13 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 13 fevral 2012ci il tarixdə lizinq müqaviləsi bağlanmışdır. Bir müddət iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirsə də, bir müddətdən sonra həmin öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 27037 (iyirmi yeddi min otuz yeddi) manat borcun tutularaq Cavabdeh1 MMC – yə ödənilməsi qət edilmişdir. İddiaçı bugünədək 6990 (altı min doqquz yüz doxsan) manat pul ödənişi etmişdir. 2015-ci ildə iddiaçı ilə MMC arasında olan müqavilə sona çatdığından, Cavabdeh1 MMC “öhdəliklərin ötürülməsi haqqında” müqavilə əsasında “SHACMAN” SX3314DM366 markalı yük avtomobilini Cavabdeh2 satmışlar. Odur ki hesab etmişdir ki, iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X9 izahatında İddiaçı iddiasının əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ona məlumat verilmişdir ki, SHACMAN” SX3314DM366 markalı yük avtomobili satılır. O da, sözügedən maşını almaq üçün “xxxx” MMC-yə getmişdir. Belə ki, həmin vaxt nəqliyyat vasitəsi orada olmuşdur. O, SHACMAN” SX3314DM366 markalı yük avtomobilinə baxanda maşının heç bir detalı yerində olmamışdır. O, həmin maşını 4500 (dörd min beş yüz) manat məbləğində ödəniş etməklə almış, bundan sonra isə təmir etmişdir. 4500 AZN ödəniş etdikdən sonra, başqa heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 13 fevral 2012-ci il tarixli 47/L-12 saylı lizinq müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 67000 manat olan bir ədəd Shacman markalı yük nəqliyyat vasitəsini yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC-nin direktoru X13 ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 47/L-12 saylı “Öhdəliklərin ötürülməsi haqqında” müqaviləyə əsasən, öhdəlik köçürən tərəfindən müqavilənin bağlanan tarixinə 13 fevral 2012-ci il tarixli 47/L-12 saylı “X7” üzrə (1 ədəd “SHACMAN” SX3314DM366 markalı yük daşıyan avtomobilin əldə edilməsi üçün rəsmiləşdirilmiş) yaranmış qalıq əsas və faiz borc öhdəliklərinin qəbul edilən 4500 məbləğdə hissəsinin öhdəlik qəbul edənə ötürülməsi, öhdəlik qəbul edən bu müqavilə üzrə qəbul etmiş olduğu 4500 AZN məbləği 1 ay müddətinə “xxxx” MMC-yə ödəyəcəyinə öhdəlik götürür. Məhkəmənin qətnaməsində göstərilən 27067 manatdan 4500 manat çıxılaraq qalan məbləğin ödənilməsi İddiaçı aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin vəkil Rüstəm Zülfüqarova ünvanladığı məktubdan görünür ki, SHACMAN YÜK” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08.08.2018-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatdadır. İş materiallarında olan “Daşınan əmlakın qiymətləndirilməsi” haqqında 14 sentyabr 2016-cı il tarixli MB 09/182 saylı ekspert rəyindən görünür ki, “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus, qeydiyyat şəhadətnaməsi AB №748501, dövlət qeydiyyat nişanı 90JS853 olan “SHACMAN SX3314DM366” yük markalı özüboşaldanın bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qiymətləndirilən avtonəqliyyat vasitəsinin 14 sentyabr 2016-cı il tarixə bazar dəyəri 3300 (üç min üç yüz) manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC cavabdehlər İddiaçı, X4, X8, X10 və X2 qarşı lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2(004)- 240/2017 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı 22183 (iyirmi iki min yüz səksən üç) manat əsas borc, 4854 (dörd min səkkiz əlli dörd) manat faiz borcu olmaqla, cəmi 27037 (iyirmi yeddi min otuz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 1(103)-5998/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsini 14 noyabr 2017-ci il tarixli 2(004)-240/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ididaçı İddiaçı cavabdeh xxxx MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx MMC-dən 13.02.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)- 2401/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh xxxx MMC-yə qarşı cavabdeh xxxx MMCdən 13.02.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə tələbi təmin edilməmişdir. Sözügedən qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 1(103)-7995/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)-2401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. AR Mülki Məcəlləsinin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini tam ödədikdən sonra lizinq obyektinə mülkiyyət hüququ əldə edir. İş materialları ilə isə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2(004)-240/2017 saylı qətnaməsi il qət edilmiş 22183 (iyirmi iki min yüz səksən üç) manat əsas borc, 4854 (dörd min səkkiz əlli dörd) manat faiz borcu olmaqla, cəmi 27037 (iyirmi yeddi min otuz yeddi) manat məbləğdən İddiaçı bugünədək 6990 (altı min doqquz yüz doxsan) manat pul ödənişi etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2(004)-240/2017 saylı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020ci il tarixli 2(004)-2401/2020 saylı, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 1(103)-5998/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 1(103)-7995/2020 saylı qətnamələri ilə müəyyən olunur ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən əsas və faiz borcunun tutulması öhdəliyin icrası deyil, cavabdehin kreditora dəymiş zərərin əvəzinin ödənilməsidir. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Belə ki, iddiaçının cavabdehlərə qarşı qeyd edilən tələb üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.2-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəmədikdə lizinq alan bu müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmədikdə, lizinq verən lizinq obyektini lizinq alanın istifadəsindən geri ala və müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 12.3-cü bəndində görə, lizinq obyektinin geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və ya digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Həmin müqavilənin 12.6-cı bəndinə əsasən qaytarılmış lizinq obyektinin vəziyyətinin uyğunluğunun qiymətləndirilməsi məqsədilə lizinq obyektinin bazar qiymətini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur. İş materiallarında olan “Daşınan əmlakın qiymətləndirilməsi” haqqında 14 sentyabr 2016-cı il tarixli MB 09/182 saylı ekspert rəyindən görünür ki, “SHACMAN SX3314DM366” yük markalı özüboşaldan nəqliyyat vasitəsinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qiymətləndirilən avtonəqliyyat vasitəsinin 14 sentyabr 2016-cı il tarixə bazar dəyəri 3300 (üç min üç yüz) manat təşkil edir. Bundan sonra, isə “xxxx” MMC-nin direktoru X13 ilə Cavabdeh2 arasında 07 avqust 2018-ci il tarixdə “Öhdəliklərin ötürülməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən “SHACMAN” SX3314DM366 markalı yük daşıyan avtomobilin “xxxx” MMC tərəfindən 08.08.2018-ci il tarixdə Cavabdeh2 sahibliyinə verildiyi, bunun müqabilində həmin şəxsin 4500 manat ödəniş həyat keçirdiyi, həmin ödənişin İddiaçı MMC-yə olan borcundan çıxıldığı müəyyən olunmuşdur. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 13 fevral 2012-ci il tarixli 47/L-12 saylı lizinq müqaviləsi bağlanmış, “xxxx” MMC ümumi dəyəri 67000 manat olan bir ədəd Shacman markalı yük nəqliyyat vasitəsini yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, lizinq alan İddiaçı lizinq müddətində lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. Bunun nəticəsi olaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2(004)-240/2017 saylı qətnaməsinə İddiaçı 22183 (iyirmi iki min yüz səksən üç) manat əsas borc, 4854 (dörd min səkkiz əlli dörd) manat faiz borcu olmaqla, cəmi 27037 (iyirmi yeddi min otuz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-nin xeyrinə verilməsi qət edilmiş, sözügedən qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı lizinq obyekti olan SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq onun mülkiyyətinə qaytarılması barədə iddia qaldırmış, iddia tələbi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)-2401/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə də mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru X13 ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 47/L-12 saylı “Öhdəliklərin ötürülməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbləri özlüyündə əsassız olduğundan rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar