Məhkəmə qərarları › İş №2(004)-2309/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2309/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2309/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X4 9” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 426 manat əsas borc və hesablanmış 128 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10+” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 531 manat əsas borc və hesablanmış 159 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.785 manat əsas borc və hesablanmış 535 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.970 manat əsas borc və hesablanmış 831 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.395 manat pul tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” MMC tərəflər arasında bağlanmış xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “X4 9” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung Galaxy S10+” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “X5” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “X5” markalı mobil telefon cihazlarını Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların 11.779 manat ümumi dəyərindən 6.067 manat ödəmiş, müqavilələr üzrə ümumilikdə 5.712 manat əsas borcu qalmış və ümumilikdə 1.653 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 2856 manat olan “X4 9” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 2299 manat olan “Samsung Galaxy S10+” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 3060 manat olan “X5” markalı; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 3564 manat olan “X5” markalı mobil telefon cihazlarını iddiaçı “xxxx” MMC Cavabdeh 12 və 18 ay müddətinə ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 4 müqavilə üzrə “xxxx” MMC-yə cihazların 11.779 manat ümumi dəyərindən 6.067 manat ödəmiş, müqavilələr üzrə ümumilikdə 5.712 manat əsas borcu qalmış və ümumilikdə 1.653 manat cərimə hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Müqavilələr üzrə tənasübsüz surətdə hesablanmış yüksək dəbbə məbləğləri pulu azaldılmalı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 128 manat dəbbə pulu azaldılaraq 20 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 159 manat dəbbə pulu azaldılaraq 30 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 535 manat dəbbə pulu azaldılaraq 100 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 831 manat dəbbə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X4 9” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 426 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10+” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 531 manat əsas borc və hesablanmış 30 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.785 manat əsas borc və hesablanmış 100 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.970 manat əsas borc və hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.092 manat pul tutularaq “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - müqavilələr üzrə hesablanmış cəmi 1.303 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X4 9” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 426 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10+” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 531 manat əsas borc və hesablanmış 30 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.785 manat əsas borc və hesablanmış 100 manat dəbbə pulu; xx.xx.2019-cu tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X5” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.970 manat əsas borc və hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.092 (altı min doxsan iki) manat pul tutularaq “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar