Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2304/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Ərizəçi onun üzərində himayəçi təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi ev 74-də qeydiyyatda olan və 04.11.2002-ci il təvəllüdlü X6 onun qızıdır. X1 anadangəlmə 1-ci qrup əlil olmaqla, ağır kəmağıllıq, kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya xəstəsidir. X1 beyin travması ilə doğulub və psiki-fiziki inkişafdan ləngiyib. Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusu var. Qızı özünü idarə etmir sanitar-gigiyenik normalara riayət etmir, tez-tez əsəbiləşir, aqressiv halda qışqırır və evdən qaçmağa cəhd edir. Ünsiyyətə girmir, nitqi yoxdur, ağıldan kəmdir. Özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil. Qızının əmək iqtidarı yoxdur. Əqli cəhətdən hadisələri qavraya bilmir. Daimi olaraq qızına o, qulluq və nazərət edir. Qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun üçün bir sıra sənədləşmə işlərini apara bilmir. Habelə qəyumu kimi onun adından çıxış edə bilmir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE- 01№ 056227 saylı Müayinə aktının kötüyündən göründüyü kimi, X1nın daim kənar şəxsin qulluğuna, köməyinə ehtiyacı vardır. X6 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində himayəçi təyin edilməsi zərurəti vardır. Daha sonra 01.04.2021-ci il tarixdə Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X6 04.11.2002-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. X2 atası X5, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş Tibbi Sosial Ekspert Komissiyasının Muayinə aktından görünür ki, X2 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusu, daima kənar şəxslərin himayəsinə ehtiyacı var. 224721 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X6 əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 30.04.2021-ci il tarixli 940 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir, öz psixiki vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil, buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan xəstəlik kağızlarına, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi ev 74 ünvanında qeydiyyatda olan və yaşayan 04.11.2002-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2304/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2304/2021
09.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver