Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2339/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mirasda məcburi payın tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu 1 saylı Notariat Kontoru tərəfindən 03 iyul 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə mərhum X2 məxsus olmuş, "xxxx"ın Lənkəran filialında 057370 və ******* saylı bank hesablarında olan əmanət puluna məcburi payının tanınması və məcbur payı təşkil edən pul vəsaitinin və iddia ərizəsinin verilmsi üçün ödənilmiş 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, qeyd edilən notariat işi mərhum X1 vaxtı ilə ona məxsus olan və bank hesablarında yerləşdirilmiş əmanət pullarla bağlı olmuşdur. Bu həm vəsiyyətnamənin, həm də həmin vəsiyyətnaməyə əsasən 03.07.2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mətnindən birbaşa görünür. Tərəflər mərhuma münasibətdə vərəsədirlər. Göstərilən vəsiyyətnamənin mövcudluğu, mərhuma məxsus olan və vaxtı ilə bank hesablarında yerləşdirilmiş əmanət pullara məcburi pay hüququ vardır. Lakin cavabdeh həmin pul vəsaitlərini götürmüş və iddiaçıya heç bir məlumat vermədən özgəninkiləşdirmişdir. Əmanətlər üzrə pul vəsaitlərinin məbləği bəlli olmasa da, şəhadətnamənin mətnindən görünür ki, əmanət hesabları Bankın Lənkəran filialında mərhuma məxsus olan 057370 və ******* nömrəli hesablardır. Həmin şəhadətnamə əsasında cavabdeh hesabda olan pulların hamısını götürmüşdür. Pul vəsaitlərinə qanun üzrə vərəsə kimi iddiaçının məcburi pay hüququ vardır. Məhkəmə iclasında iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 -ci maddəsində qeyd olunur ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmənin iş üzrə 05 noyabr 2021-ci il tarixli qərardadı ilə mərhum X2 məxsus olmuş, "xxxx"ın Lənkəran filialında 057370 və ******* saylı bank hesablarında hansı məbləğdə pul vəsaitinin olması və cavabdehə 03 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən hansı məbləğdə pul vəsaitlərinin verilməsi banka həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti 09 dekabr 2021-ci il tarixli məktubunda bildirimişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 nömrəli 30 iyul 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən sorğu olan məlumatlara dair sənədlərin saxlama müddəti başa çatdığından həmin sənədlər məhv edilmişdir. Bu səbəbdən hər hansı məlumat təqdim olunması mümkünsüzdür. Məhkəmə hesab edir ki, tərəflərin valideyni – mərhum X1 öldüyü anda (mirasın açıldığı tarixə) ona məxsus olmuş bank hesabında hansı məbləğdə pul vəsaitlərinin olması və cavabdehə vərəsəlik haqqında şəhadətnaməyə əsasən hansı məbləğin verilməsi dəqiq müəyyən olunmadığından iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2339/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2339/2021
14.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver