Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2306/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, NadirovTurqut Vilayət oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə, daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 12500 manat olan Mercedes-Benz markalı C230 tipli nəqliyyat vasitəsinin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı X8 idarə etdiyi “Mercedes-Benz C230" markalı, 587GX qeydiyyat nişanlı, WDBRF52H07F919685 ban nömrəli nəqliyyat vasitəsi gömrük nəzarətindən keçirilərkən konstruktiv bütövlüyünün pozulmasına əsaslı şübhələr olduğundan saxlanılmış və aparılmış araşdırma nəticəsində külli miqdarda, 12500 manat dəyərində olan həmin nəqliyyat vasitəsinin ban nömrəsi yazılan hissəsində qaynaq işləri aparılmaqla, ban nömrəsinin dəyişdirildiyi müəyyən edilməsi faktına görə Dövlət Gömrük Komitəsinin istintaq idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma zamanı istintaq orqanı tərəfindən şahid ifadələri alınmış, müvafiq ekspertizalar keçirilmiş, sorğular verilib cavablar alınmış, aparılması zəruri olan bütün istintaq və digər prosessual hərəkətlər edilmişdir. İstintaq İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli qərarlarla məhkəmə-trasoloji və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qeyd olunan qərarının icrasına başlayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2017 və xx.xx.2017-ci il tarixli rəylər tərtib edilərək həmin tarixli məktublarla istintaq orqanına göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd olunan rəylərində tədqiqata təqdim edilmiş “Mercedes-Benz C 230” markalı avtomobilin ban nömrəsi həkk edilmiş metal lövhə (detal) qaynaq üsulu ilə dəyişdirilməsi mümkün olunması və avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti 12500 manat təşkil etməsi qeyd edilmişdir. “Mercedes-Benz” avtomobillərinin Azərbaycanda rəsmi diler olan “AutoStar Kaukasus” şirkəti tərəfindən İstintaq İdarəsinin xx.xx.2017-ci il tarixli 100-20/xx-xx/002567 nömrəli sorğusuna xx.xx.2017-cil tarixli cavab məktubunda araşdırmaya təqdim olunmuş WDB2030521F919685 ban nömrəli Mercedes- Benz markalı C230 tipli avtomobil üzərində aparılmış yoxlama nəticəsində nəqliyyat vasitəsinin ban nömrəsi yazılan hissəsində qaynaq işləri aparılmaqla ban nömrəsi dəyişdirilməsi və avtomobilin buraxılış ili 2007-ci il olmaqla avtomobilin avtomat sürətlər qutusunun yerinə mexaniki sürətlər qutusu yerləşdirilməsi aşkar edildiyi qeyd edilmişdir. İstintaq İdarəsi qanunvericiliklə müəyyən edilmiş müddətdə bütün istintaq və prosessual hərəkətlərin yerinə yetirilməsinə baxmayaraq xx.xx.2017-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o istintaqdan gizləndiyinə görə ittihamı ona elan etmək mümkün olmamışdır. Bu səbəbdən də xx.xx.2017-ci il tarixdə X8 barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar istintaq orqanı tərəfindən xx.xx.2017-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq orqanının xx.xx.2020-ci il tarixli qərarı ilə X8 barəsində qeyd edilən əməlində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsindəki cinayət təqibinə və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 481-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olduğu nəzərə alınaraq, toplanmış materiallardan zəruri sənədlərin surəti çıxarılaraq baxılması üçün aidiyyəti üzrə idarənin Təhqiqat şöbəsinə verilməsi və “Mercedes-Benz C 230” markalı nəqliyyat vasitəsinin Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda saxlanılmasının nəzərə alınması və qərarın surətinin həmin qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi təminat idarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 barəsində başlanmış 10000-0036/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş “Mercedes-Benz C 230” markalı nəqliyyat vasitəsinin Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda saxlanılmasının nəzərə alınması və qərarın surətinin həmin qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün hüquqi təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi cinayətin predmeti olduğundan istintaq orqanı Tərəfindən maddi sübut qismində tanınmış ümumi dəyəri 12500 manat olan Mercedes-Benz markalı C230 tipli nəqliyyat vasitəsi olan daşınar əşyanın mülkiyyətçisi yoxdur. Ona görə ümumi dəyəri 12500 manat olan Mercedes-Benz markalı C230 tipli nəqliyyat vasitəsinin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Nazirlər Kabinetinin 69 nömrəli qərarı ilə sahibsiz elan olunan əmlakların rəsmiləşdirilməsi qaydası tənzimlənmişdir. Orada göstərilmişdir ki, əşya artıq sabibsiz sayılandan sonra icrası mərhəsində vergi orqanı onsuz da, iştirak edəcəkdir. yəni vergi orqanı əşyanın sahibsiz olduğuna əmin olandan sonra əmlak üzrə vergi tutulacaqdır. Əgər sahibsiz əşya Dövlət Gömrük Komitəsinin əmlakına keçərsə, o halda əmlaka dair vergini hesablamaq artıq onların vəzifəsidir. Hazırkı mərhələdə, yəni əşyanın sahibsiz sayılaraq Gömrük Komitəsinin mülkiyyətinə verilməsində vergi orqanı hər hansı bir vəzifə, öhdəlik daşımır. Bu səbəbdən ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli cinayət işinin başlanılması haqqında qərarın surətindən görünür ki, sənədlərdən və eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yəni qaçaqmalçılıq yolu ilə, malları Azərbaycan Respublikası gömrük sərhəddindən külli miqdarda keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan ********* nömrəli xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İran islam Respublikası vətəndaşı X9 qeyd edilən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə və Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, X9 əməlində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinin tərkibinin olduğunu nəzərə alaraq, toplanmış materiallardan zəruri sənədlərin surətlərinin çıxarılıb baxılması üçan aiddiyyatı üzrə Təhqiqat şöbəsinə göndərilməsi, cinayət işi üzrə maddi sübut Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iş üzrə inzibati məsuliyyət məsələsi barədə müvafiq qərar qəbul eidlənədək hazırda olduğu yerdə - Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun terminalında saxlanılmasınının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 10000/1787 nömrəli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İran İslam Respublikası vətəndaşı X11 barəsində başlanılmış 10000- 0036/20 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, İran İslam Respublikası vətəndaşı X7 hüquqpozma predmeti kimi götürülmüş Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun terminalında saxlanılmasınının nəzərə alınması, qərarın surətinin bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərinin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materiallarında da göründüyü kimi, İran İslam Respublikası vətəndaşı X11 tərəfindən idarə olunmuş Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə cinayət işinin icraatına, xx.xx.2020-ci il tarixdə isə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bu müddət ərzində İran İslam Respublikası vətəndaşı X8 daşınar əmlak üzərində sahiblik hüququnu həyata keçirmək imkanının olub-olmaması, yəni sözügedən daşınar əmlakın sahibsiz əşya hesab edilib-edilməməsi ilə bağlı mübahisə vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 162-ci maddəsinə əsasən, əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. İş materiallarından görünür ki, ərizəçi tərəfindən məhkəmə iclasında Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin olmaması və ya məlum olmaması, yaxud keçmiş mülkiyyətçisinin sözügedən əmlakdan imtina edibetməməsi barədə mötəbər subütlar, eləcə də həmin əmlakın sonuncu sahibi kimi bililən İran İslam Respublikası vətəndaşı X10 saxlancda olan əmlakın təhvil alınması ilə bağlı müraciətin olunub-olunmamasına dair sübutlar təqdim edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2306/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2306/2021
05.04.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver