Məhkəmə qərarları › İş №2(004)-2316/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2316/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2316/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmmergas markalı kombi, Optima markalı Seksiya, İmmergas markalı kombi stabilizator, qaz requlyatoru üçün 873 (səkkiz yüz yetmiş üç) manat ödənilməmiş hissə, 873 (səkkiz yüz yetmiş üç) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Panasonic şirəçəkən üçün 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Premiss markalı tərəzi tefal BEURER markalı tonometr üçün 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 1215 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1245 manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İmmergas markalı kombi, Optima markalı Seksiya, İmmergas markalı kombi stabilizator, qaz requlyatoru, Panasonic şirə çəkən, Premiss markalı tərəzi tefal, BEURER markalı tonometr almış və nəticədə 1215 (min iki yüz on beş) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2124 (iki min yüz iyirmi dörd) manat (18 ay x 118 manat + 0 manat ilkin ödəniş) İmmergas markalı kombi, Optima markalı Seksiya, İmmergas markalı kombi stabilizator, qaz requlyatoru üçün ümumilikdə, 960 (doqquz yüz altmış) manat olmaqla ondan, 873 (səkkiz yüz yetmiş üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87 (səksən yeddi) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 285 (iki yüz səksən beş) manat (19 ay x 15 manat + 0 manat ilkin ödəniş) Panasonic şirəçəkən üçün ümumilikdə, 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 162 (yüz altmış iki) (18 ay x 9 manat + 0 manat ilkin ödəniş) Premiss markalı tərəzi tefal, BEURER markalı tonometr üçün ümumilikdə, 107 (yüz yeddi) manat olmaqla ondan, 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1465 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandısa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bundan sonra, iddiaçı “xxxx” MMC iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Kombi İmmergas, Seksiya Optima, X1, Qaz requlyatoru üçün 873 (səkkiz yüz yetmiş üç) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat dəbbə pulu, cəmi 960 (doqquz yüz altmış) manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə Şirə çəkən Panasonic üçün 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu, cəmi 148 (yüz qırx səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə X2, Tonometr BEURER üçün 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, cəmi 107 (yüz yeddi) manat; ümumilikdə 1215 (bir min iki yüz on beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1245 (bir min iki yüz qırx beş) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə ümumilikdə dəyəri 2124 manat təşkil edən İmmergas markalı kombi, Optima markalı Seksiya, İmmergas markalı kombi stabilizator, qaz requlyatorunun, xx.xx.2018-ci il tarixdə ümumilikdə dəyəri 285 manat təşkil edən Panasonic şirəçəkənin, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 162 manat təşkil edən Premiss markalı tərəzi tefal, Beurer markalı tonometrin alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2018-ci il tarixli müqavilə üzrə 87 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 13 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 9 manat təşkil edir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İmmergas markalı kombi, Optima markalı Seksiya, İmmergas markalı kombi stabilizator, qaz requlyatoru tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Panasonic markalı şirəçəkən tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Premiss markalı tərəzi tefal, Beurer markalı tonometr tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu müqavilələr üzrə cavabdehə ümumilikdə 1106 manat əsas borc, 109 manat cərimə borcu olmaqla, cəmi 1215 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xx xxxx 2021-ci il tarixdə iddiaçı “xxxx” MMC – yə 900 (doqquz yüz) manat məbləğində pul ödəmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli 457553, 457581 və 457576 nömrəli qəbzlərin surətlərindən görünür ki, Cavabdeh müvafiq olaraq 873 manat 20 qəpik, 10 manat və 16 manat 80 qəpik məbləğində ödəniş etmişdir. Bundan sonra, iddiaçı “xxxx” MMC iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Şirə çəkən Panasonic üçün 121.36 (yüz iyirmi bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 9.33 (doqquz manat otuz üç qəpik) manat dəbbə pulu, cəmi 130.69 (yüz otuz manat altmış doqquz qəpik) manat; xx.xx.2019cu il tarixli müqavilə üzrə X2, Tonometr BEURER üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 5.50 (beş manat əlli qəpik) manat dəbbə pulu, cəmi 95.50 (doxsan beş manat əlli qəpik) manat; ümumilikdə 226.19 (iki yüz iyirmi altı manat on doqquz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 256.19 (iki yüz əlli altı manat on doqquz qəpik) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 9.33 (doqquz manat otuz üç qəpik) manat və xx.xx.2019-cu il-cu il tarixli müqavilə üzrə 5.50 (beş manat əlli qəpik) manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 121.36 (yüz iyirmi bir manat otuz altı qəpik) manat, cərimə borcu üzrə 9.33 (doqquz manat otuz üç qəpik) manat, xx.xx.2019-cu il-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 90 (doxsan) manat, cərimə borcu üzrə 5.50 (beş manat əlli qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə 226.19 (iki yüz iyirmi altı manat on doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 121.36 (yüz iyirmi bir manat otuz altı qəpik) manat, cərimə borcu üzrə 9.33 (doqquz manat otuz üç qəpik) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 90 (doxsan) manat, cərimə borcu üzrə 5.50 (beş manat əlli qəpik) manat olmaqla, cəmi 226.19 (iki yüz iyirmi altı manat on doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar